Qərvənd sözü azərbaycan dilində

Qərvənd

Yazılış

  • Qərvənd • 99.8967%
  • qərvənd • 0.0516%
  • QƏRVƏND • 0.0516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qərvənd
Qərvənd — Azərbaycanın Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Ayaq Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Baş Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Orta Qərvənd — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. İmarət Qərvənd — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Xanqərvənd — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. SSRİ-yə qədər qərvənd bəyliyinin (Kəkilbəylilər sulaləsinin yurdu) ərazisində yerləşib. SSRİ dönəmində mərkəzi Baş Qərvənd olan Qərvənd sovetliyinə aid olub, "Lenin" Kolxozunun ərazisində yerləşib. 1993-cü ildə Baş Qərvənd işğal olunduqdan sonra İcra hakimiyyətinin kənd nümayəndəliyi və Qərvənd kənd inzibati ərazi dairəsinə aid olan bütün qurumlar Ayaq Qərvəndə köçülürüb. 1999-cu ildə bu kənddə Qərvənd bələdiyyəsi təşkil edilib və nun nizamnaməsi 2000-ci ildə qbul olunub.
Baş Qərvənd
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimika == Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır. == Tarixi == Kənddə İlanlıtəpə adlanan eneolit dövrünə aid qədim yaşayış məskəninin izləri tapılıb. Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəri olan "Xortdanın cəhənnəm məktubları" povestində Kəkilbəylilərlə bağlı hissədə bu kənd barədə məlumat verilib. Kənd Kəkilbəylilər (Ruisyada: Kəkilbəyov) sulalərisinin mülki olub. Sonuncu hakimi Bərham bəy Kəkilbəyli olub.
Orta Qərvənd
Orta Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd cəbhə bölgəsinə çox yaxın yerləşdiyindən erməni əsgərləri buranı tez-tez atəşə tutur. 2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini, doqquz yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. Uşaq başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Qərvənd (Füzuli)
Qərvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində "Yıxılmış" və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində "Şahbad" adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda "Qərvənd" formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Qərvənd bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Mövcud bələdiyyələr barədə məlumatlar == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. Mövcud bələdiyyələrin siyahısı belədir: == İşaldan azad olunmuş və bələdiyyəsi olmayan inzibati ərazi vahidləri == == Ağdam bələdiyyələrin inkişaf tarixi == Ağdam rayonunun digər yaşayış məntəqələri işğaldan yeni azad olunduğuna görə, onlara bələdiyyələrə aid edilməyib. 07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində cəmi 8 bələdiyyə nəzərdə tutulub: Quzanlı Bələdiyyəsi, Xındırıstan Bələdiyyəsi, Üçoğlan Bələdiyyəsi, Qərvənd Bələdiyyəsi, Çəmənli Bələdiyyəsi, Zənkişalı Bələdiyyəsi, Qaradağlı Bələdiyyəsi, Əfətli Bələdiyyəsi. 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası yaradılıb, Ağdam bələdiyyələri həmin şuranın üzvülüyünə qəbul edilib və Quzanlı bələdiyyəsinin sədri eyni zamanda həmin Əlaqələndirmə Şurasının sədri seçilib. 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla vətəndaşların müraciəti nəzərə alınaraq, Mərzili kəndində Mərzili bələdiyyəsi yaradılıb, baxmayaraq ki, rəsmən kən ərazisi kimi tanınan və faktiki olaraq tarixi kənd işğal altında olub, kənd əhalisi isə ərzidə rəsmiləşdirilməmiş evlər tikərək, yaşayıblar. 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Ağdam bələdiyyələri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Azərnaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvlüyünə qəbul ediliblər. 09.10.2007-ci il tarixli 426-IIIQD nömrəli Qanunla “Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı”nda "Ağdam rayonu” bölməsinin 9-cu sırasında “Quzanlı, Çullu, Eyvazlı” sözləri “Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu” sözləri ilə əvəz" edilib. 01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 1) 1-ci sırada "Alıbəyli bələdiyyəsi" sözlərinin qarşısındakı "və Kiçikli kəndləri" sözləri ", Kiçikli kəndləri və Birinci Alıbəyli, İkinci Alıbəyli qəsəbələri" sözləri ilə; 2) 4-cü sırada "Əhmədağalı bələdiyyəsi" sözlərinin qarşısındakı "və Mirəşelli kəndləri" sözləri ", Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi" sözləri ilə; 3) 6-cı sırada "Xındırıstan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Sarıçoban kəndləri" sözləri ", Sarıçoban kəndləri və Qasımbəyli qəsəbəsi" sözləri ilə; 4) 9-cu sırada "Quzanlı bələdiyyəsi" sözlərinin qarşısındakı "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri" sözləri "Quzanlı, Birinci Quzanlı, İmamqulubəyli qəsəbələri və Çullu, Eyvazlı, İmamqulubəyli kəndləri" sözləri ilə; 5) 12-ci sırada "Təzəkənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Təzəkənd kəndi" sözləri "Təzəkənd kəndi və Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələri" sözləri ilə; 6) 13-cü sırada "Üçoğlan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Yusifli kəndləri" sözləri ", Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri" sözləri ilə əvəz" edilib.
Xan Qərvənd
Xan Qərvənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Xan Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xan Qərvənd kəndinin daxil olduğu Xan Qərvənd kənd ərazi nümayəndəliyinin mərkəzi. Bakıdan 343 km qərbdə, rayon mərkəzindən 16 km cənub-şərqdə, Goranboy-Tərtər avtomobil yolu kənarında, Qarabağ düzündədir. Şimal-qərbdən Naftalan, şimaldan rayonun Ballıqaya kəndi, cənub-şərqdən və cənubdan Tərtər rayonu ilə həmsərhəddir. Sahəsi 5431 ha, əhalisi 4014 (2009) nəfər olmaqla pambıqçılıq və taxılçılıqla məşğuldur. "Xan Qərvənd" kolxozunun əkin sahəsi 2656, otlaq 2270, dövlət aktı ilə təhkim olunmuş 5084 (ictimai torpaq 4865, həyətyanı torpaq 219) olmaqla ümumi sahəsi 7354 ha olmuşdur (1996). Mirzə Məmmədov adına orta məktəb, klub, kitabxana, xəstəxana var. Kəndin adını erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan xəzərlərlə bağlayırlar. Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri də kəbər (kəbərli, kəbirli) tayfasıdır. Kəbərlər (kəbirlər) Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar.
İmarət Qərvənd
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
Xan Qərvənd bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.

"qərvənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qərvənd nədir? #qərvənd sözünün mənası #qərvənd nə deməkdir? #qərvənd sözünün izahı #qərvənd sözünün yazılışı #qərvənd necə yazılır? #qərvənd sözünün düzgün yazılışı #qərvənd leksik mənası #qərvənd sözünün sinonimi #qərvənd sözünün yaxın mənalı sözlər #qərvənd sözünün əks mənası #qərvənd sözünün etimologiyası #qərvənd sözünün orfoqrafiyası #qərvənd rusca #qərvənd inglisça #qərvənd fransızca #qərvənd sözünün istifadəsi #sözlük