* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı. – Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov. 2. Ətin içində olan ağ və əriyən maddə; piy. İç yağı. Quyruq yağı. // Heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi. …Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov. 3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı. // Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. Neft yağı. Maşın yağı. 4. tib. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. Sürtkü yağı. 5. məc. dan. Fayda, xeyir mənasında. ◊ Balıq yağı – bəzi dəniz məməlilərindən alınan və müalicə məqsədi ilə işlədilən yağ. Həkim uşağa balıq yağı yazıb. Yağ çıxarmaq (tutmaq) – südü çalxamaqla yağ hasil etmək. Arvadların bir qismi maşınla yağ çıxarır, o biri qismi isə südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev. Yağ kimi dan. – asanlıqla, maneəsiz. Dinləyə-dinləyə “oxqay”lar deyir; Canına yağ kimi yayılır şeir. S.Vurğun. Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək, məmnun etmək, ləzzət vermək. Onun sözləri yağ kimi ürəyimə yatdı. – Bağır ömründə birinci dəfəydi ki, Nurcabbara “şair” deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarın ürəyinə sarı yağ kimi yayılmalıdı… İ.Məlikzadə. Yağ salmaq – 1) bişərək yağı çıxmaq. Quymaq yağ salıb; 2) məc. kökəlmək. Yağ yaxmacı – üzərinə yağ sürtülmüş çörək parçası. Rüstəm bəy bir parça çörək götürüb özünə yağ yaxmacı qayırdı. Çəmənzəminli. Yağ zavodu – süddən yağ və başqa ağartı hazırlayan zavod. Yağa düşmək – bax yağ salmaq 1-ci mənada.
Azərbaycan dilinin izahlı lüğəti / yağ1 Yanmaq, yaxmaq (“yandım-yaxıldım” deyirik) sözü ilə bağlıdır. Yanacaq (yana bilən) anlamında işlədilib. Qabaqlar yağ neft yerinə də işlədilib. Neft əvəzinə, mənbələrdə qara yağ ifadəsi verilib. Deməli, yağ sözü yax (yanmaq) kəlməsi ilə eyni olub, həm də ad-feil omonimi kimi işlədilib. Sonra axırıncı samit dəyişib və omonimlik aradan qalxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yağ1 YAĞ I is. Qida maddəsi, süddən hazırlanan məhsul. Nənəm yağ gətirir, anam bal qoyur; Bacım işləməli bir dəsmal qoyur (O.Sarıvəlli). YAĞ II f. Yağışın düşməsi, yağmaq. Göydən odlu qurğuşun yağır buzlu səngərə (O.Sarıvəlli).
Azərbaycan dilinin omonimlər lüğəti / yağ2 I сущ. 1. масло: 1) жировое вещество, получаемое из молока, а также из семян и плодов некоторых растений. İnək yağı коровье масло, camış yağı буйволиное масло, bitki yağı растительное масло, efir yağı эфирное масло, zeytun yağı оливковое масло, gül yağı розовое масло, yağ tutmaq (çalxalamaq) бить, сбивать, пахтать масло; yağda qızartmaq (qovurmaq) жарить, поджаривать, поджарить на масле, yağı əritmək (dağ etmək) топить, растапливать, растопить масло; yağ əriyib масло растаяло 2) смазка (вещество, которым что-л. смазывают, мазь, жир). Maşın yağı машинное масло, sürtkü yağları смазочные масла, texniki yağlar технические масла, vazelin yağı вазелиновое масло, sümük yağı костяное масло, yağ temperaturu göstəricisi указатель температуры масла, yağ ehtiyatı запас масла, yağın bərkiməsi застывание масла, yağın özlülüyü вязкость масла, yağın çirklənməsi загрязнение масла 2. жир (маслянистое вещество, содержащееся в животных и растительных тканях). Balıq yağı рыбий жир, heyvan yağı животный жир II прил. 1. масляный. Yağ ləkəsi масляное пятно, yağ boyakarlığı масляная живопись, yağ lampası масляная лампа, yağ turşusu масляная кислота, тех. yağ süzgəci масляный фильтр, yağ nasosu масляный насос, yağ izolyasiyası масляная изоляция 2. жировой. Yağ emulsiyası жировая эмульсия, yağ mübadiləsi жировой обмен ◊ ürəyinin yağı ərimək томиться в ожидании чего-то неприятного; sarı yağ kimi ürəyinə yayılır как (будто) маслом по сердцу; odun üstünə yağ tökmək подливать, подлить масло в огонь; şabalıddan yağ çıxartmaq извлекать из всего выгоду; əli yağa batıb kimin ирон. повезло кому; bir əli yağda, bir əli balda olmaq кататься как сыр в масле; yağdan tük çəkən kimi без сучка, без задоринки (гладко, беспрепятственно); qurd yağı çəkmək kimə вызвать ненависть и отвращение в ком к кому, рассорить кого с кем; od yağı sevən kimi sevmək любить как огонь масло (т. е. не любить); ürəyinin yağını yedirtmək kimə не чаять души в ком; öz yağında qovrulmaq: 1. вариться в собственном соку; 2. обходиться собственными средствами; gözünün yağını yemək kimin доказать своё превосходство в силе к ому; gözünün yağını yedirtmək kimə ничего не жалеть (для любимого, дорогого человека); odu yağla söndürməzlər маслом огонь не потушишь
Azərbaycanca-rusca lüğət / yağ1 I. i. 1. butter; (bitki / mineral yağ) oil; kərə ~ı unsalted fresh butter; duzlu ~ salted butter; bitki ~ı vegetable oil / ghee; gül ~ı attar of roses; maşın ~ı machine oil; 2. fat; (əridilmiş) grease; heyvan ~ı animal fat; ◊ odun üstünə ~ tökmək to pour oil on the flame, to add fuel to the fire; İşlər yağ kimi gedir Things are going swimmingly; ◊ göz ~ı yemək ≅ to be* on bad terms (with), to find fault (with smb.) continually II. s. oil, grease; ~ ləkəsi oil / grease stain, grease spot; ~ zavodu creamery, butter-dairy; (bitki yağı hazırlayan) oil mill
Azərbaycanca-ingiliscə lüğət / yağ1 is. beurre m (kərə ~ ı) ; huile f (bitki, mineral ~ ı) ; graisse f (piy) ◊ odun üstünə ~ tökmək verser de l’huile sur le feu ; işlər ~ kimi gedir ça va comme sur des roulettes, ça va tout seul
Azərbaycanca-fransızca lüğət / yağ1 сущ. 1. гъери; inək yağı калин гъери; zeytun yağı зейтундин гъери; əridilmiş yağ цӀурай гъери, чӀем; şit yağ (kərə) шит гъери, дуьдгъвер; // гъеридин; чӀемедин (мес. леке); 2. пи; ягълу; iç yağı къенен гъери, кьачӀур; quyruq yağı ттумунин гъери; 3. ягъ; maşın yağı машиндин ягъ; // ягъадин (мес. леке); 4. пер. рах. кьуш, хийир, файда; ** balıq yağı гъетрен гъери; yağ çıxartmaq (tutmaq) гъери хкудун (кьун), гъери гьасил авун; yağ kimi рах. гъери хьиз, асантвилелди, манийвал авачиз; yağ yaxması гъери (дуьдгъвер, чӀем) алтадай фу (фан кӀус); yağ zavodu гъеридин (гъери хкуддай) завод.
Azərbaycanca-ləzgicə lüğəti / yağ