Püsyan sözü azərbaycan dilində

Püsyan

Yazılış

  • Püsyan • 98.5075%
  • PÜSYAN • 1.4925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Püsyan
Püsyan (Şərur)
Püsyan (Xudafərin)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (45 ailə).
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan (Şərur)
Püsyan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Rayon mərkəzi Şərur şəhərindən 23 km cənub-şərqdə yerləşir. == Tarix == Püsyan və ya Pesyan Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eraməzdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır.1833-cü ilə aid sənədlərdə püsyanların Naxçıvan ərazisində doqquz tayfa icmasından birini təşkil etmələri haqqında məlumat verilir. == Əhali == Əhalisi 4142 nəfərdir.(2009 - cu il) Püsyan kəndi sırf türk kəndidir və bu kənddə bir neçə kürd ailəsi də yaşayır. Kənd əhalisi etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarətdir.
Püsyan (Əcəbşir)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 556 nəfər yaşayır (131 ailə).
Püsyan eli
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan mahalı
Püsyan mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. == Qısa bilgi == Sahəsi - Əhalisi - püsyanlar Yaranması — 1747-ci il Mərkəzi— Bəxtiyarlı obası Sərhədləri —Qərbdən Çulundur mahalı, şimaldan Əcənan mahalı, şərqdən Bərgüşad mahalı, cənubdan Çulundur mahalı. == Püsyan mahalının tarixi == Qarabağ xanlığının mahallarından biri də Püsyandır. Əvvəlcə mahalın adı haqqında. Mahal öz adını Püsyan elindən alıb. Elin adını, mənşəyini, yayılmasını, yerdəyişməsini dəqiqləşdirək. Eradan əvvəl Azərbaycanda mövcüd olan etnoslardan biri Pasian adlanır ki, bu haqda görkəmli etnoqraf Qiyasəddin Qeybullayev məlumat verir . Həmin etnos müəllifin məlumatına görə indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarda yaşamışdır. Q. Qeybullayev Pasian haqqında e.ə. yunan müəllifi Ksefontun məlumat verdiyini də göstərir (yenə orada).
Püsyan nekropolu
Püsyan nekropolu — Şərur rayonunda eyniadlı kəndin cənub-şərqində antik dövrə aid arxeoloji abidə. == Haqqında == O, Püsyan kəndinin cənub-şərqində yerləşir. Hər tərəfdən əkin sahələri ilə əhatə olunub. Nekropolun yaxınlığından torpaq yol keçir. Yerüstü əlamətləri olmadığından sahəsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Dağıdılmış abidələrə əsasən demək olar ki, 1200 kv.m-dən artıq sahəni əhatə edib Nekropol 1981-ci ildə kanal qazılarkən təsadüfən aşkar olunmuş, dağıntı zamanı aşkar edilmiş materiallar Şərur rayon tarix-diyarşünaslıq muzeyinə aparılmışdır. 1987-ci ildə meliorasiya işləri görülərkən nekropolda daha bir neçə qəbir dağıdılmışdır. Dağıntı zamanı aşkar olunmuş abidələr daş qutu və torpaq qəbirlərdən ibarətdir. Onlar tamamilə dağıdıldığından formasını müəyyən etmək mümkün olmamışdır. Skeletlər şərq-qərb istiqamətində bükülü vəziyyətdə olmuşdur.
Həmzə xan Püsyan
Həmzə xan Mehdiqulu xan oğlu Püsyan (?-1915)—İran Kazak diviziyasının generalı. == Həyatı == Mehdiqulu xanın üçüncü oğlu Həmzə xan Təbriz şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Sоnra ali hərbi məktəbdə оxumuşdu. Iran оrdusunda xidmət etmişdi. General rütbəsinədək yüksəlmişdi. Həmzə xan 1915-ci ildə vəfat edib. Həmzə xanın Əliqulu xan adlı оğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Püsyan eli, Bakı, "Mütərcim", 2013, 156 s.
Məhəmmədtağı xan Püsyan
Məhəmmədtağı xan Püsyan (7 avqust 1892, Təbriz – 3 oktyabr 1921, Məşhəd) — polkovnik, Xorasan əyalətinin rəisi, şair == Həyatı == Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə-Püsyan 7 avqust 1891-ci ildə Təbriz şəhərində hərbi mülkədar ailəsində doğulmuşdu. Atası mayor Məhəmmədbağır xan Inayət üs-sultanın nəsli XIX yüzilin I yarısında Şimali Azərbaycanın Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, ordan da Təbrizə getmişdi. Tağı xanın familiyası (soyadı) Soltanzadə olsa da, elinin adı ilə Püsyan çağrılırdı. Məhəmmədtağı xan 1899-1905-ci illərdə Təbrizin "Loğmaniyyə" mədrəsəsində dərs oxumuş, Fars və Ərəb dillərini öyrənmışdı. Bundan başqa o, məntiq, yeni elmlər, ev şəraitində isə ailə ənənəsinə görə Fİransız, Rus dillərinə, riyaziyyata, tarixə, ədəbiyyata da yiyələnmışdı. Bundan sonra o, təhsilini artırmaq məqsədilə 1906-cı ildə Tehrana üz tutmuş, 5 il "Mədrəsə-yi nizami" adlı hərbi zabitlik məktəbində oxumuşdu. 1911-ci ildə "Mədrəsə-yi nizami"ni bitirib leytenant rütbəsilə hərbi qulluğa girərək, kapitanlıq dərəcəsinədək yüksəlmışdı. Məhəmmədtağı xan Tehranda ikən həmyerlisi, məşrutəçi Haci Məhəmməd ağa Tahbaz və oğlu, inqilabçı Sadıq ağa Tahbazın amallarından xeyli təsirlənmışdı. Şübhə yoxdur ki, Tehranda gözləri qarşısında cərəyan edən hadisələr, xüsusən də əhval ruhiyyəsini inqilabi səmtə yönəltmışdı. O, hərbi məktəbdə oxuyarkən altı ay muəllim və tərcüməçi vəzifəsində də işləmiş, sonra adyutant mütərcim vəzifəsini saxlamaqla, Sirab (Həmədanda) hərbi dəstəsinin komandiri olmuşdur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. == Haqqında == 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir.Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində,kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 476.
Püsyan eli (kitab)
== Kitabın mövzusu == AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı, jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı-jurnalist Natiq Qubadoğlunun “Püsyan eli” (tarixi-genealoji tədqiqat) adlı kitabı çapdan çıxıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru tarix elmləri doktoru Nərgiz Quliyeva, redaktoru Əlinasir İmanlı, rəyçiləri coğrafiya elmləri doktoru, professor Nadir Məmmədov və tarix üzrə fəlsəfə doktoru Emil Kərimovdur. Püsyan eli qədim-qayım Qarabağın adlı-sanlı ellərindən biridir. Kitab Azərbaycan xalqının etnogenezində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Püsyan eli və oymaqlarının həyat tərzindən bəhs edir. Bu elin dünyaya bəxş etdiyi dühalardan və böyük simalarından ətraflı söhbət açılır. Bildirilir ki, Azərbaycan tarixində özünəməxsus mövqeyi olan Püsyan eli istər inzibati-ərazi, istərsə də əhalinin məşğuliyyəti, milli və sosial tərkibi və s. baxımından əsrlər boyu ciddi dəyişikliklərə məruz qalıb. Nəşrdə Azərbaycan, Gürcüstan və Rusiya arxivlərində saxlanılan sənədlərdən istifadə edilib.
Püsyan yaşayış yeri
Püsyаn yаşаyış yеri — Аntik dövrün аbidəsidir. О, Püsyаn kəndinin cənub-şərqindədir. Yаşаyış yеri yеr səthindən bir qədər hündürlükdə yеrləşən оvаl təpədən ibаrət оlub hər tərəfdən əkin sаhəsi ilə əhаtə оlunmuşdur. Sаhəsi 3 hеktаrdır. Yаşаyış yеri 1987-ci ildə qеydə аlınmış, аpаrılmış аrхеоlоji kəşfiyyаt işləri nəticəsində küpə, kаsа tipli qаblаr аşkаr еdilmişdir. Оnlаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq аçıq sаrı rəngdə bişirilmişdir. Yаşаyış yеrindən аşkаr оlunmuş mаtеriаllаr е.ə. I və b.е-nın I əsrinə аid еdilir.
Qorçu bəy Püsyan
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı. == Həyatı == Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin «İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix» əsərində Qorçu bəy haqqında məlumat var. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir . == Ailəsi == Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qorçubəylilər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №8, səh.3-9.
Təzəkənd (Püsyan, Şərur)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmışdır. == Toponimikası == Şərur rayonununda kənd . Düzənlikdədir.Əvvəlcə Sədərək rayonunun tərkibində olmuşdur Keçmiş adı Sərdarabad olmuşdur. Sonralar Təzəkənd adlandırılmışdır. Azərbaycanın 18 rayonunun ərazisində bu adda kəndə rast gəlinir.
Əliqulu xan Püsyan
Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru. == Həyatı == Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••• 0.79
2006 •••••••••••• 0.90
2009 •••••••••••••••••••• 1.60
2010 •••••••••••••• 1.09
2014 ••• 0.17
2016 ••• 0.17

Oxşar sözlər

#püsyan nədir? #püsyan sözünün mənası #püsyan nə deməkdir? #püsyan sözünün izahı #püsyan sözünün yazılışı #püsyan necə yazılır? #püsyan sözünün düzgün yazılışı #püsyan leksik mənası #püsyan sözünün sinonimi #püsyan sözünün yaxın mənalı sözlər #püsyan sözünün əks mənası #püsyan sözünün etimologiyası #püsyan sözünün orfoqrafiyası #püsyan rusca #püsyan inglisça #püsyan fransızca #püsyan sözünün istifadəsi #sözlük