* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Ev kirəsi qəbzi. Pulu verib qəbz almaq. – [Allahqulu:] Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. N.Vəzirov. Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qəbz2 ə. 1) ələ alma; tutma; 2) verilən pul və s. üçün alınan sənəd; 3) həbs etmə. Qəbzi-ruh Əzrailin adamın canını alması.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəbz3 1) alınmış şey – pul, qiymətli şey və s.-nin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Məsələn, pulu verib qəbz almaq; 2) köhnəlmiş söz: həbs etmə; 3) bir şəxsin digər şəxsə verdiyi və ondan pul, sənəd, qiymətləri qəbul etdiyini təsdiqləyən, müəyyən edilmiş formalı, həmçinin, yazan şəxsin başqa şəxsdən pul, əşya, maddi qiymətlilər aldığını və onları qaytaracağını yazılı şəkildə təsbit edən sənəd; 4) imza edilmiş sənəd; 5) imza edilmiş şəxsin nə isə əldə etməsini təsdiq edir.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / qəbz1 Ərəbcə “ələ verilən sənəd (kağız)” deməkdir. Qəbzə (əl tutan yer, yəni dəstək) də bununla bağlıdır. Deməli, “əl” anlayışı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qəbz1 QƏBZ (sənəd, kağız) [Ağabala:] Onda gərək qabaqca hamama gedim, yoxsa napak qəbz almaq olmaz! (Çəmənzəminli); QƏBALƏ (köhn.) Atabəy bu sözləri deyəndən sonra iki qəbalə çıxarıb Qətibə xatunun qarşısına qoydu (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / qəbz2 сущ. 1. квитанция. Poçt qəbzi почтовая квитанция, qəbz vermək выдать квитанцию 2. расписка 3. чек
Azərbaycanca-rusca lüğət / qəbz1 i. receipt; baqaj ~i luggage receipt; ~ vermək to receipt (d.); bir kəsə ~ vermək to give* smb. a receipt
Azərbaycanca-ingiliscə lüğət / qəbz1 is. 1) tib. constipation f ; ~ olmaq être constipé, -e ; 2) quittance f ; reçu m, récépissé m
Azərbaycanca-fransızca lüğət / qəbz