Təpə sözü azərbaycan dilində

Təpə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Təpə • 50.7525%
  • təpə • 47.5753%
  • TƏPƏ • 1.6722%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Döş formalı təpə
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır. == Ümumi baxış == İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır. Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir. İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.
Gül Təpə (Urmiya)
Gül Təpə (fars. گل تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.894 nəfər yaşayır (365 ailə).
Günəşli Təpə (Priştina)
Brequ i Diellit, (azərb. Günəşli Təpə‎, alb. Bregu i Diellit və ya Kodra e Diellit, serb. Sunčani breg) mənasını verən, Kosovonın paytaxtı olan Priştina şəhərinin ən böyük və əhalisi ən çox sıx olan rayonudur. == Məktəblər == Shf. Liriya - Brequ i Diellit 2-də yerləşir Shf.
Kişmiş Təpə (Maku)
Kişmiştəpə (fars. كشمش تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,655 nəfər yaşayır (594 ailə).
Oryan təpə (Mərənd)
Oryan təpə (Ayrandibi kəndi) (fars. عريان تپه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2016-cı il məlumatına görə kənddə 1,524 nəfər yaşayır (509 ailə).
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Qara Təpə
Azərbaycanda Qaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Gürcüstanda Qaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi. İranda Qara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Təpə (Germi)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (104 ailə).
Təpə (Nəmin)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Təpə (Urmiya)
Təpə (fars. تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Təpə (dəqiqləşdirmə)
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. ‎Təpə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Təpə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Təpə kəklikotusu
Təpə payı
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Təpə sümüyü
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. == Haqqında == Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Ov təpə (Əsədabad)
Ov təpə (fars. آهوتپه‎, (az-əbcəd. اُوتَپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 264 nəfər yaşayır (78 ailə).
Eremiya təpəsi
Eremiya təpəsi (bolq. Еремийски хълм, ‘Eremiyski Halm’ \e-re-'miy-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən qərbdə yerləşən, 863 m hündürlüklü təpədir. Təpə Mareskot silsiləsinə daxildir və Malorad buzlağından cənub-qərbdə yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Eremiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Eremiya təpəsi 63°32′45″ c. e. 58°37′46″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 3.48 km şimal-qərbdə, Korner zirvəsindən 4.83 km şimal-şərqdə, Tanaron burnundan 6 km cənub-şərqdə, Bardarevo təpəsindən 5.89 km cənub-qərbdə yerləşmişdir.
Gəmiqaya təpəsi
Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur. Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.
Holan təpələri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Hürmələk təpəsi
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin] 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir. Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
Hürmələk təpəsi (Aslanbəyli)
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin] 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir. Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi. Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir.
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi. Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.
Kribul təpəsi
Kribul təpəsi (bolq. Крибулски хълм, ‘Kribulski Halm’ \'kri-bul-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 520 m hündürlüklü təpədir. Təpə cənub-qərbi Bolqarıstanda yerləşən Kribul şəhərinin adını daşıyır. == Yerləşməsi == Kribul təpəsi 63°37′59″ c. e. 57°54′32″ q. u. koordinatlarında yerləşmişdir. Qornik təpəsindən 2.71 km cənub-qərbdə, Çörç burnundan 5.27 km şimalda, Marten qayasından 7.88 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kərbəlayı Qulu bəy Təpəsərov
Kərbəlayı Qulu bəy Məşədi Mehdiqulu bəy oğlu Təpəsərov (1855 — ?)— xeyriyyəçi. == Həyatı == Məşədi Mehdiqulu bəyin üçüncü oğlu Qulu bəy 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. == Ailəsi == Kərbəlayı Qulu bəyin Cəfərqulu bəy, Allahqulu bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Əbdürrəhmanbəyli obası, Bakı: Zərdabi LTD, 2013, 240 səh.
Lopyan təpəsi
Lopyan təpəsi (bolq. Лопянски камък, ‘Lopyanski Kamak’ \lo-'pyan-ski 'ka-m&k\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 1.7 km cənubda yerləşən, 583 m hündürlüklü təpədir. Təpə Erul yüksəkliyindən və Russell İst buzlağından cənubda yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Lopyan şəhərinin adını daşıyır. == Yerləşməsi == Lopyan təpəsi 63°42′11″ c. e. 58°23′29″ q. u. koordinatlarında yerləşmişdir. Giqen zirvəsindən 1.98 km cənub-şərqdə, Koburq zirvəsindən 2.27 km cənub-qərbdə, Panhard nuntakından 4.96 km şimal-qərbdə, Siniger nunatakından 2.64 km şimal-şərqdə, Roman təpəsindən 3.63 km şərqdə yerləşmişdir.
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Obzor təpəsi
Obzor təpəsi (bolq. хълм Обзор, ‘Halm Obzor’ \'h&lm ob-'zor\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 490 m hündürlüklü qaya zirvəsidir. Zirvə şərqi Bolqarıstanda yerləşən Obzor şəhərinin adını daşıyır. Obzor təpəsi 63°16′00″ c. e. 57°05′43″ q. u. koordinatlarında yerləşmişdir. Dubouzye burnundan 2.46 km cənub-qərbdə, Bransfild dağından 1.18 km şimalda, Vişeqrad təpəsindən 1.87 km şimal-qərbdə, Mott qar təpəsindən qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.

təpə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Hündür yer, hündürlük; kiçicik dağ. Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. C.Məmmədquluzadə. 2. Bir şeyin ən yuxarı hissəsi, başı, zirvəsi. Dağın təpəsi. Yamacın təpəsi. Qüllənin təpəsinə çıxmaq. – Qocaman bir dağın təpəsinə dırmaşdıq. A.Şaiq. [Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə. 3. Qalaq, taya. Ot təpəsi. Saman təpəsi. 4. İnsan və heyvan başının ən üst hissəsi; kəllə, baş. Qoyunun təpəsinə damğa vurmaq. – [Məmur:] Qılıncı xainin təpəsinə çal. M.Rahim. // Papağın üst tərəfi, üstü. Papağın təpəsi məxmərdəndir. – [Hüseynəli əmi] əlini aparıb börkünün təpəsindən bir parça qov çıxardı. M.S.Ordubadi. ◊ Təpədən-dırnağa qədər – başdan-ayağa (qədər). [Sara xanım] hamamdan qayıdanda da təpədən-dırnağa qədər qara çarşaba bürünərdi. Qantəmir. İyirmi beş yaşlı bu cavan oğlan; Təpədən-dırnağa nəğməydi ancaq. B.Vahabzadə. Təpədən-dırnağa qədər süzmək – bax başdan-ayağa süzmək (“başdan-ayağa”da). İskəndər Quliyev döyüşçünü bir də təpədən-dırnağa qədər süzdü. Ə.Vəliyev. Təpəsi üstə – başaşağı, kəlləmayallaq. [Əhməd:] Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə, beyni burnundan gəlsin… N.Vəzirov. Təpəsi üstə gəlmək – 1) başaşağı gəlmək, kəlləmayallaq yıxılmaq. Uşaq məhəccərə dırmaşanda təpəsi üstə yerə gəlib. Mir Cəlal; 2) məc. tez və həvəslə gəlmək, o saat gəlmək. [Yədulla xan:] Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr. S.Rəhimov. Telli xalaya xəbər gedən kimi təpəsi üstə gəldi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / təpə
  • 2 nisbi yüksəkliyi 200 m-dən çox olmayan nisbətən maili (30º-dən az), adətən çimli yamaclı, dairəvi zirvəli və ətəyi zəif təzahür edən müsbət relyef forması. Р–холм hill, hillock

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / təpə

təpə sözünün etimologiyası

təpə sözünün sinonimləri (yaxın mənalı sözlər)

təpə sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TƏPƏ – DÜZ Düzlər naxırlı, təpələr, yamaclar sürülüydü (M.Süleymanlı). TƏPƏ – DÜZƏNLİK Xülasə, səhərin açılması ilə təpələr və düzənliklər, otlaqlar və çəmənliklər, bir-birindən seçilməyə başladı (M.Talıbov).

    Azərbaycan dilinin antonimlər lüğəti / təpə

təpə sözünün rus dilinə tərcüməsi

  • 1 1. темя, макушка; 2. холм, пригорок, горка, сопка; 3. высь, вершина, верхушка;

    Azərbaycanca-rusca lüğət / təpə
  • 2 I сущ. 1. холм, бугор, горка. Təpələr silsiləsi гряда холмов, təpənin döşü склон холма, təpənin ətəyi подошва холма, təpəni aşmaq перевалить холм, təpəyə çıxmaq подняться на холм 2. верхушка (самая верхняя часть чего-л.). Ağacın təpəsi верхушка дерева 3. макушка: 1) верхняя оконечность, вершина чего-л. Dağın təpəsi макушка горы, günbəzin təpəsi макушка купола 2) самая верхняя, выпуклая часть головы 4. высота, возвышенность. воен. Təpəni əldə saxlamaq удержать высоту, təpəni müdafiə etmək защищать высоту; Colan təpələri геогр. Голанские высоты (в Сирии) 5. разг. голова человека и животного. Təpəsinə vurmaq ударить по голове 6. темя (верхняя часть головы от макушки до лба) 7. верх (верхняя часть чего-л.). Papağın təpəsi верх шапки 8. мат. вершина. Üçbucağın təpəsi вершина треугольника, bucaqların ortaq təpəsi общая вершина углов II прил. 1. теменной. мед. Təpə dəliyi теменное отверстие, təpə gözü теменной глаз, təpə sümüyü теменная кость, təpə üzvü теменной орган 2. верхушечный. бот. Təpə çiçəyi верхушечный цветок, təpə tumurcuğu верхушечная почка 3. вершинный. геол. Təpə qalxancığı вершинный щиток ◊ təpəsi üstə yıxılmaq упасть вниз головой; təpəsi üstə gəlmək прибежать (быстро и торопливо прийти). Eşidən kimi təpəsi üstə gəldi как только узнал, сразу прибежал; təpədən dırnağacan (dırnağa qədər) с головы до ног, от головы до пят, до кончиков ногтей. Təpədən dırnağadək süzmək смерить взглядом с головы до ног; təpədən dırnağa qara geyinmək одеться во всё черное; təpədən dırnağadək silahlanmaq вооружиться до зубов; təpəmdən tüstü çıxdı меня бросило в жар; təpəsinə dəysin: 1) к чёрту, ко всем чертям 2) ни к чёрту (не годится); təpəsində qoz sındırmaq держать в ежовых рукавицах, поедом есть кого; təpəsinə vurmaq, təpəsinə çırpmaq: 1) попрекать, попрекнуть чем-л. 2) не принять, вернуть какое-л. подношение; qan vurdu təpəmə кровь ударила (бросилась) мне в голову; təpəsinə çıxmaq kimin лезть на голову к ому

    Azərbaycanca-rusca lüğət / təpə

təpə sözünün inglis dilinə tərcüməsi

təpə sözünün fransız dilinə tərcüməsi

təpə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ппел; кӀунтӀ; кьакьан чка; гъвечӀи дагъ; 2. кӀукӀ, кьил, кукӀуш; dağın təpəsi дагъдин кӀукӀ; 3. марк; ot təpəsi векьин марк; 4. кьил, келле, кук, кичегь; // винел пад, кӀукӀ (бармакдин); ** təpədən-dırnağa (qədər) кьилелай кӀвачел кьван, кьиляй-кьилиз; təpədən-dırnağa qədər süzmək кил. başdan-ayağa (başdan-ayağa süzmək); təpəsi üstə кьилихъди, кукухъди; təpəsi üstə gəlmək а) кьилихъди фин, кукухъди фин; б) пер. фад, тадиз, гьевесдалди, гьасятда атун.

    Azərbaycanca-ləzgicə lüğəti / təpə

təpə sözünün türk dilinə tərcüməsi

təpə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəlilabad) məc. 1. nişanə; 2. sərhəd ◊ Təpə qoymağ (Cəlilabad) – məc. nişanə qoymaq, mərz çəkmək, sərhəd qoymaq. – Gəldi təpə qoydi ki, bıra mənimdü

Azərbaycan dilinin dialektoloji lüğəti.

"təpə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təpə nədir? #təpə sözünün mənası #təpə nə deməkdir? #təpə sözünün izahı #təpə sözünün yazılışı #təpə necə yazılır? #təpə sözünün düzgün yazılışı #təpə leksik mənası #təpə sözünün sinonimi #təpə sözünün yaxın mənalı sözlər #təpə sözünün əks mənası #təpə sözünün etimologiyası #təpə sözünün orfoqrafiyası #təpə rusca #təpə inglisça #təpə fransızca #təpə sözünün istifadəsi #sözlük