qövsi-qüzeh sözü azərbaycan dilində

qövsi-qüzeh

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qövsi-qüzeh • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir.

qövsi-qüzeh sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarınənə örkəni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bir gün [Qadir] qövsi-qüzehdən danışarkən, Sona cumub təmiz bir stəkan dolusu su gətirmiş( di). Ə.Əbülhəsən. // Obrazlı təşbehlərdə. Bəyaz cəbinində qövsi-qüzehtək; Hərami qaşların tağı görünsün. Q.Zakir. Qövsi-qüzeh gözlü, ləbləri yəmən; Camalın şairə veribdir nişan. Şair Vəli. // Qövsi-qüzehə oxşar rəngarəng şey haqqında. Havada yavaş-yavaş qövsi-qüzeh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / qövsi-qüzeh

qövsi-qüzeh sözünün rus dilinə tərcüməsi

qövsi-qüzeh sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qövsi-qüzeh nədir? #qövsi-qüzeh sözünün mənası #qövsi-qüzeh nə deməkdir? #qövsi-qüzeh sözünün izahı #qövsi-qüzeh sözünün yazılışı #qövsi-qüzeh necə yazılır? #qövsi-qüzeh sözünün düzgün yazılışı #qövsi-qüzeh leksik mənası #qövsi-qüzeh sözünün sinonimi #qövsi-qüzeh sözünün yaxın mənalı sözlər #qövsi-qüzeh sözünün əks mənası #qövsi-qüzeh sözünün etimologiyası #qövsi-qüzeh sözünün orfoqrafiyası #qövsi-qüzeh rusca #qövsi-qüzeh inglisça #qövsi-qüzeh fransızca #qövsi-qüzeh sözünün istifadəsi #sözlük