yeganə sözü azərbaycan dilində

yeganə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yeganə • 89.3714%
  • Yeganə • 10.5683%
  • YEGANƏ • 0.0603%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yeganə
Yeganə — qadınlara verilmiş bir ad və İranda işlədilən soyad.
Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi. == Həyatı == Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. == Həyatı == Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Yeganə Axundova
Yeganə Əsgər qızı Axundova (Mahmudova) (22 may 1960, Nuxa) — Azərbaycan pianoçusu, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == Yeganə Mahmudova 1960-cı il mayın 22-də Şəki şəhərində inşaatçı Əsgər Mahmudov və dosent Solmaz xanımın ailəsində anadan olmuşdur. 5 yaşından musiqi dərsləri almağa başlayan Yeganənin ilk müəllimi Vera Arkadiyevna Bitner olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində isə çox təcrübəli və bilikli müəllimlərdən olan Valeriya xanım Seyidovadan dərs alıb. Yeganə Axundova əla qiymətlərlə həmin musiqi məktəbini bitirir və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası adlanır – red.) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə daxil olur. Burada o, professor Nigar Usubovanın sinfinə göndərilir. Tələbəlik illərində Yeganə Mahmudova bütün sınaqlardan keçir, fərqlənmə diplomu ilə Konservatoriyanı bitirir və onu P. İ. Çaykovski adına Moskva Dövlət Filarmoniyasına təcrübəyə göndərirlər. Yeganə Mahmudova təcrübə proqramını professor Lev Naumovun sinfində keçir. Moskva təhsilini bitirəndən sonra doğma Bakıya qayıdır və konservatoriyada müəllimlik fəaliyyətinə başlayır. Y. Axundovanın həm solo, həm də duet şəklində çıxış edir.
Yeganə Mürsəlova
Yeganə Akbudak (Mürsəlova) (3 sentyabr 1981, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır. Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir.
Yeganə İsmayılova
Yeganə İsmayılova (d. 31 oktyabr 1962, Lənkəran) — filologiya üzrə elmlər doktoru, professor. == Həyat və fəaliyyəti == Yeganə İsmayılova 31 oktyabr 1962-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cu illərdə Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil almışdır. 1979-1983-cü illərdə APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı, 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim, 1999-2005-ci illərdə «Dədə Qorqud» ETL-də elmi işçi vəzifələrində çalışmış, 2005-ci ildən bugünədək Azərbayjan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Təhsili, elmi dərəcəsi === 1983-cü ildə APİ-nin filologiya fakültəsini bitirib. 2002-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Mövzu: ««Koroğlu» dastanında obrazlar sistemi» 2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib.
Möhsün Yeganə
Möhsün Yeganə (fars. محسن یگانه‎; 13 may 1985, Günbədkavus, Mazandaran ostanı) — iranlı müğənni və musiqiçi. O, bir çox konsertlərdə, o cümlədən Fəcr Beynəlxalq Musiqi Festivalında çıxış edib. == Həyatı == Möhsün Yeganə 23 may 1364-cü ildə Günbədkavus şəhərində anadan olub. O , Tehran İslami Azad Universitetinin Cənubi Tehran bölməsində sənaye istehsalı ixtisası üzrə sənaye mühəndisliyi tələbəsi idi, lakin altı semestri başa vurduqdan sonra musiqi karyerası üçün təhsilini davam etdirməkdən imtina etdi. O, ailənin üçüncü və ya sonuncu övladıdır və iki böyük bacısı həkim və stomatoloqdur. İran-İraq müharibəsində həlak olan Məhəmməd Rzanın oğludur, anası isə universitet professorudur. Möhsün Yeganə musiqi karyerasına gitara ilə başlayıb.
Dünyada Yeganə (1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.
Əliyeva Yeganə (kulturoloq)
Dünyada yeganə (film, 1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 83.04 dəfə / 1 mln.
2002 •••••••••••••••• 82.23
2003 •••••••••••••••••••• 103.93
2004 ••••••••••••••••• 83.21
2005 ••••••••••••• 67.48
2006 •••••••••••••••• 81.54
2007 •••••••••••••• 70.41
2008 •••••••••••••• 69.68
2009 •••••••••••••••••• 90.07
2010 ••••••••••••••••••• 98.49
2011 •••••••••••••••••• 92.57
2012 ••••••••••••••••• 86.22
2013 ••••••••••••••••• 86.79
2014 •••••••••••••••• 78.60
2015 ••••••••••••••••• 87.61
2016 ••••••••••••••• 72.89
2017 ••••••••••••••• 75.93
2018 •••••••••••••• 68.62
2019 •••••••••••••••• 80.67
2020 •••••••••••••• 72.14

yeganə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Bir, bircə, tək, bir, yalnız, vahid. Yeganə övlad. – İndi yeganə bir çarə varsa, o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. M.S.Ordubadi. Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə pəncərəmizə söykənmişdilər. M.Hüseyn. Səmədin yeganə ümidi, istinadgahı Sultan idi. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / yeganə

yeganə sözünün sinonimləri (yaxın mənalı sözlər)

yeganə sözünün rus dilinə tərcüməsi

  • 1 1. единственный; 2. единственно;

    Azərbaycanca-rusca lüğət / yeganə
  • 2 I прил. 1. единственный. Yeganə oğul единственный сын, yeganə mütəhəssis единственный специалист, yeganə üsul единственный способ, yeganə çıxış yolu единственный выход из положения, yeganə məqsəd единственная цель, yeganə arzu единственная мечта, yeganə təsəlli единственное утешение, yeganə məşğuliyyət единственное занятие 2. уникальный. Yeganə nüsxə уникальный экземпляр II нареч. единственно (при прилагательных). Yeganə düzgün qərar единственно верное решение, yeganə dəyərli şey единственно ценная вещь

    Azərbaycanca-rusca lüğət / yeganə

yeganə sözünün inglis dilinə tərcüməsi

  • 1 s. only, sole; ~ uşaq only child; ~ oğul only son; ~ səbəb sole reason; ~ bir only one; ~ məqsədlə with the sole purpose / aim; ~ şəxs the only person

    Azərbaycanca-ingiliscə lüğət / yeganə

yeganə sözünün fransız dilinə tərcüməsi

yeganə sözünün ləzgi dilinə tərcüməsi

yeganə sözünün türk dilinə tərcüməsi

yeganə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) birinci, birinci olaraq; 2) yalnız, tək; 3) m. nadir, çətin ələ düşən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

tək bir, bircə, vahid.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"yeganə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yeganə nədir? #yeganə sözünün mənası #yeganə nə deməkdir? #yeganə sözünün izahı #yeganə sözünün yazılışı #yeganə necə yazılır? #yeganə sözünün düzgün yazılışı #yeganə leksik mənası #yeganə sözünün sinonimi #yeganə sözünün yaxın mənalı sözlər #yeganə sözünün əks mənası #yeganə sözünün etimologiyası #yeganə sözünün orfoqrafiyası #yeganə rusca #yeganə inglisça #yeganə fransızca #yeganə sözünün istifadəsi #sözlük