tanış sözü azərbaycan dilində

tanış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tanış • 99.8111%
  • Tanış • 0.1719%
  • TANIŞ • 0.0124%
  • tanıŞ • 0.0045%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 303.29 dəfə / 1 mln.
2002 •••••••••••• 263.81
2003 •••••••••••••• 308.65
2004 •••••••••••••••• 355.07
2005 •••••••••••••••••••• 449.41
2006 ••••••••••••••••• 361.96
2007 ••••••••••••••••••• 405.73
2008 ••••••••••••••••••• 405.14
2009 ••••••••••••••• 328.93
2010 •••••••••••••• 306.90
2011 ••••••••••••••••• 362.04
2012 •••••••••••••••• 356.84
2013 •••••••••• 205.24
2014 •••••••••••• 257.93
2015 ••••••••••••• 280.70
2016 ••••••••••••• 290.51
2017 •••••••••••• 267.46
2018 ••••••••••••• 277.03
2019 •••••••••••• 265.38
2020 ••••••• 140.03

tanış sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan. İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. C.Məmmədquluzadə. [Şükür] nazir ilə tanış bir parlaman üzvü tapdı. S.Hüseyn. // is. Tanış adam. Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür əl verib, öpüşürük biz. S.Vurğun. Qəhrəmanın Bakıda tanışı yox idi. Ə.Vəliyev. □ Tanış etmək – 1) iki və ya bir neçə adamı birbirinə təqdim edərək aralarında tanışlıq yaratmaq. [Murad] məni yoldaşı Badisəba xanımla tanış etdi. Çəmənzəminli. [Gülsabah Qüdrətə:] Siz məni heç kəslə tanış etmədiniz, hamısını bir-bir özüm soruşmalıyam? C.Cabbarlı; 2) bir şey haqqında məlumat verərək, danışaraq, göstərərək birində təsəvvür oyatmaq, məlum etmək. Döyüşçüləri vəziyyətlə tanış etmək. Tanış olmaq – 1) birisi ilə və ya bir şeylə tanışlıq əldə etmək, bir-birini tanımaq, aralarında ülfət yaranmaq. [Balaş:] Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim arvadım [Dilbər] ilə tanış ol? C.Cabbarlı. Siz kənarda dayanmayın, bir yaxın gəlin; Qayıqdakı üç nəfərlə tanış olaq biz. Ə.Əlibəyli; 2) bir şey haqqında məlumat almaq, bilik əldə etmək, bələd olmaq. Klassik musiqi ilə tanış olmaq. – İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dindirdi. Mir Cəlal. 2. Qabaqlar təsadüf olunmuş; məlum, bələd. Tahir … tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünədüşünə irəliləyirdi. M.Hüseyn. Tanış bir səs nagahani bir zərbə kimi [Gülnazı] sarsıtdı. M.İbrahimov. ◊ Tanış gəlmək – qabaqlar tanış olduğu halda yaxşı tanıya bilməmək, tanış kimi görünmək. Bu səs Məmmədə tanış gəldi. M.S.Ordubadi. Qadının yerişi, bədəninin hərəkəti mənə tanış gəlirdi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti

tanış sözünün sinonimləri (yaxın mənalı sözlər)

tanış sözünün antonimləri (əks mənalı sözlər)

tanış sözünün rus dilinə tərcüməsi

  • 1 1. знакомый; 2. знакомец;

    Azərbaycanca-rusca lüğət
  • 2 I прил. знакомый: 1. состоящий в знакомстве с кем-л. Tanış adam знакомый человек (знакомец), onlar uşaqlıqdan tanışdırlar они знакомы с детства 2. известный, встречавшийся прежде. Tanış səslər знакомые голоса, tanış yerlər знакомые места, tanış üzlər знакомые лица II сущ. знакомый, знакомая; знакомец, знакомка. Köhnə tanış старый знакомый; tanış etmək: 1. знакомить, познакомить (сделать кого-л. знакомым другому лицу, представить одного другому, другим). Bizi bu yaxınlarda tanış etdilər нас познакомили недавно; 2. знакомить, ознакомить. Elmin nailiyyətləri ilə tanış etmək ознакомить с достижениями науки; tanış olmaq знакомиться, познакомиться: 1. вступать, вступить в знакомство с кем-л. Gəlin, tanış olaq давайте знакомиться 2. получать, получить сведения, приобретать, приобрести знания о чём-л.; ознакомиться. Xalq müsiqisi ilə tanış olmaq ознакомиться с народной музыкой, sənədlərlə tanış olmaq ознакомиться с документами; tanış çıxmaq оказаться знакомыми; tanış gəlmək казаться, показаться знакомым. O səs mənə tanış gəlirdi тот голос казался мне знакомым

    Azərbaycanca-rusca lüğət

tanış sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. acquaintance; friend; O mənim tanışımdır He / She is my acquaintance II. s. 1. familiar; ~ əlyazması familiar handwriting; Mən bütün ədəbiyyatla tanışam I’m familiar with all the literature; 2. acquainted (with); bir kəslə ~ olmaq to be* acquainted with smb., to make* the acquaintance of smb., to get* to know smb.; muzeylə ~ olmaq to see* the museum; ~ etmək to acquaint (d. with); (təqdim etmək mənasında) to introduce (d. to); bir kəsi şəhərlə ~ etmək to show* smb. round the town / the city

    Azərbaycanca-ingiliscə lüğət

tanış sözünün fransız dilinə tərcüməsi

  • 1 is. connaissance f bir kəslə ~ olmaq faire la connaissance de qn ; muzeylə ~ olmaq visiter le musée ; ~ etmək présenter qn, introduire qn ; bir kəsi şəhərlə ~ etmək montrer la ville à qn

    Azərbaycanca-fransızca lüğət

tanış sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. таниш, танишвал авай, чидай (мес. кас); tanış etmək таниш авун, танишарун а) кьвед ва я са шумуд кас сад-садав танишарун, сад-садаз чирун, чирхчир авун; б) малумат гун, рахана, къалурна, лагьана чирун; tanış olmaq таниш хьун а) сад-садаз чир хьун, чирхчир хьун; б) малумат къачун, чирвал къачун, белед хьун, чир хьун; 2. сущ. таниш, танишвал авай (чидай) кас, чирхчир; 3. виликра чидай, акур, дуьшуьш хьайи; малум тир, белед; ** tanış gəlmək таниш атун, хъсандиз чир тахьун, таниш хьиз акун.

    Azərbaycanca-ləzgicə lüğəti

tanış sözünün türk dilinə tərcüməsi

tanış sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

tanışlığı olan, bir-birini tanıyan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"tanış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tanış nədir? #tanış sözünün mənası #tanış nə deməkdir? #tanış sözünün izahı #tanış sözünün yazılışı #tanış necə yazılır? #tanış sözünün düzgün yazılışı #tanış leksik mənası #tanış sözünün sinonimi #tanış sözünün yaxın mənalı sözlər #tanış sözünün əks mənası #tanış sözünün etimologiyası #tanış sözünün orfoqrafiyası #tanış rusca #tanış inglisça #tanış fransızca #tanış sözünün istifadəsi #sözlük