Partla sözü azərbaycan dilində

Partla

Yazılış

  • Partla • 50.0000%
  • partla • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı metrosunda partlayışlar
Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır. 1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi. Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
Bakıda 106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
Beyrut limanında partlayış (2020)
Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış. Partlayış nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdür. Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirmişdir. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi. Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır. Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur. Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.
Beyrut limanında partlayışlar (2020)
Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış. Partlayış nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdür. Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirmişdir. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi. Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır. Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur. Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.
Bidgənə partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Bidqəne partlayışı
Bidgənə partlayışı — 12 noyabr 2011-ci il saat 12:50-də İranın Modərres qarnizonundakı (Əmirəlmomenin qarnizonu) silah anbarında baş vermiş hadisə.
Brinks otelinin partladılması
1964-cü il Brinks otelinə bombalı hücum — Vyetnam müharibəsi zamanı 24 dekabr 1964-cü il tarixində, Cənubi Vyetnamın Hoşimin şəhərində, Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) tərəfindən həyata keçirilən Brinks otelinə bombalı hücum. Biri zabit, digəri komisssar olan iki amerikalı Amerika ordusuna ev sahibliyi edən otelin altındakı avtomobildə iki Vyetqon casusunun qoyduğu bomba partlaması nəticəsində öldülər. Hərbiçilər və Vyetnam mülki vətəndaşları da daxil olmaqla altmış nəfər insan hücum nəticəsində xəsarət aldı. Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırdılar. Bunlardan birincisi;yaxşımüdafiə olunan paytaxtdakı Amerika institutuna hücum edərək, ABŞ-nin Şimali Vyetnama hava hücumuna başladığı halda, Cənubi Vyetnamdakı hücum imkanlarını göstərmək idi. İkincisi isə; Cənubi vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək. Hücum ABŞ prezidenti Lindon Conson administrasiyasında mübahisələrə səbəb oldu. Bir çox məsləhətçi Şimali Vyetnamın bombalanması və ABŞ Ordusunun döyüşə girməsini müdafiə edərkən, Conson, Cənubi Vyetnamı Vyetkonqa qarşı qorumaq üçün hazırkı Vyetnam Respublikası ordusunun təlim strategiyasına üstünlük verdi. II Dünya müharibəsindən sonra kommunist quruluşlu olan Vyet Minh (Vyrtnam Beynəxalq Qurtuluş Cəbhəsi),Vyetnamın müstəqilliyini qazanmaq üçün fransız müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Fransız müstəmləkə qüvvələrinin Hindçin müharibəsində məğlubiyyətindən sonra ölkə 1954-cü ildə 17-ci paralel boyunca ikiyə bölündü.
Böyük Partlayış
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.
Böyük partlayış nəzəriyyəsi
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.
Böyük partlayış nəzəriyyəsi (teleserial, 2007)
Böyük partlayış nəzəriyyəsi (ing. The Big Bang Theory) - Amerika sitkom serialı.
Demoqrafik partlayış
Demoqrafik partlayış — sosial-iqtisadi və ekoloji həyat şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən əhalinin kəskin artması. Demoqrafik partlayış əhalinin sayının durmadan artması yarandığı vaxtdan bəşəriyyət üçün xasdır. Eramızın əvvəlində planetdə əhalinin sayı 180 milyona yaxın idi, 1500-cü ildə say 425 milyon nəfərə çatdı. Tarixçi-demoqraf Aydın Məmmədov yazır ki, tarixi baxımdan demoqrafik artım bioloji cəhətdən yox, qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı səviyyədə doğum, yüksək səviyyədə ölümlə fərqlənirdi. Bu dövrdən sonra ikinci dövrdə sosial-iqtisadi şərait dəyişmiş və əhalinin yüksək doğum və yüksək ölümlə səciyyələnən təkrar istehsalı baş vermişdir. Üçüncü dövr əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və aşağı səviyyədə ölüm prinsipi üzrə baş vermişdir. İndiki dövrün özünəməxsus xüsusiyyəti yüksək iqtisadi, elmi-texniki, mədəni sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə əhali sayının çox sürətlə (demoqrafik partlayış) artmasından ibarətdir.
Dərviş Parisi Partladır (1976)
Dərviş Parisi partladır (film, 1976)
Dərviş Parisi partladır — Azərbaycan filmi. Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) — Xanəndə Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред.
Fevral 2016 Ankara partlayışı
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018)
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü. 2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar. Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub. Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb. Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi. Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb. Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.
Kembri partlayışı
Kembri partlayışı — Kembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır. Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir. İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.
Lozanna univermağında partlayış
Lozanna univermağında partlayış (fr. Explosion dans un grand magasin à Lausanne) — 21 iyul 1981–ci ildə İsveçrənin Lozanna şəhərinin univermağındakı qadın geyimləri bölməsində baş verən partlayış. Partlayış nəticəsində 26 qadın yaralanmışdır. Terror aktına görə məsuliyyəti ASALA-nın terrorçu dəstələrindən biri olan "9 iyun təşkilatı" öz üzərinə götürür.
Maqnitoqorskda yaşayış binasında partlayış, 2018
Maqnitoqorskda yaşayış binasında partlayış — 2018-ci il dekabrın 31-də Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi. Yaşayış binası Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində Karl Marks küçəsi 164 ünvanında yerləşirdi.
Mart 2016 Ankara partlayışı
2016 Güvenpark hücumu (türk. Mart 2016 Ankara saldırısı) — 2016-cı ilin 13 mart tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:45-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 30 nəfərin həlak olduğu və 125 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Melburndakı türk konsulluğunda partlayış
Melburndakı türk konsulluğunda partlayış — 23 noyabr 1986–cı ildə Avstraliyanın Melburn şəhərindəki türk konsulluğunda törədilmiş terror aktı. Partlayıcı maddələrlə yüklənmiş avtomobil yerin altında yerləşən avtomobil dayanacağında partlayır, partlayış nəticəsində bir terrorçu — Akop Levonyan həlak olur. Partlayışa qörə məsuliyyəti əvvəllər məlum olmayan "Yunan-Bloqra-Erməni Cəbhəsi" (YBEC) terror qrupu öz üzərinə götürür. Həlak olmuş terrorçu ilə əlbir olan Levon Dəmiryan Livana qetmək istəyərkən yaxalanmışdır. 13 günlük məhkəmə prosesindən sonra, Dəmiryan təqsirli bilinərək 25 illik həbs cəzasına məhkum olunur, lakin appelyasiya məhkəməsi onun üzərindən bəzi ittihamları qötürür və nəticədə terrorçu 10 illik həbs cəzası alır.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Partlayan Baş sindromu
Bu vəziyyətin yaranmasının bir neçə səbəbi ola bilər, lakin ən çox rast gəlinən səbəb yüksəs və daimi səslərin təsiri nəticəsində orta qulağın mikrotravmasıdır. Əsasən bu xəstəlikdən DJ-lər əziyyət çəkir. Oyaqkən və yatarkən belə xəstələr qulaqlarında dözülməz səslər eşidirlər. "Səs o qədər yüksəsdir ki, sanki məni öldürəcək" – deyərək şikayətlənirlər. Əlbəttə ki, bu səslərdən heç kim ölmür, ancaq səslər həmin şəxsin psixikasını çox ciddi şəkildə korlayır.
Partlayıcı maddələr
Barıt
Susuzluq kəndi yaxınlığında partlayış
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990)
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması — 10 avqust 1990-cı il tarixdə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması. Hadisə nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov (Tatevosyan) cinayət məsuliyyətinə cəlb olunmuşlar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.

"partla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#partla nədir? #partla sözünün mənası #partla nə deməkdir? #partla sözünün izahı #partla sözünün yazılışı #partla necə yazılır? #partla sözünün düzgün yazılışı #partla leksik mənası #partla sözünün sinonimi #partla sözünün yaxın mənalı sözlər #partla sözünün əks mənası #partla sözünün etimologiyası #partla sözünün orfoqrafiyası #partla rusca #partla inglisça #partla fransızca #partla sözünün istifadəsi #sözlük