qalça-qabırğa sözü azərbaycan dilində

qalça-qabırğa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qalça-qabırğa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir. Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır.
Qalça sümüyü
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Daxili qalça arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Daxili qalça venası
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Qalça-qarınaltı sinir
Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur. Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir. Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir. Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir. Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur. Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.
Qalça-qasıq siniri
Xarici qalça arteriyası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Xarici qalça venası
Xarici qalça venası (lat. Vena iliaca externa) — aşağı ətrafdan gələn bud venasının (lat. v. femoralis) ardıdır. Qasıq bağı səviyyəsindən başlayaraq eyni adlı arteriyanın içəri tərəfilə yuxarı gedir və oma-qalça bağının önündə daxili qalça venası ilə birləşərək ümumi qalça venasını əmələ gətirir. Bu damar aşağı qarınüstü venanı — lat. vş epigastrica inferior və qalçanı dolanan dərin venanı — lat. v. citcumflexa ilium profunda qəbul edir, özü də qapayıcı vena ilə anastomozlaşır.
Ümumi qalça arteriyası
Ümumi qalça arteriyası – lat. arteria iliaca communis dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində qarın aortasından başlayaraq aşağı və bayır tərəfə doğru gedir və oma qalça oynağı bərabərliyində iki şaxəyə bölünür: Daxili qalça arteriyası – lat. a. iliaca interna kiçik çanağa məxsus Xarici qalça arteriyası – lat. a. iliaca externa böyük çanağa və aşağı ətrafa məxsus Bunların hər ikisi pariyetal peritonun arxasında yerləşir və bayır tərəfdə bel əzələlərinin içəri kənarına söykənir. Aorta orta xətdən solda olduğu üçün sağ ümumi qalça arteriyası sol tərəfdəkindən bir az (təxminən 6–7 mm) uzundur. Bunların hər ikisi eyniadlı venaların önündədir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Ümumi qalça venası
Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.

Oxşar sözlər

#qalça-qabırğa nədir? #qalça-qabırğa sözünün mənası #qalça-qabırğa nə deməkdir? #qalça-qabırğa sözünün izahı #qalça-qabırğa sözünün yazılışı #qalça-qabırğa necə yazılır? #qalça-qabırğa sözünün düzgün yazılışı #qalça-qabırğa leksik mənası #qalça-qabırğa sözünün sinonimi #qalça-qabırğa sözünün yaxın mənalı sözlər #qalça-qabırğa sözünün əks mənası #qalça-qabırğa sözünün etimologiyası #qalça-qabırğa sözünün orfoqrafiyası #qalça-qabırğa rusca #qalça-qabırğa inglisça #qalça-qabırğa fransızca #qalça-qabırğa sözünün istifadəsi #sözlük