vəftiz sözü azərbaycan dilində

vəftiz

Yazılış

  • vəftiz • 50.0000%
  • Vəftiz • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəftiz
Vəftiz — (yunanca – βάπτισμα — "suya batırma") xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi. Su qədimdən bir çox xalqlarda həyat və paklanma rəmzi olmuşdur. Yəhudilərin adəti üzrə, başqa bir millətdən yəhudiliyə dönən şəxs müqəddəs paklanma mərasimini yerinə yetirməli idi və həmin mərasim ibrani dilində "טבילה" (tvila), yunan dilində isə "βάπτισμα" (baptisma) adlanırdı. Qüdsdə bu mərasim üçün xüsusi bir hovuz var idi. Yəhudi olmayan bir şəxs "tvila" mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs. Yesseylər təriqəti) gündəlik "müqəddəs yuyulma" yerinə yetirmək adəti var idi. Vəftizçi Yəhya İordan çayında xalqın tövbə etməsi və gələcək olan Məsihə hazırlanması üçün vəftiz edirdi. İnsanlar vəftiz olunduqları zaman öz günahlarını etiraf edirdilər. Əhdi-Cədidə və digər qədim tarixi mənbələrə əsasən, vəftiz erkən xristian dinində zəruri bir şərt sayılırdı.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
Vəftizçi Yəhya
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan, arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir. İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
Vəftizçi İoann

Vəftizçi İohann

Vəftizçi İohann kafedralı (Komrat)
Vəftizçi İohann kafedralı — Qaqauziyanın Komrat şəhərində kilsə. Rus Pravoslav Kilsəsinin tərkib hissəsi olan Moldova Pravoslav Kilsəsinin Kaqul və Komrat yeparxiyasına daxildir.

"vəftiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəftiz nədir? #vəftiz sözünün mənası #vəftiz nə deməkdir? #vəftiz sözünün izahı #vəftiz sözünün yazılışı #vəftiz necə yazılır? #vəftiz sözünün düzgün yazılışı #vəftiz leksik mənası #vəftiz sözünün sinonimi #vəftiz sözünün yaxın mənalı sözlər #vəftiz sözünün əks mənası #vəftiz sözünün etimologiyası #vəftiz sözünün orfoqrafiyası #vəftiz rusca #vəftiz inglisça #vəftiz fransızca #vəftiz sözünün istifadəsi #sözlük