Tengiz Abuladze
Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[…], Kutaisi – 6 mart 1994[…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980).
== Həyatı ==
Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu.
Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir.
Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti
saxlanmışdır.