seyfə sözü azərbaycan dilində

seyfə

Yazılış

  • seyfə • 81.8182%
  • Seyfə • 18.1818%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Seyfəddin Bayat
Hacı Seyfəddin Bayat (?-?) — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Nişapur əmirlərindən. == Həyatı == Hacı Seyfəddin Bayat Nişapur şəhərində anadan olmuşdu. Şah Sultan Hüseyn Səfəviyə xidmət etmişdi. Əfqanlar paytaxt İsfahanı aldıqdan sonra Nadir şah Qırxlı-Avşara qoşulmuşdu. Əfqanlara, osmanlılara və Böyük Moğollar imperiyasına qarşı vuruşmuşdu. "Aləm Ara-ye Naderi"yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi.
I Seyfəddin Qazi
I Seyfəddin Qazi (1100 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar. == Həyatı == 1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi. Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu.
Mehmed Seyfəddin Əfəndi
Mehmed Seyfəddin Əfəndi (22 sentyabr 1874 və ya 21 sentyabr 1874, Beşiktaş, İstanbul ili – 19 noyabr 1927 və ya 1927, Nitsa) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Seyfəddin Əfəndi 1874-cü ildə atası Sultan Əbdüləzizin səltənəti əsnasında Dolmabağça sarayında dünyaya gəldi. Anası isə onun beşinci xanımı Gövhəri xanım idi. 2 yaşında atasının taxtdan endirilməsi və şübhəli ölümünün ardından anası ilə birlikdə Fəriyə sarayında gözaltına alındı. Gənclik illəri bu sarayda nəzarət altında keçən Seyfəddin Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Şövkət Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Anasının 1894-cü ildə vəfatından sonra Sultan Əbdülhəmidin himayəsinə girdi. Donanmada hərbi təlim keçdi və yüksək rütbəyə gəldi. Digər yandan saray musiqisi ilə də yaxından məşğul olurdu və III Səlimdən sonra Osmanlı sülaləsinin ən məşhur ikinci bəstəkarı idi. Tamburi Cəmil bəy müəllimlərindən biri idi.
Qışlaq-i Seyfəddin (Miyanə)
Qışlaq-i Seyfəddin (fars. قشلاق سيف الدين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (54 ailə).
Seyfəddin
Seyfəddin — Kişi adı.
Seyfəddin Balağayev
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Seyfəddin Dadaşov
Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist. Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981 Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979) Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Seyfəddin Muradov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Seyfəddin Qurbanov
Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Noraşen rayonu – 16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir. 2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010). Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür. Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır. S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Seyfəddin Qəniyev
Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor. Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur. "M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Seyfəddin Rzasoy
Seyfəddin Rüstəmov
Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti. Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır. Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır. Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.
Seyfəddin Soysal
Seyfəddin Soysal (27 iyul 1966, Şarkışla- 2 fevral 2012, Sivas), Türk heykəltaraş və rəssam. Niderland və Şarkışla'da sexləri var. Sivas Rəssamlar Dərnəyi qurucusudur. 1988-ci ildə yerləşdiyi Veghel (Şimali Brabant Rayonu), Hollandiyada şəkil və heykəl üzərinə təhsil alaraq bu sahələrdə əsərlər verən sənətçi, eyni zamanda Niderland Rəssamlar Birliyi 'nə üzv olub şəkil dərsləri də verdi. 4 fevral 2012-ci ildə evindəki buxarını çıxan karbonmonoksit qazından zəhərlənərək 45 yaşında vəfat etdi. Anısına Sivasda bir park və mesire sahəsinə adı verildi.
Seyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Seyfəddin Yunusov
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Seyfəddin İbişov
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Seyfəddin Şaban
Əbül-Fütuh əl-Məlikül-Kamil Seyfəddin Şaban ibn Məhəmməd bin Kalavun (d.? - ö.1346) — Məmlük sultanı (1345-1346). Məhəmməd ibn Kalavunun taxta keçən beşinci oğludur; qardaşı Əbül-Fida əl-Məliküs-Salih İsmailin ölümündən sonra taxta çıxdı (4 avqust 1345). Ögey atası Arqun əl-Alai digər şahzadələrdən Hacını dəstəkləyən əmirləri Qahirədən uzaqlaşdırdı və onun səltənət dönəminin son aylarına qədər hakimiyyəti əlində tutdu. əl-Məlikül-Kamilin iqtidarını sona çatdıran krizis, etməyi düşündüyü Hicaz səyahəti üçün yeni vergilər qoyması üzündən çıxdı. Bütün şikayətlərə rağmən anasıyla xanımlarının basqısından dolayı sultanın bu səyahətə çıxmaqda və vergiləri qaldırmamaqda israr etməsi bir çox əmiri ona qarşı hərəkətə keçirdi. Müxaliflərin lideri Dəməşq naibi Yelboğa əl-Yəhyavi, alınacaq vergi dolayısıyla Suriya xalqının böyük sıxıntıya düşəcəyini irəli sürərək sultana Hicaz səfərini gələcək ilə ertələməsini önərdi; ayrıca onu taxtdan endirməklə təhdid etdi. Arqun əl-Alainin müxalifləri haqlı bulması və Misir xalqının da eyni şəkildə maddi sıxıntıya düşəcəyini söyləməsi üzərinə əl-Məlikül-Kamil, Yelboğaya yumuşaq ifadəli bir məktub göndərərək tövsiyələrinə uyacağına və qarşı çıxılan davranışlarını düzəldəcəyinə dair söz verdi. Ancaq daha sonra yenə qadınların israrıyla fikrini dəyişdirdi və bütün naiblərə yeni vergiləri həmən toplayıb göndərmələrini əmr etdi. Bu gəlişməylə birlikdə ölkədə qiymətlər yüksəldi və xalq böyük bir sıxıntıya düşdü.
Seyfəddin Əliyev
Seyfəddin Vəli oğlu Əliyev (30 may 1930, Alışar, Naxçıvan MSSR) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Entomologiya şöbəsinin", həmçinin "Cücülərin fauna və sistematikası" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor. Seyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Alışar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1937-ci ildə Alışar kənd 7-illik məktəbin I sinfinə getmiş, 1943-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Şəhər Tibb texnikumuna daxil olur. Oranı bitirdikdən sonra 1947-ci ildə Bakı şəhərinə gəlir, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-Biologiya fakultəsinə müvəffəqiyyətlə imtahan verib qəbul olur və 1951-ci ildə oranı bitirir. Seyfəddin Əliyev institutu bitirdikdən sonra əmək fəaliyyətini 1952-ci ilin sentyabrına qədər Naxçıvan Maarif Nazirliyində pedoqoji kabinetin müdiri vəzifəsində, axşamlar isə 4 saylı şəhər fəhlə-gənclər orta kimya və biologiya müəllimi işləməklə davam etdirmişdir. O, 1952-ci ilin sentyabrında Bakıya gələrək, Azərbaycan EA Zoologiya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1961-ci ildə "Azərbaycanın gəmirici sovkaları" movzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə, 1978-ci ildə "Pambıq sovkasının bioloji inkişafı" laboratoriyasına, 1986-cı ildə "Entomologiya" laboratoriyasına, 1988-ci ildə isə "Entomologiya" şöbəsinə müdir seçilmişdir. Yorulmaq bilməyən alim sovkalar üzrə tədqiqat işlərini davam etdirmiş və 1977-ci ildə Ukrayna EA Zoologiya İnstitunda "Azərbaycanın sovkaları" movzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır.
Seyfəddinkuh (Həştrud)
Seyfəddinkuh (fars. سيفالدين كوه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (5 ailə).

"seyfə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyfə nədir? #seyfə sözünün mənası #seyfə nə deməkdir? #seyfə sözünün izahı #seyfə sözünün yazılışı #seyfə necə yazılır? #seyfə sözünün düzgün yazılışı #seyfə leksik mənası #seyfə sözünün sinonimi #seyfə sözünün yaxın mənalı sözlər #seyfə sözünün əks mənası #seyfə sözünün etimologiyası #seyfə sözünün orfoqrafiyası #seyfə rusca #seyfə inglisça #seyfə fransızca #seyfə sözünün istifadəsi #sözlük