* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] tar. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada durmuşdu. M.S.Ordubadi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. 1921-ci ildə Azərbaycan qəzaları içərisində ikinci olaraq Qubada qəzet nəşr edilməyə başlayır. Ə.Sadıq. // Qəza mərkəzi mənasında. Qəzadan gələn işçi nitqlər söyləyirdi, idarələri təftiş edirdi və şikayətlərə baxırdı. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / qəza2 is. [ər.] 1. Bədbəxt hadisə, fəlakət. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq. – Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlərkən sınma, xarab olma. Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində boruların qəzaya uğramasına və daha tez sıradan çıxmasına səbəb olur. Quliyev. 2. Qəziyyə, gözlənilməz hadisə, vaqiə, əhvalat. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. C.Məmmədquluzadə. 3. Qismət, tale, müqəddərat, qədər. Vəslü firaqə vasitə çünki qədərdir, ey könül! Cəhdilə kimsə qadirin mən eləməz qəzasını. Nəsimi. [Xidmətçilər:] Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan. M.F.Axundzadə. Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. X.Natəvan. Zəmanədə bu cəfalar mənə qəzadəndir. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / qəza3 QƏZA’1 ə. 1) bax qəzavü qədər; 2) bədbəxt hadisə; 3) qazının hökmü; 4) vilayətə daxil olan inzibati-ərazi bölgüsü; 5) müəyyən bir işin öz vaxtında deyil, sonradan icra edilməsi; 6) vaxtında icra edilməyib sonradan icra edilən oruc və ya namaz. QƏZA’2 ə. bax qəzvə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəza4 Təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması
Terminlər lüğəti / qəza1 Ərəbcədir (qəzavü-qədər işlədirik), “tale, alın yazısı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qəza4 1. QƏZA Kamal qəzaya düçar olmuş qadını təcili yardım məntəqəsinə təhvil verdi (S.Vəliyev); AVARİYA Çünki yaxşı günün ehtiyatı pis günü yaxşı qarşılamağa, gözlənilməz avariyaları, ..təşvişə düşmədən qarşılamağa kömək edirdi (M.İbrahimov); HADİSƏ. 2. qəza bax tale 1 3. qəza bax əhvalat
Azərbaycan dilinin sinonimlər lüğəti / qəza1 QƏZA I is. [ ər. ] Bədbəxt hadisə, fəlakət. Elə bil ki, yelkənin qəzaya uğramışdı! (Ə.Cəmil). QƏZA II is. [ ər. ] 1918-ci il inqilabından əvvəl inzibati ərazi vahidi. Ona görə ayıbına gəldi ki, axı qəza naçalniki idi (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin omonimlər lüğəti / qəza1 1. рок, несчастный, роковой случай, крушение, авария; 2. случай, происшествие, событие; 3. уезд;
Azərbaycanca-rusca lüğət / qəza2 1 I сущ. 1. катастрофа, крушение. Dəmiryolu qəzası железнодорожная катастрофа, qatar qəzası крушение поезда, hava qəzası воздушная катастрофа, avtomobil qəzası автомобильная катастрофа (авария) 2. происшествие. Yol nəqliyyatı qəzalarının qarşısının alınması предупреждение дорожно-транспортных происшествий 3. авария (о механизме); Borular qəzaya uğramışdır произошла авария труб 4. рок, судьба, случай II прил. 1. аварийный. Qəza işləri аварийные работы, qəzaya uğramış quyu аварийная скважина; qəza vəziyyəti: 1) аварийное состояние 2) аварийная ситуация 2. роковой ◊ qəza üz verdi случилось происшествие; qəzaya uğramaq терпеть, потерпеть аварию, крушение; qəzaya uğratmaq пускать под откос что 2 I сущ. устар. уезд. Bakı qəzası Бакинский уезд, Qazax qəzası Казахский уезд II прил. устар. уездный. Qəza dəftərxanası уездная канцелярия, qəza məktəbi уездное училище, qəza həkimi уездный врач
Azərbaycanca-rusca lüğət / qəza1 I. i. catastrophe, wreck, ruin; (təyyarə) crash; (bədbəxt hadisə) accident; gəmi ~sı shipwreck; dəniz ~sı accident at sea; qatar ~sı train smash / crash; dəmiryol ~sı railway accident, rail disaster; ~ya uğramaq to meet* an accident, to be* wrecked / crashed; (təyyarə) to be* crashed II. s. crash; ~ dəstəsi hərb. crash crew
Azərbaycanca-ingiliscə lüğət / qəza1 is. accident m, catastrophe f ; təyyarə ~sı accident m d’avion, crasch m
Azərbaycanca-fransızca lüğət / qəza2 [ər.] сущ. къаза (1. кьилел къведай са бедбахт кар, авария; хун, чӀур хьун, акьун, батмиш хьун ва мс. хасаратвал (хата) галукьун; 2. кьиса, вакъиа, агьвалат; 3. кьисмет, дуьшуьш, кьадар-кьисмет).
Azərbaycanca-ləzgicə lüğəti / qəza