* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Sap, iplik və s. sarınan çarx. …Arvad ayağa qalxdı və nə isə çaşqınlıqla cəhrənin ora-burasını, tağalağını, iyini, dəstəsini yoxladı. Ə.Əbülhəsən. [Tapdıq] özünü divarın dibinə verib, tağalağı dığırlatdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / tağalaq2 bax taqqanaq. …Uşağın əlindəki tağalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / tağalaq1 1. Tağalamaq feili olub və “катить” anlamında işlədilir. Tağalaq ondan törəmiş isimdir. Ehtimal ki, təkərləmək sözünün təhrifi ilə bağlıdır. 2. Mənbələrdə doğalaq kimi verilib, “dəyirmi”, “dairəvi” deməkdir. Dolamaq, dulğu sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tağalaq1 1. катушка для ниток; 2. мед. полоскание для горла; 3. тех. блок; 4. полоскание;
Azərbaycanca-rusca lüğət / tağalaq