torpaqla sözü azərbaycan dilində

torpaqla

Yazılış

  • torpaqla • 96.1151%
  • Torpaqla • 3.5971%
  • TORPAQLA • 0.2878%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Az humuslu ibtidai çəmən-boz torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Bakir torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bakır torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bataqlı torpaqlar
Bataqlı torpaqlar — dənizsahili çökəklərdə, düzənliklərin depresiya sahələrində, çayların axmazlarında lokal şəkildə rast gəlinən torpaq tipidir. Bu torpaqlar 137 min hektar sahəni əhatə edir. Lənkəran rayonu, Kür-Araz ovalığı, Naxçıvanın düzənlikləri, Qanıx-Əyriçay vadisi, Dəvəçinin Ağzıbirçala gölü hövzəsi və s yerlərdə yayılmışdır. Bataqlı torpaqların inkişaf etdiyi ərazi üçün halofitlər (qamış, çil, sirkən və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa böyük miqdarda fitokütlə verir. Torpaqəmələgətirən süxurlar laylı allüvial çöküntülər, karbonatlı, şoranlaşmış gillər və gillicələrdir. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-158 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə isə 50-80 sm-lik dərinliyə düşür. Bataqlı torpaqlar torpaqəmələgəlmə və qleyləşmə prosesinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Torflaşma Azərbaycanda zəif gedir.
Boz-qonur torpaqlar
Boz-qonur torpaqlar — kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni olmayan torpaq tipi. Bu torpaq tiplərinə əsasən isti ərazilərdə rast gəlinir. Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir, lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1–0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır.
Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Boz meşə torpaqları
Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür. Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7 °C, yanvarın orta temperaturu −6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq −4,5 °C, −28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500–600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir.. Meşə döşənəyi kül elementləri ilə zəngindir.
Boz qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Dağ-meşə qəhvəyi torpaqlar
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.
Dağ qara torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Hematitləşmiş torpaqlar
Hematitləşmiş torpaqlar — hematit tərkibi Fe2O3-dən ibarət mineraldır. Bu torpaqların tərkibində Titan, silisium, manqan, su kimi kimyəvi qarışıqlar olur. Metallurgiya zavodunda dəmir və polad istehsalı zamanı hematitli şlaklardan ibarət tullantılar alınır. Həmin şlaklar yüksək məsaməli olduqları üçün neft mədəni yerlərində buruqyanı istismar meydançalarında iş prosesi zamanı əmələgələn bataqlıqların qurudulmasında onlardan absorbent kimi istifadə olunur. Nəticədə buruqyanı istismar meydançalarında 5–10 sm qalınlığında hematitli şlaklardan ibarət örtük əmələ gəlmişdir. Bu isə həmin ərazilərdə hematitləşmiş torpaqların yaranmasına səbəb olmuşdur. Həmin örtük neftli tullantılarla (8,5–12%) və başqa qarışıqlarla zəngin olduqları üçün fitotoksiki xassələrə malikdir. Bu növ çirklənmiş torpaqlar "Salyanneft" mədənlərində daha geniş yayılmışdır.
Kserofit meşələrin torpaqları
Kserofit meşələrin torpaqları — Azərbaycan ərazisində yayılmış torpaq tipi. Bir çox iqlimşünaslar, fiziki coğrafiyaçılar, aqroekoloqlar Azərbaycanın yerləşdiyi enliklər və uzunluqlar arası ərazini bütövlüklə subtropik rayonlara aid etmişdir. Landşaft baxımından ölkə ərazisi quru subtropik çöllərə və yarımsəhralara düşür. Ə. D. Əyyubova görə quru subtropik Azərbaycanda fəal temperaturun illik cəmi 3800–4600° arasında dəyişir. Qış mövsümündə orta aylıq temperatur 0,6°-dən aşağı enmir. Havanın orta illik temperaturu 12,0–14,5°-yə qədər dəyişir. Atmosfer yağıntılarının illik miqdarı 600–1100 mm təşkil edir. Nisbi rütubətlənmə 9%-dən 30%-ə qədər dəyişir. Quru subtropiklərin çöl və yarımsəhralarında boz-qəhvəyi və boz torpaqlar geniş yayılmışdır. Bu qurşaq daxilində şabalıdı torpaqların formalaşması mübahisəli məsələlərdəndir.
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Marş torpaqlar
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir. Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər. Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub. Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir. Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir. Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.
Müqəddəs torpaqlar
Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur. Yəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir.
Neftlə çirklənmiş torpaqlar
Neftlə çirklənmiş torpaqlar - neftin, qazın çıxarılması, nəqli və emalı nəticəsində münbit torpaq qatı neftli tullantılarla çirklənmiş, pozulmuş və basdırılmış neft mədən yerləridir. Neftli tullantılarla çirklənmiş yerlər ən çox buruq ətrafı istismar meydançalarında rast gəlinir və burada geniş ərazini əhatə edir. Neft mədəni yerlərində neft yataqlarının istismarı zamanı torpaqların səthinə uzun müddət ərzində tökülən neft və neftli axar suların torpaqların səthində toplanması və profil çatlar üzrə aşağıya doğru miqrasiyası ilə neftlə çirklənmiş torpaqlara məxsus profilin morfologiyasıdır. Torpaqların səthinə tökülən neft kütləsi torpaq səthinin kələ-kötür olduğu üçün üfuqi istiqamətdə axını ləngiyir və nəticədə torpağın səthində müəyyən zaman ərzində və müəyyən qalınlıqda aşağıdakı sxem üzrə örtük əmələ gəlir. Mazutlaşmış-bitumlaşma-takırlaşmış bitum. Digər tərəfdən torpağın səthinə tökülən neft kütləsinin çox hissəsini torpaqların profilində aşağıya hərəkət etməklə neftogen torpaq profilinin formalaşmasına səbəb olur. Fitоmeliоrasiya – bitki örtüyünün köməyi ilə ixtiyarı ərazinin təbii şəraitinin köklü dəyişdirilməsi üçün tətbiq оlunan tədbirlər sistemidir Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində ərazinin tоrpaq, iqlimi, hidrоlоji, biоlоji şəraiti yaxşılaşdırılmaqla, bütöv fiziki-cоğrafi kоmpleksə müsbət təsir göstərmək mümkündür. Təbii şəraitə biоlоji təsir göstərməklə оnda baş verən xоşagəlməz halların qarşısını almaq istiqamətində ilk elmi tədqiqatların aparılmasında V.V. Dоkuçaevin, P.A. Kоstiçevin, A.I. Vоyeykоvun, K.A. Timuryazevin və başqalarının böyük rоlu оlmuşdur. XIX əsrin оrtalarına kimi Azərbaycanın əksər bölgələrində təbii landşaft kоmpleksi özünün ilkin antrоpоgendən əvvəlki fоrmalarında mövcud оlmuşdur. Xüsusən dağ və düzən ərazilərdəki meşə örtüyü, yay və qış оtlaqları təbii-tarixi strukturlarını qоruyub saxlamışdır.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.10 dəfə / 1 mln.
2003 ••••• 1.18
2004 ••••••••••••••••••• 4.72
2005 •••••••••••••• 3.37
2006 ••••• 1.13
2007 •••• 0.85
2008 •••••••• 1.95
2009 •••• 0.96
2010 •••••••••••••••••••• 4.99
2011 •••• 0.94
2012 •••••••••• 2.41
2013 •••••••••• 2.48
2014 •••••••••• 2.40
2015 ••••• 1.02
2016 ••••• 1.21
2017 •••••••••• 2.28
2018 •••••••••• 2.40
2019 •••••••• 1.95
2020 •••••• 1.33

"torpaqla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#torpaqla nədir? #torpaqla sözünün mənası #torpaqla nə deməkdir? #torpaqla sözünün izahı #torpaqla sözünün yazılışı #torpaqla necə yazılır? #torpaqla sözünün düzgün yazılışı #torpaqla leksik mənası #torpaqla sözünün sinonimi #torpaqla sözünün yaxın mənalı sözlər #torpaqla sözünün əks mənası #torpaqla sözünün etimologiyası #torpaqla sözünün orfoqrafiyası #torpaqla rusca #torpaqla inglisça #torpaqla fransızca #torpaqla sözünün istifadəsi #sözlük