tək-vahid sözü azərbaycan dilində

tək-vahid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tək-vahid • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Tək (film)
Tək (The One) – 2001-ci ildə istehsal edilən baş rolda Cet Li və Karla Qucinoun oynadığı döyüş filmi.Filmin rejisoru və ssenaristləri Ceyms Vong və Glen Morqandır. Film kassalarda 72 milyon dollara qədər gəlir gətirmişdir. Linin ilk dəfə bu film də Ceyson Stethemlə birlikdə rol almışdır və daha sonra 2007-ci il də çəkilmiş Müharibə filmində birlikdə rol aldılar. == Məzmun == Qautanın tunelləri adı verilən bir texnologiya sayəsində insanlar paralel kainatlar gedə bilərlər. Günahları böyük olan məhbusları başqa kainata aparan MVA, yəni, Multi-Verse Authorities adlı yerdə polislər bir kainatdan digərinə gedə bilir və onlar kainatlarda həbsxanalar yaradır, ora məhbusları aparırlar. Yu Lav(Cet Li) adlı qatil ardıcıl qətillər törətməyə başlayır. Onun məqsədi digər Yu Lav adlı insanları öldürmək və dünyada yeganə Yu Lav adında insan olaraq qeyri adi bir gücə sahib olmaqdır. Güclü döyüşcü olduğundan polislər onu çətinliklə tutmuşdular. Artıq yeganə Yu Lav o idi. Onun məhkəməsinin olduğu vaxt bir qadın bomba partladır və bu vaxt Yu qaçır.
Tək dəqiqlikli
Tək dəqiqliklikli(single-precision,с одинарной точностью,tek duyarlıklı)-sürüşkən nöqtəli ədədin, adətən, proqramlaşdırma dili tərəfindən təklif olunan iki, yaxud daha çox variant içərisində ən kiçik dəqiqliyi olan tipi. Həqiqi dəqiqlik proqramlaşdırma dilindən və həmin dilin kompilyatorundan asılı olaraq dəyişir və sürüşkən nöqtəli ədədlərin emal olunub-olunmamasından asılı olur. Tək dəqiqlik FORTRAN dilində REAL kimi, C, C++, C#, Java və Haskell dillərində float kimi, Delphi (Pascal), Visual Basic, və MATLAB dillərində single kimi tanınır. Ancaq Python, Ruby, PHP və OCaml dillərində float, Octave dilinin 3.2-dən aşağı versiyalarında isə single ikiqat dəqiqlikli ədədləri göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. == Həyat tərzi == Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (ing. single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan verilmədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multipleyir (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyulmuşdur. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Tək ədəd
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. == Cüt ədədlər == Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. == Tək ədədlər == Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Tək ədədlər
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. == Cüt ədədlər == Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. == Tək ədədlər == Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Şəbəkədə tək
Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir. == Məzmunu == Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır. Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir.
Vədat Tək
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[…], İstanbul – 1942[…], İstanbul) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır. Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir. == Erkən həyatı və təhsili == Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.
Tək Üzük
Tək Üzük, həmçinin Hakim Üzük və ya İsildurun Zəhəri — Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının hadisələrin mərkəzində olan obyekt. Tək Üzük ilk dəfə 1937-ci ildə nəşr olunan "Hobbit"də xatırlanır. Hekayədə Tək Üzük sahibinə görünməzliyi təmin edən sehrli üzük kimi təsvir edilir. 1954–1955-ci illərdə nəşr olunan "Üzüklərin hökmdarı" seriyasında Tək Üzüyün səlahiyyətlərinin, sahibinə görünməzlik verməkdən daha böyük xüsusiyyətlərə malik daha qaranlıq bir obyekt olduğu ortaya çıxır. Tək Üzük Qaranlıq hğkmdar Sauron tərəfindən Orta Dünyanı ələ keçirmək planının bir hissəsi olaraq yaradılmışdır. "Üzüklərin hökmdarı" Sauronun bu məqsədə çatmasının qarşısını almaq üçün Üzüyü məhv etmək missiyası ilə uzun bir səyahətdən bəhs edir.
Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir.
Vahid Qurbanov
Vahid Qəhrəmanov
Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın – 1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966). == Həyatı == Vahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb. == Əmək fəaliyyəti == Vahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub. Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub. == Akademik fəaliyyəti == Vahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir.
Vahid Rusiya
"Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyası (rus. Единая Россия) — Rusiya sağ mərkəzçi sosial-mühafizəkar partiya, Rusiyanın ən böyük partiyası. == Tarix == 2003-cü il seçkilərinə görə partiya Rusiya Dövlət Dumasında parlament çoxluğu, 2007-ci il seçkilərinə görə isə konstitusiya çoxluğu əldə edir. 2011-ci ildə hökumətin beş üzvü partiya üzvü idilər: Vyaçeslav Volodin, Aleksandr Jukov, Yelena Skrınnik, Yuri Trutnev və Sergey Şoyqu. 28 sentyabr 2010-cu il tarixinə ölkənin 83 subyektinin 75-ə partiyanın mümayəndəsi rəhbərlik edir. 2011-ci il Dövlət Dumasına seçkilər birinci dəfə olaraq partiyanın keçirdiyi praymariz nəticəsində tərtib edilmişdir. O seçkilərə yeni təçkil edilmiş Ümumrusiya xalq Cəbhəsi ilə birgə getmək niyyətindədir.. Partiyanın 24 sentyabr 2011-ci ildə keçirilmiş XII qurultayının qərarına əsasən partiya siyahısına RF Prezidenti Dmitri Medvedyev başçılıq etmişdir, 2012-ci il prezident seçkilərinə isə "Yedinaya Rossiya" Vladimir Putinin namizədliyi irəli sürüldü. 4 dekabr 2021-ci il tarixli qurultayda Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Sidyakin oldu.
Vahid Rüstəmov
Vahid Rəcəboğlu
Vahid Tağıyev
Vahid Heydər oğlu Tağıyev (1961, Alpout, Göyçay rayonu – 27 noyabr 2020) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirmişdir. 1983-cü ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlamış, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 1984–1987-ci illərdə Göyçay rayonu "Leninqrad" südçülük sovxozunda azad komsomol komitə katibi, 1987–2016-cı illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləmişdir. 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. 2018–2019-cu illərdə "Yeni Həyat Şirkətlər Qrupu" MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək "Azərenerji" ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vahid Tağıyev 27 noyabr 2020-ci ildə koronavirus xəstəliyi səbəbi ilə ölmüşdür.
Vahid Xorasani
Şeyx Hüseyn Vəhid Xorasani (1 yanvar 1921, Nişapur, Rəzəvi Xorasan ostanı) — din alimi, müctəhid. == Həyatı == Şeyx Vəhid Xorasani 1 yanvar 1921-ci ildə (hicri-şəmsi 1299-cu il, 11 Dey) Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Vahid bağı
Əliağa Vahid bağı və ya Əliağa Vahid parkı — Bakıda, İçərişəhərdə kiçik meydan. Kiçik Qala küçəsinə bağlanır. Çin məscidi və YAY!Gallery burada yerləşir. == Tarixi == Bağın adı Azərbaycan şairi Əliağa Vahidin büstü qoyulduqdan sonra müəyyənləşdirildi. Əvvəllər, 1990-cı ildə, əvvəlcə Mikayılovski və ya Qubernator Baharı kimi tanınırdı. Cənubunda Niyazi küçəsi, şimal tərəfində İçərişəhər metrostansiyası, qərbdə İstiqlaliyyət küçəsi və şərqdə İçərişəhərin köhnə hissəsinin qala divarı yerləşir. 2009-cu ildə büst İçərişəhərə köçürüldü və bağ "Filarmoniya bağı" adlandırıldı. Bakı Filarmoniyası Cəmiyyəti adına "Əliağa Vahid bağı" adı yeni bir yerə təyin edildi. == İstinadlar == == Xarici keçidlər == Baku.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} == Yazılışı == n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} == Xassələri == Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Vahid vektor
Vahid vektor (normallaşdırılmış vektor boşluğu vahid vektordur) — modulu (uzunluğu) vahidə bərabər olan vektor.
Vahid İsmayılov
Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi == Həyatı == Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir. Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur. == Mükafatları == Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir. == Mənbə == Ваһид Аслан оғлу Исмајылов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
Vahid Əhmədov
Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III, IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru. == Həyatı == Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir. 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür. 1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

Oxşar sözlər

#tək-vahid nədir? #tək-vahid sözünün mənası #tək-vahid nə deməkdir? #tək-vahid sözünün izahı #tək-vahid sözünün yazılışı #tək-vahid necə yazılır? #tək-vahid sözünün düzgün yazılışı #tək-vahid leksik mənası #tək-vahid sözünün sinonimi #tək-vahid sözünün yaxın mənalı sözlər #tək-vahid sözünün əks mənası #tək-vahid sözünün etimologiyası #tək-vahid sözünün orfoqrafiyası #tək-vahid rusca #tək-vahid inglisça #tək-vahid fransızca #tək-vahid sözünün istifadəsi #sözlük