quşqun sözü azərbaycan dilində

quşqun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • quşqun • 87.5000%
  • Quşqun • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quşquna kəsilişi
Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.

quşqun sözünün leksik mənası və izahı

  • 1 is. Atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış. // Ümumiyyətlə, iş heyvanlarının quyruğu altından keçirilən qayış. Quşqun olub quyruğa keçincə, yüyən olub ağıza keç. (Ata. sözü). Birdən ala cöngənin quşqunu quyruğunun dibini sürtdü. S.Rəhimov. ◊ Quşqun bağlamaq – ələ salmaq, lağa qoymaq, araya qoymaq, masqara edib gülmək. Quşqun təklifi – ağızucu təklif, qeyrisəmimi təklif, könülsüz təklif.

    Azərbaycan dilinin izahlı lüğəti / quşqun

quşqun sözünün etimologiyası

  • 1 Bu sözlə bağlı quşqunu düşük, quşqun qırmaq, quşqunu boş, quşqunsuz və s. ifadələr də işlədilir. Quşqun müxtəlif mənalara malikdir: quyruq, qasıq, selik, tumanbağı və s. Quşqunu düşük –arıq, zəif atla bağlı işlədilir, yeriyəndə dal ayaqları sözünə baxmır. Quşqun qırmaq kimisə təqib etmək deməkdir. Quş­qunsuz –çox səliqəsiz, natəmiz adama aiddir. Quşqunu boş - əxlaqsızlarla əlaqədar işlədilir. Quşqun mənbələrdə, o cümlədən “Kitabi–Dədə Qorqud” dastanında qusqun kimi yazılıb, qusmaq feili ilə bağlıdır. Quyruğun altından (natəmiz yerdən) keçdiyinə görə ona bu adı veriblər. M.Kaşğaridə “quş balası qusıncığ” ifadəsi var və buradakı qusıncığ sözü “natəmiz” mənasında işlədilib. Türk dillərində buna qudurğun da deyiblər, mənası “quşqun” (rusca пахва) kimi şərh olunub. Deməli, quşqun sözü, quyruqla əlaqədardır. Fars dilində ranəki “quşqun” deməkdir (ran quyruğun bədənə bitişdiyi yerdir). Deməli, quşqun onlarda da quyruqla əlaqədardır. Ruslar ona “подхвостник” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / quşqun

quşqun sözünün sinonimləri (yaxın mənalı sözlər)

quşqun sözünün rus dilinə tərcüməsi

  • 1 пахви, подхвостник (часть сбруи)

    Azərbaycanca-rusca lüğət / quşqun
  • 2 сущ. пахви, подхвостник (часть сбруи) ◊ quşqun bağlamaq kimə разыгрывать кого, насмехаться над кем; quşqun təklifi неискреннее приглашение на что-л. или куда-л.

    Azərbaycanca-rusca lüğət / quşqun

quşqun sözünün inglis dilinə tərcüməsi

  • 1 i. a leather strap put under the tail of a draught animal (especially a horse) to keep the saddle firm, not let it slide forward; ◊ ~ təklifi unwilling invitation

    Azərbaycanca-ingiliscə lüğət / quşqun

quşqun sözünün fransız dilinə tərcüməsi

quşqun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кьушкьун (балкӀандин тумуникай кутадай чӀул); ** quşqun bağlamaq кьушкьун кутӀунун, юкьвал вегьин, арадал вегьин, хъуьруьн; quşqun təklifi кьушкьун теклиф (рикӀяй тушир, гьакӀ тӀвар патал, кӀуфукай авур теклиф).

    Azərbaycanca-ləzgicə lüğəti / quşqun

quşqun sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış // iş heyvanlarının quyruğu altından keçirilən qayış. (“Koroğlu” dastanının lüğəti) Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məscidə qoymazdılar ki, başmaq oğurlayar, tövləyə qoymazdılar ki, quşqun oğurlayır. (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

"quşqun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#quşqun nədir? #quşqun sözünün mənası #quşqun nə deməkdir? #quşqun sözünün izahı #quşqun sözünün yazılışı #quşqun necə yazılır? #quşqun sözünün düzgün yazılışı #quşqun leksik mənası #quşqun sözünün sinonimi #quşqun sözünün yaxın mənalı sözlər #quşqun sözünün əks mənası #quşqun sözünün etimologiyası #quşqun sözünün orfoqrafiyası #quşqun rusca #quşqun inglisça #quşqun fransızca #quşqun sözünün istifadəsi #sözlük