Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir.
Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur.
Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir.
1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu.
2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.