* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu”. …Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi. Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq. Şəhərin ucqarı olan bu küçədə … heç kəs gözə dəymirdi. Ə.Məmmədxanlı. // Uzaq. Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. S.Rüstəm. Divardan asılmış Azərbaycan xəritəsində ucqar dağlar qoynunu göstərdi. M.Rzaquluzadə. // Ölkənin, dövlətin mərkəzdən uzaqda olan vilayəti, rayonu.
Azərbaycan dilinin izahlı lüğəti / ucqar1 Əsli “uc yer” deməkdir. Yer sözü dəyişərək qar şəklinə düşüb. Dışarı “dış yer” deməkdir, yuxarı “yüksək yerdir”, içəri “iç yerdir”, bura “bu yerdir”, ora “o yerdir...” ucqar da “uc yerdir”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ucqar2 UCQAR (bir yerin ən uzaq, ən kənar hissəsi) İndi müəyyən olurdu ki, kəndin ucqarında, yerin altında bir oyuq yer – kaha vardır (S.Rəhimov); ƏTRAF ..gecə də, gündüz də, yuxuda da ətraf obalarda ölüm fitvaları vermək, qan axıtmaq, qanla yaşamaq istəyirdi (S.Rəhimov); KƏNAR Onun öz ailəsi kəndin kənarındakı binada yerləşmişdi (S.Rəhimov); QIRAQ İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı (N.Nərimanov).
Azərbaycan dilinin sinonimlər lüğəti / ucqar1 UCQAR – YAXIN Gələrəm dalınca bir ucqar bağa; O səkir arxayın yaşıl otlağa (M.Rahim); Yaxın bir yerdə görüş təyin etdilər (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / ucqar2 I сущ. окраина: 1. край, крайняя часть какого-л. места, местности и т.п. Meşənin ucqarı окраина леса, tarlanın ucqarı окраина поля 2. отдалённая от центра часть города. Şəhərin ucqarı окраина города 3. отдалённая, пограничная область, район государства. Ölkənin ucqarı окраина страны, Respublikanın ucqarı окраина Республики II прил. 1. окраинный. Şəhərin ucqar hissəsi окраинная часть города, Vətənin ən ucqar bucağı самый окраинный уголок Родины, ucqar kənd окраинное село 2. отдалённый, далёкий. Ucqar rayonlar отдалённые районы
Azərbaycanca-rusca lüğət / ucqar1 I. i. (şəhər və s.) outskirts pl., şəhərin ~ı the outskirts of the city / town; şəhərin ~ında yaşamaq to live on the outskirts of town / city II. s. outlying; distant; remote; (ölkənin) ~ rayonlar outlying districts, remote area / regions
Azərbaycanca-ingiliscə lüğət / ucqar1 1) is. banlieue f ; extrémité f ; périphérie f ; 2) sif. lointain, -e ; distant, -e ; périphérique
Azərbaycanca-fransızca lüğət / ucqar1 сущ. 1. са затӀунин (уьлкведин, шегьердин, хуьруьн ва мс. юкьвалай) лап яргъал тир пай (мягьле, район, вилаят), къерех; 2. яргъал.
Azərbaycanca-ləzgicə lüğəti / ucqar