siluet sözü azərbaycan dilində

siluet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • siluet • 74.3590%
  • Siluet • 25.6410%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Siluet
Siluet (fr. silhouette), yalnız bir haşiyə, kölgə olaraq bir şeyin vahid rəng kimi görünməsi, kölgəsi. Siluet termini əsasən müəyyən yüksəkliklərə malik şəhərlərin, dağların, coğrafi elementlərin panoramik görüntüsü üçün istifadə olunur. Adı, Étienne de Silhouette (1709–1767) adlı fransız siyasətçisinin adından gəlir. Bəzilərinə görə malikanəsinə dəvət etdiyi sanballı qonaqların siluetlərini asmaqla texnikanın dəb halına düşməsinə səbəb olduğu üçün, bəzilərinin fikrincə, bu şəxsin ölkə idarəçiliyin tətbiq etdiyi məhdud iqtisadi siyasətlərinə görə, daha sonralar daha ucuza başa gələn şəkillərə onu adi verilmişdir.

siluet sözünün leksik mənası və izahı

  • 1 [fr. silhouette] Kölgə; kölgə kimi görünən hər hansı bir şey; uzaqda, qaranlıqda, dumanda görünən şeyin çevrələri. Onlar sakit və oğrun addımlarla asta-asta yeriyib, qabaqda siluet kimi görünən ağ evin yanından sola döndülər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / siluet

siluet sözünün etimologiyası

  • 1 XVIII əsrdə Fransa müflisliyin astanasında dayanmışdı. Ölkə son vaxtlar elə hey müharibələr aparır, üstəlik, kral sarayının saxlanılması da baha başa gəlirdi. İş orasında idi ki, saray əyanları külli miqdarda pul (təqaüd) alır, amma vergi ödəmirdilər. Verginin bütün ağırlığı kəndlilərin boynuna düşürdü. 1759-cu ildə, XV Lüdovikin hakimiyyəti dövründə maliyyə nazirlərindən biri vergi sistemində islahatlar aparıb saray xərcləri və zadəganların təqaüdlərini azaldaraq qənaət etmək niyyətinə düşdü. Zadəgan sinfi onu lağa qoyub xəsis adlandırmağa başladı (hərçənd o zamanlar Fransanın məhz belə islahata ehtiyacı vardı). Yeri gəlmişkən, həmin maliyyə nazirinin hobbisi var idi. O, boş vaxtlarında kağızdan insan fiqurları kəsməyi xoşlayırdı. Zadəganlar istehza ilə bu işin əsl xəsislər üçün olduğunu söyləməyə başladılar. O vaxtdan bu cür insan cizgiləri, əsasən də, insan sifətinin yandan görünüşü siluet adını qazandı, çünki həmim nazirin adı Etyen de Siluet idi. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / siluet

siluet sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. силуэт: 1. одноцветное контурное изображение кого-л., чего-л., нарисованное на однотонном фоне и вырезанное. Qız silueti силуэт девушки 2. очертание чего-л. виднеющегося вдали, в темноте, в тумане. Ağacların silueti силуэт деревьев, dağın silueti силуэт горы 3. архит. характерные выразительные в художественном отношении очертания здания, воспринимаемые издали своими внешними контурами. Binaların silueti силуэты зданий II прил. фото. силуэтный. Siluet siqnalı силуэтный сигнал, siluet fotoqrafiyası силуэтная фотография

    Azərbaycanca-rusca lüğət / siluet

siluet sözünün inglis dilinə tərcüməsi

siluet sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr. silhouette] силуэт, хъен; хъен хьиз аквазвай затӀ; яргъай, мичӀи чкадай, цифедикай хъен хьиз са уьтери аквазвай затӀунин цӀарар (контурар, шикил).

    Azərbaycanca-ləzgicə lüğəti / siluet

"siluet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#siluet nədir? #siluet sözünün mənası #siluet nə deməkdir? #siluet sözünün izahı #siluet sözünün yazılışı #siluet necə yazılır? #siluet sözünün düzgün yazılışı #siluet leksik mənası #siluet sözünün sinonimi #siluet sözünün yaxın mənalı sözlər #siluet sözünün əks mənası #siluet sözünün etimologiyası #siluet sözünün orfoqrafiyası #siluet rusca #siluet inglisça #siluet fransızca #siluet sözünün istifadəsi #sözlük