Sədan sözü azərbaycan dilində

Sədan

Yazılış

  • Sədan • 86.3636%
  • sədan • 9.0909%
  • SƏDAN • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. Kənddə Qara-Dindar qalası, Sədan qalası var. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Sədan mahalı
Sədan mahalı — Quba xanlığında mahal. Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində — Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir. Mustafazadə Tofiq.

"sədan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sədan nədir? #sədan sözünün mənası #sədan nə deməkdir? #sədan sözünün izahı #sədan sözünün yazılışı #sədan necə yazılır? #sədan sözünün düzgün yazılışı #sədan leksik mənası #sədan sözünün sinonimi #sədan sözünün yaxın mənalı sözlər #sədan sözünün əks mənası #sədan sözünün etimologiyası #sədan sözünün orfoqrafiyası #sədan rusca #sədan inglisça #sədan fransızca #sədan sözünün istifadəsi #sözlük