* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. [Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. // Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin. // Hörmət üçün qadın adlarına əlavə edilir. Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. M.S.Ordubadi. Ağa Murad bəyin Reyhan xanımla rəftarı … get-gedə sərtləşirdi. T.Ş.Simurq. [Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir. B.Bayramov. // Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir). 2. Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi. – Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu. M.Hüseyn. 3. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s.
Azərbaycan dilinin izahlı lüğəti / xanım2 mənim xanım; xan qadını; qadınlara müraciət forması.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / xanım1 1. XANIM (hörmət və şərəf üçün qadınlara verilən ad) Yelpazəli xanım, fraklı serlər; Gülür toqquşduqca qədəh-qədəhə (S.Vurğun); BANU Açıldı başın, indi qıl öz dərdinə çarə; Banu hərəm oldun... (M.Ə.Sabir); QIZ (dan.) [Əbülhəsən bəy:] Zabitin birisi, namusu vəhşilər əlində olan amerikalı qıza arasıkəsilmədən nitq söyləyir.. (M.S.Ordubadi); MADAM Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi (Ə.Haqverdiyev); MİSS Əbülhəsən bəy: Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi). 2. XANIM Çox səkmədi xanım böyük bir darvazanın önündə durdu (Çəmənzəminli); XATUN/XATIN [Mərsiyəxan:] Nəcibə xatun mənim siğəyə ehtiyacım yoxdur, şəhərimizdə həm əyalım, həm də siğə kənizlərim var, – deyə mərsiyəxan əsil fikrini gizlədərək xanımın məramını anlamaq istəyirdi (Çəmənzəminli). 3. xanım bax arvad 1
Azərbaycan dilinin sinonimlər lüğəti / xanım1 XANIM – QULLUQÇU Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / xanım2 I сущ. 1. леди. Ölkənin birinci xanımı первая леди страны (о супруге главы государства) 2. ханым, ханум, госпожа (почтительное обращение к женщине). Elmira xanım Эльмира ханум 3. жена, супруга. Nazirin xanımı супруга министра 4. хозяйка. Evin xanımı хозяйка дома 5. обычно мн. ч. дамы (при официальном обращении). Xanımlar və cənablar! дамы и господа! II прил. женственная, обаятельная (обладающая всеми женскими достоинствами). Xanım qadındır она женственная, обаятельная женщина
Azərbaycanca-rusca lüğət / xanım1 i. 1. lady; mistress; (müraciət zamanı) madam; 2. khanim (polite address to women and girls)
Azərbaycanca-ingiliscə lüğət / xanım1 сущ. ханум (1. дишегьлидиз хас тир вири гуьзел лишанар квай дишегьлидикай рахадамаз, таниш тушир дишегьлидив рахадамаз ва мс. гьуьрмет патал лугьудай тӀвар; бегим; 2. дишегьли, паб; 3. бязи сложный (дишегьлийрин) тӀварарин паярикай сад; мес. Ханумагъа, Иерханум).
Azərbaycanca-ləzgicə lüğəti / xanım