Riket sözü azərbaycan dilində

Riket

Yazılış

  • Riket • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Riketts Dərəsi Ştat Parkının şəlalələri
ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır.Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr Devon və Daş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir. Brüs Riketts hazırkı ştat parkı ərazisində yerləşən şəlalələrin 21-ni özü adlandırmış, adlandırma zamanı yerli Amerika qəbilələrinin adlarından və yer adlarından, eləcə də, ailə fərdlərinin və dostlarının adlarından istifadə etmişdir.

Oxşar sözlər

#riket nədir? #riket sözünün mənası #riket nə deməkdir? #riket sözünün izahı #riket sözünün yazılışı #riket necə yazılır? #riket sözünün düzgün yazılışı #riket leksik mənası #riket sözünün sinonimi #riket sözünün yaxın mənalı sözlər #riket sözünün əks mənası #riket sözünün etimologiyası #riket sözünün orfoqrafiyası #riket rusca #riket inglisça #riket fransızca #riket sözünün istifadəsi #sözlük