* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 icb. 1. Yağmağa, tökülməyə məcbur etmək. Süni yağış yağdırmaq üçün qurğular. Xəzri qar yağdırdı. – Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, kəhriz vurdursun. C.Məmmədquluzadə. 2. Külli miqdarda hər tərəfdən, aravermədən atmaq, tökmək, səpmək, saçmaq. Güllə yağdırmaq. – Cəfa oxun mənə yağdırman, ancaq ey əflak; Demən ki, yeddi kəmandarə bir nişanə yetər. Füzuli. // Saçmaq. Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn. // Qoşulduğu sözün ifadə etdiyi şeyin çoxluğunu, bolluğunu bildirir. Suallar yağdırmaq. – Şəmsiyyə uzun danışdı, şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / yağdırmaq1 1. вызвать дождь или снег; 2. перен. производить, выпускать что-либо в изобилии для продажи; 3. засыпать, сыпать;
Azərbaycanca-rusca lüğət / yağdırmaq2 глаг. 1. вызывать, вызвать дождь или снег, быть причиной дождя или снега 2. осыпать, осыпать: 1) забросать снарядами, пулями, ядрами, камнями. Güllə yağdırmaq осыпать пулями, ox yağdırmaq осыпать стрелами 2) в изобилии наделить чем-л. Hədiyyələr yağdırmaq kimə осыпать подарками кого 3) высказывать множество похвал, упрёков и т.п. Söyüş yağdırmaq осыпать ругательствами 3. забрасывать, забросать (вопросами, письмами, заявлениями, жалобами и т.п.). Sual yağdırmaq забрасывать вопросами, şikayət yağdırmaq забрасывать жалобами 4. перен. наводнять, наводнить (производить, произвести, выпускать, выпустить что-л. в изобилии для продажи). Bazara mal yağdırmaq наводнить рынок товарами
Azərbaycanca-rusca lüğət / yağdırmaq1 f. 1. to cause to rain / to snow, to be* the reason of rain / snow; 2. to shower (on d.); məc. to heap (on d.); to hurl (at); tərif ~ to shower praises (on, upon); zərbə ~ to shower blows (upon); bir kəsə söyüş ~ to heap abuse on smb.; bir kəsə tənə / məzəmmət ~ to hurl reproaches at smb.; Aktyorların başına çiçək yağdırdılar The actors were showered with flowers; bir kəsin üstünə sual ~ to bombard smb. with questions, to fire questions at smb.
Azərbaycanca-ingiliscə lüğət / yağdırmaq1 f. faire pleuvoir (ou neiger) ; tərif ~ vanter qn, faire des éloges de qn, zərbə ~ porter des coups (à) ; bir kəsə söyüş ~ agonir vt d’injures
Azərbaycanca-fransızca lüğət / yağdırmaq1 icb. 1. къурун; къуниз мажбур авун; külək qar yağdırdı гару жив къурна; 2. ара датӀана гун (мес. суалар); güllə yağdırmaq гуьллеяр къурун; 3. чукӀурун (мес. ракъини цӀай).
Azərbaycanca-ləzgicə lüğəti / yağdırmaq