Edqar sözü azərbaycan dilində

Edqar

Yazılış

  • Edqar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edqar
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Edqar Bloşe
Edqar Bloşe (fr. Edgard Blochet; 12 dekabr 1870, Burj – 5 sentyabr 1937, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Şərq dilləri məktəbində ərəb, fars, türk və hind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir.
Edqar Davids
Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts] ( dinlə) ;13 mart 1973[…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur. Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib. Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub. Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi. Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb.2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır. == Həyatı == Davids Surinamda anadan olub və afro-surinamlı və ana nənəsi tərəfindən qismən yəhudi mənşəlidir.Davids körpə ikən ailə Hollandiyaya köçur.
Edqar Deqa
Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[…], Paris – 27 sentyabr 1917[…], Paris) — fransız rəssamı, impressionizmin banilərindən biri. == Həyatı == Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu. Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı.
Edqar Po
Edqar Allan Po (ing. Edgar Allan Poe 19 yanvar 1809[…], Boston, Massaçusets, ABŞ – 7 oktyabr 1849[…], Baltimor, Merilend, ABŞ) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi. == Haqqında == Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. == Həyatı == Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur.
Edqar Varez
Edqard Varez (fr. Edgar(d) Varèse; 22 dekabr 1883 — 6 noyabr 1965) — Fransa-ABŞ bəstəkarı. == Həyatı == Fransız əsilli ABŞ-lı bəstəkar səs istehsalı texnikasına gətirdiyi yeniliklərlə tanınır. Dissonant və mövzusuz, ritm baxımından da asimmetrik olan musiqisini "fəzadakı səs cisimləri" kimi hazırlayıb. 1950-ci illərin əvvəllərində elektron səs təchizatından (aparatura) yararlanma fürsəti qazandıqdan sonra isə elektron musiqiyə üstünlük verib. Brüssel dünya sərgisi üçün yazdığı elektron şeirdə (1958) səsin 425 dinamik vasitəsilə yayılmasını nəzərdə tutub.
Edqar Fernandes
Edqar Luis Fernandes (isp. Edgar Luis Fernández; 11 noyabr 1971) — Boliviya taksi sürücüsü, siyasətçi və həmkarlar ittifaqı üzvü. O, 2010-cu ildən 2015-ci ilə qədər Santa-Krus departamentindən Deputatlar Palatasının partiya siyahısı üzvü kimi fəaliyyət göstərmişdir. Totorada anadan olan Fernandes həyatının çox hissəsini Santa-Krus-de-la-Syerrada yaşamışdır. O, şəhərin 3,000-ci plan rayonunda məskunlaşmış, burada taksibus xidmətləri göstərməyə başlamışdır. Fernandes 18 yaşında yerli sürücülər sindikatına qoşulmuş və 2000-ci illərin əvvəllərində ittifaqın sıralarında tədricən yüksəlmişdir. 2001-ci ildən Sosializmə doğru hərəkatın üzvü olan Fernandes öz sektorunun ittifaqlarını partiya ilə uyğunlaşdırmaq üçün fəal şəkildə çalışmış, onun fəaliyyəti nəticəsində uzunmüddətli siyasi ittifaq yaranmışdır. 2004-cü və 2005-ci illərdə dövlət vəzifəsinə iki dəfə uğursuz olaraq namizədlik göstərmiş Fernandes 2009-cu ildə Deputatlar Palatasında Santa-Krus departamentinin təmsilçisi kimi seçilmişdir. Onun vəzifə müddəti bitdikdən sonra yenidən seçilməsi üçün namizədliyi irəli sürülməmişdir. == Erkən həyatı == Edqar Fernandes 11 noyabr 1971-ci ildə Qumersindo Montanyo və Xuana Fernandes ailəsində anadan olmuşdur.
Con Edqar Huver
Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər). 1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb. Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar. Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi. ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi.
Con Edqar Quver

Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Edqar Allan Po
Edqar Allan Po (ing. Edgar Allan Poe 19 yanvar 1809[…], Boston, Massaçusets, ABŞ – 7 oktyabr 1849[…], Baltimor, Merilend, ABŞ) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi. == Haqqında == Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. == Həyatı == Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur.
Edqar Duqlas Edrian
Edqar Duqlas Edrian (ing. Edgar Douglas Adrian; 30 noyabr 1889[…], Hampsted, Böyük London – 4 avqust 1977[…], Kembric) — Birləşmiş Krallıq fizioloqu, London Kral Cəmiyyətinin prezidenti (1950–1955). Neyrofiziologiya üzrə fundamental əsərlər yazmışdır. O, ayrı-ayrı sinir hüceyrələrinin elektrik aktivliyini qeydə almışdır. Edrian 1932-ci ildə Çarlz Skott Şerrinqton ilə birlikdə "Nobel" mükafatına layiq görülmüşdür.
Edqar Frank Kodd
Edqar Frank Kodd (ing. Edgar Frank Codd; 19 avqust 1923 və ya 23 avqust 1923, Portlend – 18 aprel 2003[…]) – 23 avqust 1923-cü ildə relyasiya tipli verilənlər bazası nəzəriyyəsinin yaradıcısı britaniyalı alim Edqar Frank Kodd (Edgar Frank Codd) anadan olmuşdur. Kodd 1981-ci ildə relyasiya tipli verilənlər bazasının idarəetmə sistemləri nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Edqar Lourens Doktoroy
Edqar Lourens Doktoroy(ing. Edgar Lawrence Doctorow; (6 yanvar 1931[…], Nyu-York, Nyu-York ştatı – 21 iyul 2015[…], Manhetten, Nyu-York ştatı) — amerika yazıçısı. == Həyatı == Dünya şöhrətli yazıçının "Caz dönəmi" ("Ragtime"), "Ürperti" ("The Waterworks"), "Danielin kitabı" ("The book of Daniel") və s. əsərləri dünyanın bir çox dilləri ilə yanaşı, türk dilinə də tərcümə olunub. Qeyd edək ki, E.L.Doktoroy dünya ədəbiyyatının ən ali mükafatlarından olan Faulkner mükafatına və ABŞ ədəbiyyatı mükafatına layiq görülüb.
Edqar Rays Berrouz
Edqar Rays Berrouz (ing. Edgar Rice Burroughs; 1 sentyabr 1875 - 19 mart 1950)—ABŞ yazıçısı. == Həyatı == 1 sentyabr 1875-ci ildə Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə "Norman Bin" təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır. E.R.Berrouzun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, dəfələrlə ekranlaşdırılmışdır.
Edqar de Val
Edqar de Vahl (Edgar de Wahl, 23 avqust 1867 - 9 mart 1948) Baltik alman müəllimi, riyaziyyatçı və dilçi idi. O, ilk dəfə 1922-ci ildə nəşr olunan Hind-Avropa dillərinə əsaslanan naturalist qurulmuş bir dil olan Interlingue (həyatı boyunca "Oksidental" kimi tanınır) yaradıcısı olması ilə məşhurdur. == Nəşrlər == Edgar von Wahl. Flexion und Begriffsspaltung. – Linguist 1896, nr 10. Edgar von Wahl. Ausnahmen. – Linguist 1897, nr 3. Edgar de Wahl. [Idiom neutral reformed].
Edvard Edqar Peskott
Edvard Edqar Peskott (ing. Edward Edgar Pescott; 11 dekabr 1872, Celonq, Viktoriya – 31 iyul 1954, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Edvard Edqar Peskott toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Flowers of Victoria. 1914. The Dahlia in Australia. 1920. Bulb Growing in Australia. 1926. Gardening in Australia.
Edqar Allan Po mükafatı
Edqar Allan Po mükafatı (həmçinin, «Edqar» mükafatı, ing. Edgar), yazıçı Eldar Allan Ponun şərəfinə adlandırılmış, «Amerika detektiv yazıçıları» assosasiyası tərəfindən təqdim olunan ədəbi mükafat. == Nominasiyalar == Ən yaxşı roman Amerikan yazıçısının ən yaxşı birinci romanı Ən orijinal üz qapığı Ən yaxşı bioqrafiya Ən yaxşı detektiv Ən yaxşı qısa hekayə Ən yaxşı film Ən yaxşı pyes == Laureatlar == === Ən orijinal üz qapığı === === Ən yaxşı film === == İstinadlar == == Xarici keçidlər == Rəsmi vebsayt (ing.). «Amerika detektiv yazıçıları» assossaiyasının vebsaytı.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2004 ••• 0.34
2005 ••••• 0.67
2006 ••••• 0.68
2007 •••••• 0.85
2008 ••••••••••• 1.46
2009 •••••••• 1.12
2010 •••••••••••••••••••• 2.90
2011 •••••••••• 1.37
2012 ••••••••• 1.29
2013 ••••••••• 1.17
2014 ••••••••• 1.20
2015 •••• 0.51
2016 •••••••• 1.04
2017 ••••••• 0.98
2018 ••••••• 0.90
2019 •••••••• 1.11
2020 ••••• 0.66

"edqar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#edqar nədir? #edqar sözünün mənası #edqar nə deməkdir? #edqar sözünün izahı #edqar sözünün yazılışı #edqar necə yazılır? #edqar sözünün düzgün yazılışı #edqar leksik mənası #edqar sözünün sinonimi #edqar sözünün yaxın mənalı sözlər #edqar sözünün əks mənası #edqar sözünün etimologiyası #edqar sözünün orfoqrafiyası #edqar rusca #edqar inglisça #edqar fransızca #edqar sözünün istifadəsi #sözlük