Sisyan sözü azərbaycan dilində

Sisyan

Yazılış

  • Sisyan • 96.2963%
  • sisyan • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sisyan
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. == Tarixi == Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir.Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. == Əhalisi == Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur. Az bir qismi sağ qalaraq canlarını qurtara bilmişdir.
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Ağkənd (Sisyan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «kiçik» mənasında işlənən ağ sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir. Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən Zəngəzurda yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Bazarçay (Sisyan)
Bazarçay — Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bazar türk tayfasının adı ilə çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamışdır. 1929-cu ildə onlar da qovulmuşdur.
Bozkənd (Sisyan)
Bozkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı Digər adı Dərəkənd. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildən sonra geri qayıtmış ailələr kəndə buraxılmamış, Aqudi və b. qonşu kəndlərdə yerləşdirilmişdir. Bozikənd toponimi ilə (bax) mənaca eynidir.
Lor (Sisyan)
Lor — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Məliklər (Sisyan)
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Kəndin digər adı Məlikli olmuşdur. Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir.
Məzrə (Sisyan)
Məzrə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–11 km qərbdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim fars dilində "əkin sahəsi" mənasını bildirən məzrə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" (sonralar məzrə əsasında yaranmış məntəqə) sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mə’naca eynidir. == Əhalisi == 1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci illərdə Xoy və Salmasdan köçürülmüşdür.
Pul (Sisyan)
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. == Toponimi == Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Qıvraq (Sisyan)
Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur == Toponimi == XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdur. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Qızılcıq (Sisyan)
Qızılcıq və ya İşxanasar (erm. Իշխանասար) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə rayonunda kənd. Həmçinin kənd 2021-ci ildə yaradılmış Göyçə-Zəngəzur Respublikasının ərazisinə daxildir. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914 - cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Saybalı (Sisyan)
Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 25 km cənubda yerləşir. Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
Sisyan (kənd)
Sisyan — Qərbi Azərbaycanın inzibati ərazi vahidində kənd. == Etimologiyası == == Tarixi == 1728-ci il mənbəyində isə Sisyan kimidir [170, 161]. 1728-ci ildə Sisyanda 21 Azərbaycanlı kişi və 4 subay oğlan (mənbədə ailələr evli kişilərin miqdarı ilə verilmişdir) yaşayırdı (32, 228). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Ermənicə kənd Hatsavan adlandırılmışdır.
Sisyan mahalı
Sisyan nahiyəsi — Azərbaycanda nahiyə. == Səfəvilər dövründə == Səfəvilər dövründə Sisəcan adlanan Sisəcan nahiyəsi şimal-qərbdən Bazarçayı nahiyəsi, şərqdən Qapanat hakimliyi, cənubdan Azadciran və Əlincə nahiyələri, qərbdən isə Dərəşahbuz nahiyəsi ilə həmsərhəd idi. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kvadratkilometr olmuşdur == Osmanlı dövründə == 1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 5 nahiyəsindən biri idi. Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrəə daxil edilmişdi. Nahiyənin ərazisi təqribi hesablamalara görə 1263 kvadratkilometr olmuşdur.Kəndləri: Sisican kəndi, Sisyan kimi tanınır , Tulus (Sisyan) Köçəri (Sisyan) Ağcakənd Ağakəndi (İrəvan) Pisək kəndi Pirnağut kəndi Ənkləberd, Qarakilsə Ərəfsəcik Mülk, Pirnədir, Zəbazador Tulus Uz kəndi Köçəri kəndi Əskəmor kəndi Ortogis kəndi Korağakənd (başqa adı şeyx) Bələk (başqa adı Ümdəkilsə-?) kəndi Əlili və AğabaĢ kəndləri Əskəmor kəndi Ağcakənd Tigin (başqa adı Məhərrəm) kəndi Əlili kəndi ġeyxli kəndi Ortogis, Zaviyyə, Kivas, Qubad (baĢqa adı Dəlilər) kəndləri Xınıs kəndi Betenus (baĢqa adı Ketenus) kəndi ġələt kəndi Qıvraq kəndi Dəsdəgird kəndi Kivas kəndi Əxlətiyan kəndi == İkinci Osmanlı hakimiyəti dövründə == Naxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sayına görə Sisian Dərələyəzdən sonra Naxçıvan sancağının ikinci ən böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində mənbələrdə 41 kənd 1 yaylağın adı çəkilir. == Qarbağ xanlığı dövrü == 1752 - 1840 Qarabağın xanlığının tərkibində Sisyan mahalı olaraq qatılmışdır. Sisyan nahiyənin 1752-ci ilə qədər Naxçıvanın tərkibində olduğu qeyd olunmuşdur.Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlara istinad etməklə Sisian nahiyəsinin 1752-ci ildən sonra Qarabağ xanlığına tabe edilməsi barədə məlumat vermişlər.
Sisyan nahiyəsi
Sisyan nahiyəsi — Azərbaycanda nahiyə. == Səfəvilər dövründə == Səfəvilər dövründə Sisəcan adlanan Sisəcan nahiyəsi şimal-qərbdən Bazarçayı nahiyəsi, şərqdən Qapanat hakimliyi, cənubdan Azadciran və Əlincə nahiyələri, qərbdən isə Dərəşahbuz nahiyəsi ilə həmsərhəd idi. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kvadratkilometr olmuşdur == Osmanlı dövründə == 1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 5 nahiyəsindən biri idi. Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrəə daxil edilmişdi. Nahiyənin ərazisi təqribi hesablamalara görə 1263 kvadratkilometr olmuşdur.Kəndləri: Sisican kəndi, Sisyan kimi tanınır , Tulus (Sisyan) Köçəri (Sisyan) Ağcakənd Ağakəndi (İrəvan) Pisək kəndi Pirnağut kəndi Ənkləberd, Qarakilsə Ərəfsəcik Mülk, Pirnədir, Zəbazador Tulus Uz kəndi Köçəri kəndi Əskəmor kəndi Ortogis kəndi Korağakənd (başqa adı şeyx) Bələk (başqa adı Ümdəkilsə-?) kəndi Əlili və AğabaĢ kəndləri Əskəmor kəndi Ağcakənd Tigin (başqa adı Məhərrəm) kəndi Əlili kəndi ġeyxli kəndi Ortogis, Zaviyyə, Kivas, Qubad (baĢqa adı Dəlilər) kəndləri Xınıs kəndi Betenus (baĢqa adı Ketenus) kəndi ġələt kəndi Qıvraq kəndi Dəsdəgird kəndi Kivas kəndi Əxlətiyan kəndi == İkinci Osmanlı hakimiyəti dövründə == Naxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sayına görə Sisian Dərələyəzdən sonra Naxçıvan sancağının ikinci ən böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində mənbələrdə 41 kənd 1 yaylağın adı çəkilir. == Qarbağ xanlığı dövrü == 1752 - 1840 Qarabağın xanlığının tərkibində Sisyan mahalı olaraq qatılmışdır. Sisyan nahiyənin 1752-ci ilə qədər Naxçıvanın tərkibində olduğu qeyd olunmuşdur.Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlara istinad etməklə Sisian nahiyəsinin 1752-ci ildən sonra Qarabağ xanlığına tabe edilməsi barədə məlumat vermişlər.
Sisyan rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. == Tarixi == Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. == Coğrafi mövqeyi == Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Tulus (Sisyan)
Tulus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir. Toponim qədim türk tayfalarından olan tolos, teles etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 24 nəfər, 1873 - cü ildə 142 nəfər, 1886-cı ildə 176 nəfər, 1897-ci ildə 263 nəfər, 1914 - cü ildə 390 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildə ermənilərdən başqa iki nəfər azərbaycanlı da yaşamışdır.
Təzəkənd (Sisyan)
Təzəkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Şəki kəndinin yaxınlığında yerləşirdi. «Yeni» mənasında işlənən təzə və yaşayış məntəqəsi bildirən kənd sözləri əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 61 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq tarixi torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ərikli (Sisyan)
Ərikli kəndi — Qərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hal-hazırda tərk edilmiş yaşayış məskəni. == Tarixi == Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Etimologiyası == Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == 1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan: Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 ••••••••••• 0.42
2010 ••••••• 0.27
2011 ••••• 0.17
2012 ••• 0.09
2013 •••••••• 0.29
2014 ••••• 0.17
2017 ••••• 0.16
2019 •••• 0.14
2020 •••••••••••••••••••• 0.80

Oxşar sözlər

#sisyan nədir? #sisyan sözünün mənası #sisyan nə deməkdir? #sisyan sözünün izahı #sisyan sözünün yazılışı #sisyan necə yazılır? #sisyan sözünün düzgün yazılışı #sisyan leksik mənası #sisyan sözünün sinonimi #sisyan sözünün yaxın mənalı sözlər #sisyan sözünün əks mənası #sisyan sözünün etimologiyası #sisyan sözünün orfoqrafiyası #sisyan rusca #sisyan inglisça #sisyan fransızca #sisyan sözünün istifadəsi #sözlük