qətl-qarət sözü azərbaycan dilində

qətl-qarət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qətl-qarət • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qətl
Qətl — kimisə həyatdan məhrum etmə . Demək olar ki, həmişə və dünyanın bütün mədəniyyətlərində bu, mənəvi cəhətdən pislənən və qanunla cəzalandırılan bir hərəkət, cinayətdir. Ədli tibbdə qətl zorakı ölüm növlərindən biri hesab olunur . Geniş mənada qətl bir ölüm növü kimi insan həyatına qəsdən və ehtiyatsızlıqla ölümə səbəb olan müxtəlif hücumları əhatə edir . Müasir cinayət hüququnda qətl daha dar bir şərhdən irəli gəlir: yalnız başqa bir insanın qəsdən ölümünə səbəb olma kimi başa düşür. Qətl törədən şəxs qatil, cani, cinayətkar və s. adlandırılır. Ölüm cəzasının özü adam öldürmədir, lakin dövlət tərəfindən qanuniləşdirilmiş və məhkəmənin yekun hökmü və ya (tarixi olaraq) digər dövlət və ya hərbi hakimiyyət orqanlarının qərarı ilə həyata keçirilən cəza kimi tətbiq edilir.
Ehtiyatsızlıqdan qətl
Ehtiyatsızlıqdan qətl — bu qətl növü başqa qətllərdən fərqli olaraq məqsədsiz şəkildə həyata keçirilir,yəni başqa qətl hadisələrində cinayətkar hədəf seçdiyi insanı əvvəlcədən öldürəcəyini və ya qarşıya çıxmış maneəni dəf etmək üçün qarşısında olan insanları öldürməyi məqsəd seçir. Bu qətl növündə isə adətən məsuliyyətsizlik və ya ehtiyatsızlıqdan törədilir,yəni bir insan istəmədən qarşısındakı insana odlu və ya soyuq silahla xəsarət yetirərək ölümünə səbəb olur. Cinayət məcəllələrində bu qətlə uyğun "ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma" maddəsi vardır.
Kütləvi qətl
Kütləvi qətl və ya Qətliam — bir çox insanın tipik olaraq eyni vaxtda və ya nisbətən qısa bir müddətdə və coğrafi yaxınlıqda qətlə yetirilməsidir. FTB kütləvi qətli qətllər arasında "soyutma müddəti" olmayan bir hadisə zamanı dörd və ya daha çox insanın öldürülməsi kimi təyin edir. Kütləvi qətl, ümumiyyətlə, bir və ya daha çox insanın bir neçə nəfəri öldürdüyü tək bir yerdə baş verir. Kütləvi qətl fərdlər və ya təşkilatlar tərəfindən törədilə bilər, bir adam öldürmək isə bir və ya iki şəxs tərəfindən törədilir. Kütləvi qatillər qətllər arasında demək olar ki, heç bir zaman fasiləsi olmayan iki və ya daha çox yerdə öldürən və qurbanların sayı ilə təyin olunmayan qırğın qatillərindən və insanları uzun müddət öldürə biləcək seriyalı qatillərindən fərqlənir.
Qətl (1956)
Qətl (ing. The Killing) Stenli Kubrikin rejissoru olduğu 1956-cı il istehsalı Amerikan filmidir. Filmin ssenarisi Lionel Vaytın "Clean Break" romanı əsasında Kubrik və Cim Tomson tərəfindən yazılmışdır. Filmdə Sterlinq Hayden, Kolin Qrey və Vins Edvards rol alıblar.
Qətl günü
Qətl günü (roman) — Yusif Səmədoğlunın müəllifi olduğu tarixi, psixoloji roman.
Sifarişli qətl
Sifarişli qətl — adətən böyük məbləğdə pul müqabilində həyata keçir. Cəmiyyət varlandıqca cinayətkarlığa qarşı mübarizə güclənmirsə, ayrı-ayrı şəxslər öz rəqibləri ilə məhz bu yolla hesablaşır.
Qətl sındı
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Məhkəmədənkənar qətl
Məhkəmədənkənar qətl — hüquqi orqanın və ya məhkəmənin icazəsi olmadan verilmiş fiziki cəzaya verilən ad. Ümumiyyətlə, onu təhlükəli dağıdıcı təsirdən xilas olmaq istəyən dövlət orqanı həyata keçirə bilər. Məhkəmədənkənar qətl anlayışının bir izahı budur ki, hökumətlər lazım gəldikdə tətbiq etməli olduqları öz qanunlarına əməl edə bilməzlər. Qeyri-hökumət və ya qeyri-dövlət elementləri də müxtəlif üsullarla məhkəmədənkənar qətlə müraciət edə bilər, lakin ümumiyyətlə bu hərəkətlər sui-qəsd və qətl kimi təsnif edilir. Bütün dünyada ölüm hökmü tədricən ləğv edilsə də, hökumətin idarəçilik qabiliyyətini təhdid edən şəxslər və ya qruplar (nisbətən sakit vaxtlarda hətta bəzən sadəcə "arzuolunmaz" şəxslər) bəzi rejimlər və onların tərəfdarları tərəfindən məhkəmədənkənar qətlə məruz qala bilərlər. Xalq üsyanına səbəb olmamaq və dövlətin beynəlxalq tənqidini utandırmamaq üçün bu cür qətllər, adətən, bacarıqlı dövlət məxfi təşkilatları tərəfindən çox tez həyata keçirilir. Məhkəmədənkənar qətl, ölüm dəstələrindən istifadə edən totalitar və digər zülm rejimlərinin tipik elementi kimi təsvir edilsə də, demokratik ölkələrin də bəzi hallarda məhkəməsiz edamdan istifadə etdiyi müşahidə edilmişdir. Bəzi hallarda məhkəmədənkənar qətllər dövlətin hər hansı bir orqanı və bu orqanın üzvləri tərəfindən əvvəlcədən planlaşdırılmış və məxfi şəkildə həyata keçirilir və dövlətin digər sektorlarına belə məlumat verilmir. Dövlətin digər sektorları situasiyadan asılı olaraq bəzən susur və bu cür məhkəməsiz qətlləri təsdiqləyə, bəzən də birbaşa onlara qarşı çıxa bilər. Mühakimə olmadan qətllər daha çox müharibə, təbii fəlakət, sosial çöküş və ya qurulmuş cinayət ədaləti sistemi olmadığı zaman baş verə bilər.
Gecə yarısı qətl
Gecə yarısı qətl — İsa Nəcəfovun Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətlinə və 1994–1995-ci il hadisələrinə həsr olunmuş povesti. Kitabın təqdimat mərasimi 2002-ci il iyulun 9-da "Gülüstan" sarayında keçirilmişdir. == Mövzusu == Sənədli faktlar əsasında siyasi detektiv janrında yazılmış kitab iki görkəmli dövlət xadiminin – respublika Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsindən, habelə DİN-in xüsusi təyinatlı polis dəstəsinin Baş Prokurorluğa basqınından, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martındakı dövlət çevrilişi cəhdlərindən bəhs edir. == İstinadlar == == Həmçinin bax == Bir anın həqiqəti (film, 2003) == Xarici keçidlər == Mehri Hüseynova. "Gecə yarısı qətl "Nağıllar Evi"nin məhsuludur" ( (az.)). azadliq.info. 2011-08-16. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
Gümrüdə kütləvi qətl
Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. == Qətli törədən şəxsin kimliyi == Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub. == Etiraz aksiyaları == Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.
Jdanovskaya stansiyasında qətl
Jdanovskaya stansiyasında qətl (rus. Убийство на "Ждановской") — 1980-ci ilin 26 dekabr tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, mayor Vyaçeslav Vasilyeviç Afanasyevin Moskva metropoliteninin keçmiş Jdanovskaya, indiki Vıxino stansiyasında səs-küylü qətl hadisəsi.. SSRİ DAK komitəsinin məxfi VIII bölməsinin əməkdaşı olan mayor Afanasiyev hadisədən 1 gün öncə yoxa çıxır. Aparılan araşdırmalar zamanı Afanasyev huşsuz vəziyyətdə Moskva kənarındakı bağ massivlərinin birinin ərazisində tapılır. O, özüə gəlmədən 1 yanvar tarixində vəfat edir. Əvvəlcə belə bir versiya irəli sürüldü ki, KQB mayorunu maşın vurub, sonra həm iz azdırmaq üçün başqa yerə aparılıb, həm də qarət olunub, amma daha sonrakı istintaq hərəkətləri hadisənin əsl süjetini ortaya qoymuşdur. Dekabrın 26-da 40 yaşı tamam olan və bunu iki iş yoldaşı ilə qeyd edən Afanasyev metroya oturur. O, keçid stansiyalarının birində qatarı dəyişməli idi, amma yuxuladığından həmin xəttin sonuncu stansiyası olan yerüstü Jdanovskaya (rus. Ждановской) stansiyasına gedib çıxır. Burada onu metro işçisi oyadır və sərxoş olduğuna görə stansiya milisinə xəbər verir.
Morq küçəsində qətl
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Qətl! (film, 1930)
"Qətl!" (ing. Murder!) — rejissor Alfred Hiçkokun filmi. Dram teatrının aktrisası Ednanın vəhşicəsinə qətlində onun rəfiqəsi aktrisa Diana Barinq şübhəli bilinir. Bütün dəlillər onun əleyhinədir. Qurbanın meyiti Diananın oturduğu otaqdadır, onun yanında qətl aləti atəşkeş olub, Diananın paltarı qana bulaşıb, stolun üstündə isə tamamilə boş brendi butulkası var. Ev sahibəsinin sözlərinə görə cinayət baş verən yerdən yüksək qadın səslərindən başqa heç nə eşidilmirdi. Şübhəli şəxs isə istintaqa dönə-dönə təkrar edir ki, əslində Ednanın yanına söhbət üçün gəlmişdi, lakin etdikləri söhbətin böyük hissəsini xatırlaya bilmir. İstintaq güman edir ki, Diana bu qətli brendinin təsiri altında, şəxsi ədavət və ondan daha uğurlu çıxış edən aktrisaya yersiz paxıllıq şəraitində törədib. Vəkillərin müşavirəsində cəmi üç səs onun günahsız olduğunu göstərdi. Onun günahsız olduğunu düşünənlər arasında tanınmış aktyor Con Menyer də var idi, lakin müzakirənin ümumi əhval-ruhiyyəsi ona təsir edir.
Qətl günü (roman)
Qətl günü — Yusif Səmədoğlunun müəllifi olduğu tarixi-psixoloji roman. "Qətl günü" romanı Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq, çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Vikarın evində qətl
"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır. Jane Marple — qarımış qız, həvəskar detektiv. Leonard Klement — qəsəbə vikarı. Qrizelda klement — vikarın gənç arvadı. Dennis Clement — vikarın qardaşı oğlu. Mari — vikarın ev xidmətçisi. Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri. Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.
Oğlan Evi: Azərbaycansayağı qarət (film, 2015)
Morq küçəsində qətl (hekayə)
Morq küçəsində qətl (ing. The Murders in the Rue Morgue) - Edqar Allan Po tərəfindən Detektiv janrında yazılmış hekayə. Əsər 1841-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir. Hekayədə C. Auguste Dupin Parisdə iki qadının qəddarcasına öldürməsinin sirrini tapmağa çalışır. Dupin, ilk real detektiv hekayə olaraq qiymətləndirilən bu hekayədə ilk dəfə Charlemagne, Şerlok Holmes və Hercule Poyrot kimi bir çox xəyali dedektif tərəfindən istifadə ediləcək ədəbi vasitələrdən istifadə edir. Poenin ağıllı detektiv xarakteri növbəti bir çox yazarlar üçün nümunədir. Dupin həmçinin Poenin xarakterinin gizli və oğurlanmış məktubuna Marie Rogêt'in məktubuna daxildir.
Qətl günü (film, 1990)
Qətl günü — Azərbaycan filmi. Bu, film-xəbərdarlıqdır. Kinolent zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunmuşdur. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını, müqəddəslərini yad edəcək, bu günün mahiyyətini daha dərindən duya biləcəkdir. Filmdə bütün hadisələr baş qəhrəmanın-xəstənin (Hamlet Xanızadə) taleyi ilə bilavasitə bağlıdır. Film yazıçı Yusif Səmədoğlunun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Kino əsəri 20 yanvar 1990-cı il Bakı faciəsi qurbanlarına ithaf edilmişdir. Film aktyor Hamlet Xanızadənin kinoda son işidir. Film aktyor Məmmədağa Məmmədovun kinoda son işidir.
İdeal qətl (film, 1998)
İdeal qətl — 1998-ci ildə çəkilmiş Amerika triller filmidir. Orijinal adı A Perfect Murder olmuşdur. Ssenarisi Frederik Knottun ilk dəfə 1952-ci ildə Londonda səhnəyə qoyulan "Dial M for Murder" pyesindən uyğunlaşdırılaraq Patrick Smith Kelly tərəfindən yazılmış olan filmin rejissoru Endryu Devisdir. Baş rollarda Maykl Duqlas, Qvinet Peltrou, Viqqo Mortensen və Devid Suçetin çəkildiyi filmin orijinal partiturasını (musiqi) Ceyms Nyuton Hovard bəstələmişdir. İdeal qətl filmi 1954-cü ildə Alfred Hitchcock klassiki sayılan Dial M for Murder əsərinin remeykidir. Buna görə də film ABŞ-də "Dial M for Murder" və Yaponiyada "Dial M" alternativ adları altında da nümayiş etdirilmişdir. Alfred Hitchcockun filmində ssenarini də Frederik Knott öz əsərindəki kimi yazmışdır. Film tənqidçiləri "İdeal qətl"i Hitchcockun "Dial M for Murder" əsəri qədər müvəffəqiyyətli hesab etməmişdirlər. Varlı bir ailədən olan Emili Bredford (Gwyneth Paltrow) güclü bir iş adamı sayılan əri Stiven Tayloru (Maykl Duqlas) rəssam Devid Şou (Viqqo Mortensen) ilə aldadır. Aldadıldığını bilən ər, qısqanc sevgili və xəyanətkar arvad arasındakı cinayətə qədər gedən mürəkkəb münasibətlər silsiləsi, bu filmin mövzusunu təşkil edir.
Gecə qatarında qətl (film, 1990)
Gecə qatarında qətl — Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Əbdül Mahmudovun filmi. == Məzmun == Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında çəkilmişdir.
Radio ölkəsində qətl (film, 1994)
Radio ölkəsində qətl və ya Radio diyarında qətl (ing. Radioland Murders) — 1994-cü ildə istehsal olunmuş ABŞ filmidir. Film süjetinin müəllifi Corc Lukasdır. 1939-cu ildə yeni radio şəbəkəsinin Çikaqonun İllinoys şəhərində yerləşən WBN stansiyasında əsası qoyulmuşdur. Bu stansiyanın sahibi General Volt Velen gecə bayramı təşkil edərək əsas sponsor Berni Kralda cəlb edir. Şənlik gecəsi isə onun işçilərindən asılıdır. Amma bir gecənin içində sirrli qətllər baş verir. Leytenant Kross bu qətilləri araşdırmaq məcburiyyətindədir. Əsas şübhəli Rocer Hendersondur. Çünki Rocer cinayətin hər səhnəsində meydana çıxır.

qətl-qarət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Adam öldürməklə müşayiət edilən qarət, soyğunçuluq. Biz yalnız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvətin tərk-silah olunması üçün də hazırlıq görmüşdük. M.S.Ordubadi. [Sərdar:] Şəhərdə tez-tez böyük qətl-qarətə yol verilir. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / qətl-qarət

qətl-qarət sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qətl-qarət nədir? #qətl-qarət sözünün mənası #qətl-qarət nə deməkdir? #qətl-qarət sözünün izahı #qətl-qarət sözünün yazılışı #qətl-qarət necə yazılır? #qətl-qarət sözünün düzgün yazılışı #qətl-qarət leksik mənası #qətl-qarət sözünün sinonimi #qətl-qarət sözünün yaxın mənalı sözlər #qətl-qarət sözünün əks mənası #qətl-qarət sözünün etimologiyası #qətl-qarət sözünün orfoqrafiyası #qətl-qarət rusca #qətl-qarət inglisça #qətl-qarət fransızca #qətl-qarət sözünün istifadəsi #sözlük