traya sözü azərbaycan dilində

traya

Yazılış

  • traya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Desi Trayan
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Mark Ulpi Trayan
Mark Ulpi Trayan (18 sentyabr 53[…] – avqust 117, Selinus, Roma imperiyası[…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. == Həyat hekayəsi == Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.O, vətəndaş azadlığını və xüsusilə söz azadlığını görünməyən dərəcədə yüksəltmiş, ölkədə hökm sürən donos və xəbərçilik maşınını məhv etmişdi.
Qay Messi Kvint Trayan Desi

Trayan

Trayan Besesku
Trayan Besesku (4 noyabr 1951) — Rumıniyalı ictimai-siyasi xadim, Rumıniya prezidenti.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodor. Sütun Ulpiya bazilkasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həmdə iki böyük kitabxana arasında yerləşir:yunan və latın kitabxanası == Tarixi == Trayan Mark Ulpi İspan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada(Müasir Rumuniya ərazisi), Şimali Ərəbistanda, Parfiyada və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanında Roma heç bir vaxt bu səviyyəyə gəlməmişdir, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Trayano Bokkalini
Trayano Bokkalini(1556 Loreto – 16 noyabr, 1613 Venesiya) — italyan yazıçısı. == Həyatı == Həyatının daha çox hissəsini XVI əsrdə yaşayan Bokkalini yeni dövrə intibah dövrü humanistlərinin döyüşkən, mübariz ruhunu gətirmişdir. Onun "Parnasdan xəbərlər" adlı satirik əsəri az bir müddət içində bir çox Avropa dillərinə tərcümə edildi və geniş şöhrət qazandı. Əsərdə gülüşün istehza, zarafat, sarkazm kimi növlərindən məharətlə istifadə olunmuş, ispan əsarətinə, zadəgan ikiüzlülüyü və riyakarlığına, ədəbi aləmdə hökm sürən ziddiyyətlərə qarşı dərin qəzəb, nifrət əks etdirilmişdir. Bokkalini Ərəstunun estetik prinsiplərindən başqa heç nə tanımaq istəməyən, gənc istedadları bu prinsiplərdən kənara çıxmağa qoymayan ədəbi nüfuzlara cəsarətlə hücum çəkir. Ədib zarafatyana bir formaya guya incəsənət hamisi Apollonla Aristotel arasında baş vermiş bir söhbəti qələmə alır: "Apollon qeyri-adi dərəcədə qəzəbli bir sifətlə və çox əsəbi bir səslə Aristoteldən soruşdu ki, onun, Apollonun yazmaqda və yaratmaqda tam azadlıq tələb etdiyi yüksək istedadlı sənətkarlar üçün qanunlar müəyyənləşdirməyə və qaydalar çap etməyə cəsarət eyləyən o ədəbsiz və utanmaz odurmu, çünki ədəbiyyatçıların canlı istedadları hər hansı qaydaların zəncirindən azad olduqda, göstərişlərin zəncirləri ilə bağlanmadıqda onun çox yüksək dərəcədə məmnunluğuna səbəb olaraq hər gün məktəbləri və kitabxanaları ən gözəl əsərlərlə zənginləşdirirlər." Apollonun ittihamları qarşısında Aristotelin özünə bəraət qazandırmaq cəhdləri daha maraqlıdır. Onun fikrincə, ancaq nadanlar şairləri incitmək, onları əsarətdə saxlamaq məqsədilə onun adından istifadə etmişlər. O, ancaq gənc istedadlara kömək məqsədilə müəyyən ümumi qaydaları göstərmiş, onlara sənətin həqiqi yolunu tapmaqda kömək etmək istəmişdir. Aristotelin qanun və prinsipləri ətrafında uzun müddət davam edən mübahisə və mübarizələri nəzərə alsaq, Bokkalininin qeydlərinin nə qədər aktual, yerində və düzgün olduğunu başa düşmək olar. Gördüyümüz kimi, XVII əsr italyan ədəbiyyatında müxtəlif ədəbi cərəyanlar qarşılıqlı təsir və mübarizə şəraitində fəaliyyət göstərmişdir.

Oxşar sözlər

#traya nədir? #traya sözünün mənası #traya nə deməkdir? #traya sözünün izahı #traya sözünün yazılışı #traya necə yazılır? #traya sözünün düzgün yazılışı #traya leksik mənası #traya sözünün sinonimi #traya sözünün yaxın mənalı sözlər #traya sözünün əks mənası #traya sözünün etimologiyası #traya sözünün orfoqrafiyası #traya rusca #traya inglisça #traya fransızca #traya sözünün istifadəsi #sözlük