Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
== Xassələri ==
Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar.
== Mənşəyi və yayılması ==
Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.