* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək. – Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn. // Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. [İmamyar Türbətə:] Dinamitin piltəsini ki gördün? C.Cabbarlı. 2. tib. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / piltə1 Ərəbcədir, əsli fatil (fitil) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / piltə1 1. PİLTƏ (maşınkada, lampada) Kiçik bir saxsı qabın içinə quyruq əridib tökür, piltə salıb yandırırdılar (A.Şaiq); FİTİL Arvad istər-istəməz maşınkaya sarı getdi, fitilini düzəldib aşağı çəkdi (S.Rəhman). 2. PİLTƏ (partlayış işlərində) [İsmayıl Türbətə:] Dinamitin piltəsini ki gördün?.. (C.Cabbarlı); FİTİL Alyoşa çantasında olan bütün qumbaralara fitil qoyaraq gözləməyə başladı (Ə.Əbülhəsən). 3. PİLTƏ (tib.) Cərrah Səfərin yarasının piltəsini yenicə deyişmişdi (Çəmənzəminli); FİTİL, TAMPON.
Azərbaycan dilinin sinonimlər lüğəti / piltə2 сущ. 1. фитиль: 1) лента, жгут или шнурок, служащие для горения в лампах, свечах, керосинках. Lampanın piltəsi ламповый фитиль 2) горящий шнур для воспламенения зарядов при производстве взрывов 2. мед. тампон (кусок марли или ваты, вкладываемый в рану для остановки кровотечения, осушения) 3. мед. дренаж (марлевая полоска для выведения гноя из раны)
Azərbaycanca-rusca lüğət / piltə1 i. 1. (lampa üçün) wick; 2. (partlayıcı maddələr üçün) fuse; 3. tib. (yaraya qoyulan) tampon; wad
Azərbaycanca-ingiliscə lüğət / piltə1 сущ. 1. багъ (мес. лампадин, керосинкадин, шамунин); // фитӀил, фитиль (мес. динамитдин); 2. мед. тампон (иви акъвазрун ва я ирин акъудун патал хире твадай памбагдин ва я жунадин кӀус).
Azərbaycanca-ləzgicə lüğəti / piltə(Basarkeçər, Xocavənd, Qazax, Şəki, Tovuz) bir ovucun içi böyüklükdə daranmış yun. – Piltəni ver ə:rim cəhrədə (Basarkeçər) ◊ Piltə tutmax (Şəki) – yundan piltə düzəltmək. – Yünü tariyif piltə tutüylər, so:ra eyriylər (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.