* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 dan. köhn. “Nə?”, “necə?” mənalarında sual əvəzliyi. [Molla Səfi:] Ay Cəbi, bu qutudakı nəmənədir? N.Vəzirov. [Xortdan:] Mərdəki, burada nəmənə qayırırsan? Ə.Haqverdiyev. [Qafar arvadına:] Nəmənə? Səni teatra aparım? S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / nəmənə1 Sual əvəzliyinin (nə?) təkrarından əmələ gəlib. -mə hissəsi qədim türk dillərində və bağlayıcısının vəzifəsini yerinə yetirib (bu, özünü dar –ma –dağın tipli sözlərə hifz edib). Və bağlayıcısı ərəb mənşəlidir, inkar ədatı olan nə isə farscadır, sual əvəzliyi olan nə öz sözümüzdür. Sözün əsli nə və nə? deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nəmənə(Gədəbəy, Mingəçevir, Tovuz) nə. – Hasan nəmənə adamdı ki, mən onnan danışam. – O nəmənə dedi, mən başa düşmədim (Gədəbəy)
Azərbaycan dilinin dialektoloji lüğəti.