yuxarı sözü azərbaycan dilində

yuxarı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yuxarı • 70.8557%
  • Yuxarı • 29.0739%
  • YUXARI • 0.0651%
  • YUxarı • 0.0052%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Şəhidləri === Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Ağasıbəyli
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası-bəyli adlı icmanın məskunlaşması nəticə­sində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini gös­tərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1141 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir. == Təhsil == Kənddə orta məktəb fəaliyyət gösdərir.
Yuxarı Ağcakənd
Yuxarı Ağcakənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Yuxarı Ağcakənd qəsəbəsi Gorançayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. XIX əsrdə bir qrup ailənin gips yataqları olan və Ağca adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Sonralar kənd genişlənərək mövqeyinə görə muvafiq olaraq Aşağı Ağcakənd və Yuxarı Ağcakənd adlı iki hissəyə ayrıldı.
Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. == Tarixi == Kənd 1712-ci ildə yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 641 nəfərdir === Tanınmış şəxsləri === Heydərov Arif Nəzər oğlu - Azərbaycan SSR daxili işlər naziri === Şəhidləri === Kərimov Xaləddin Telman oğlu (1968-1992) Kərimov Tərlan Ağabala oğlu (1972-1992) Əhmədov Faiz Mahmud oğlu (1956-1993) Səlimzadə Ramil Raqif oğlu == İqtisadiyyatı == Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. == Mədəniyyəti == Kənddə klub və kitabxana mövcuddur.
Yuxarı Fərəcan
Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonu Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmışdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Yuxarı Girətağ
Yuxarı Girətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır sözü ilə tağ (>dağ) sözünün birləşməsindən əmələ gəlmişdir.
Yuxarı Gödəkli
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Etimologiyası == Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.
Yuxarı Güləver
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Yuxarı Güzlək
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.
Yuxarı Gəyəli
Yuxarı Gəyəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Gəyəli kəndi dağətəyi ərazidədir. Keçmiş adı Gəyəli olmuşdur. Bu kənddən ayrilmiş ailələr bir qədər aralida yeni yaşayış məntəqəsi salaraq onu Aşağı Gəyəli adlandirdiqdan sonra keçmiş kənd Yuxari Gəyəli adlandırldi. Oykonimin birinci komponenti kəndin coğrafi movqeyini, ikinci komponent isə XIX əsrdə Zəngəzur qəzasında yaşamiş maldar gəyəli tayfasının adını əks etdirir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Yuxarı Harnava
Yuxarı Hülvər
Yuxarı Hülvər (fars. هلور علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 374 nəfər yaşayır (101 ailə).
Yuxarı Hımud
Yuxarı Hımud — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Yaxınlığında həmçinin Aşağı Hunud qışlağı yerləşirdi. == Toponimikası == Yuxarı Hımud - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930-cu ildə ləğv edilmişdir. Toponim hun adlı qədim türk etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Hunud toponimindəki «ud» topoformantdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Həzarrud
Yuxarı Kanada
Yuxarı Kanada (Fransızca: Haut-Canada, İngilis dili: Upper Canada) İngiltərənin bir hissəsi olan Britaniya Kanadasının əyaləti idi. 26 fevral 1791-də, Kvebek ikiyə bölündükdə (digər əyalət Aşağı Kanada idi) quruldu. 10 fevral 1841-ci ildə qüvvəyə minən Birlik Qanunu ilə Kanada əyaləti quruldu və mövcudluğu sona çatdı.
Yuxarı Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Yuxarı Kokan
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. == Coğrafiya == Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. == Tarixi == 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Yuxarı Kuban
Kazak Yuxarı Kuban - Qaraçay-Çərkəs respublikasının qərb və şimal hissəsi və Stavropol diyarının son dərəcə cənub hissəsi (Rusiya Federasiyasının tərkib hissələri) olan Böyük Qafqazın şimal hissəsinin ətəklərindəki kazakların ərazisidir. == Tarixi == Bu ərazi 19-cu əsrin birinci yarısından (1828-ci il Rus-Türk Adrianople Barışına görə) Rusiyanın bir hissəsi oldu və 1860-cı ildən xətti Kuban kazaklarında məskunlaşdıqdan sonra Kuban hərbi bölgəsinin Batalpashi şöbəsində inzibati vahid oldu. 1918-ci ildən bəri burada Sovet hakimiyyəti quruldu. 1918-ci il aprelin 1-dən ərazi Kuban Sovet Respublikasının, 28 may 1918-ci il tarixindən - Kuban-Qara Dəniz Sovet Respublikasının bir hissəsi, 1918-ci il 5 iyul - 1918-ci il dekabrınadək - Şimali Qafqaz Sovet Cümhuriyyətinin bir hissəsi, 20 yanvar 1921-ci ildən - Dağ Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi idi. 26 aprel 1926-cı ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Batalpashinsky və Zelenchuksky rayonları KChAO-dan ayrıldı, 1928-ci il aprelin 30-da Cherkess Milli Rayonu ilə birləşdirildi (əvvəllər KChAO-dan ayrılaraq) Cherkess Muxtar Vilayətinə (o zaman Batalpın mərkəzində) bir mərkəzə sahib oldu. Sulimov şəhərinə, Yezhovo-Çerkessk və nəhayət - Çerkessk). 9 yanvar 1957-ci ildən etibarən ərazi yenidən qurulan Qaraçay-Çerkess Muxtar Vilayətinin bir hissəsi oldu (Stavropol diyarının bir hissəsi kimi). 1990-cı illərə qədər Kazaklar və ruslar Zelenchuksky əhalisinin 67% -ni, Urup bölgəsinin 77% -ni, Çerkessk şəhərlərinin 67% -ni və Prikubansky'nin qərb hissəsində və Qaraçevo-Çerkessiyanın Ust-Djegutinsky'nin (əvvəllər Batalpashinsky olan) bölgələrinin əhalisini təşkil etdi. 9 iyun 1990-cı ildə təsis dairəsində Zelenchuk kazak tərəfdaşlığı yaradıldı. 1991-ci ildə "Qaraçay-Çerkesiyanın slavyanları" ictimai-siyasi hərəkatını təşkil edən Verxnekuban kazak tərəfdaşlığı (Qaraçay-Çerkessiya ərazisindəki kazakların bütün ortaqlıqlarını birləşdirən, Kuban kazak ordusunun Batalpaşin bölgəsinə daxil olan kazakların regional bir təşkilatı) yaradıldı.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. == Keçəl təpə qışlağı == Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yuxarı Kürdmahmudlu oyk. Füzuli rayonunun Kürdmahmudlu i.ə.v.-də kənd. Köndələnçayın sahilində, düzənlikdədir. Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır. Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir. == Əhalisi == 2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
Allon (Yuxarı Provans Alpları)
Allon (fr. Allons, oks. Alonh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 62 nəfərin (15–64 yaş arasında) 33-ü iqtisadi cəhətdən, 29-u fəaliyyətsizdir (fəaliyyət göstərici 53,2%, 1999-cu ildə 68,8%). 33 aktiv adamdan 30 nəfəri (22 kişi və 8 qadın), 3 qadın işsiz idi.
Anql (Yuxarı Provans Alpları)
Anql (fr. Angles, oks. Angles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04007. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 72 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 46 nəfər arasında (15–64 yaş) 26 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 56,5%, 1999-cu ildə 58,5%). 26 fəal 25 nəfərdən (15 kişi və 10 qadın) 1 nəfər işsiz idi.
Arvyo (Yuxarı Alplar)
Arvyö (fr. Arvieux, oks. Arvieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqüiy kantonuna daxildir. INSEE kodu — 05007. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. Əl sənətləri (keramika, taxta oyuncaqlar, oyma mebel) və kənd təsərrüfatı, o cümlədən pendir istehsalı da mühüm rol oynayır.
Aspremon (Yuxarı Alplar)
Aspremon (fr. Aspremont, oks. Aspremont) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-syur-Byueş kantonuna daxildir. INSEE kodu — 05008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 306 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 183 yaşda olan (15-64 yaş arasında) 110 nəfər iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 60,1%, 1999-cu ildə 52.4%) idi. Fəal 110 nəfərdən 101 nəfər (58 kişi və 43 qadın) işləyir, 9 nəfər işsizdir (1 kişi və 8 qadın).
Avanson (Yuxarı Alplar)
Avanson (fr. Avançon, oks. Avançon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 352 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə – proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bayon (Yuxarı Provans Alpları)
Bayon (fr. Bayons) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04023. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Ben (Yuxarı Provans Alpları)
Ben (fr. Beynes, oks. Beinas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04028. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 121 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 80 nəfər arasında (15–64 yaş) 61 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 76,3%, 1999-cu ildə 72,8%). Fəal olan 61 nəfərdən 55 nəfər (28 kişi və 27 qadın), 6 nəfər işsiz (1 kişi və 5 qadın) idi.
Bojyo (Yuxarı Provans Alpları)
Bojö (fr. Beaujeu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 153 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 89 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 22 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.3%, 1999-cu ildə 71.4%). 67 fəal şəxsdən 60 nəfəri (31 kişi və 29 qadın), 7 nəfər işsizdir (4 kişi və 3 qadın). 22 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 4 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Bojö (Yuxarı Provans Alpları)
Bojö (fr. Beaujeu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 153 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 89 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 22 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.3%, 1999-cu ildə 71.4%). 67 fəal şəxsdən 60 nəfəri (31 kişi və 29 qadın), 7 nəfər işsizdir (4 kişi və 3 qadın). 22 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 4 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Bro (Yuxarı Provans Alpları)
Bro (fr. Braux, oks. Brau) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04032. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 62 yaş arasında (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 65.2%). Fəal olan 44 nəfərdən 39 nəfər (19 kişi və 20 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Bryui (Yuxarı Alplar)
Brüi (fr. Bruis, oks. Bruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 65 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (qoz-fındıq, meyvə), heyvandarlığa (mal-qara və qoyun), əhəng istehsalı və turizmə əsaslanır. 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 23 nəfər iqtisadi cəhətdən fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59.0%, 1999-cu ildə 57.1%).
Brüi (Yuxarı Alplar)
Brüi (fr. Bruis, oks. Bruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 65 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (qoz-fındıq, meyvə), heyvandarlığa (mal-qara və qoyun), əhəng istehsalı və turizmə əsaslanır. 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 23 nəfər iqtisadi cəhətdən fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59.0%, 1999-cu ildə 57.1%).
Dre (Yuxarı Provans Alpları)
Dre (fr. Draix, oks. Drais) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04072. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 76 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 55 yaşdan yuxarı (15-64 yaş arasında) 41 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 73.8%). Fəal olan 41 nəfərdən 36 nəfər (22 kişi və 14 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.
Eqlyon (Yuxarı Provans Alpları)
Eqlön (fr. Aiglun, oks. Aiglun) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr.) "Eqlön" (fransız). cassini.ehess.fr. 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-11.
Eqlön (Yuxarı Provans Alpları)
Eqlön (fr. Aiglun, oks. Aiglun) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr.) "Eqlön" (fransız). cassini.ehess.fr. 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-11.
Eqyuiy (Yuxarı Alplar)
Eqüiy (fr. Aiguilles, oks. Agulhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqüiy kantonuna daxildir. INSEE kodu — 05003. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 265 nəfər (15-64 yaş arasında) arasında 180 nəfər iqtisadi fəal, 85 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 67,9%, 1999-cu ildə 66,7%) olmuşdur. Fəal 180 nəfərdən 174 nəfəri (82 kişi və 92 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).
Eqüiy (Yuxarı Alplar)
Eqüiy (fr. Aiguilles, oks. Agulhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqüiy kantonuna daxildir. INSEE kodu — 05003. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 265 nəfər (15-64 yaş arasında) arasında 180 nəfər iqtisadi fəal, 85 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 67,9%, 1999-cu ildə 66,7%) olmuşdur. Fəal 180 nəfərdən 174 nəfəri (82 kişi və 92 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).
Esparron (Yuxarı Alplar)
Esparron (fr. Esparron, oks. Esparron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Barsiyonnet kantonuna daxildir. INSEE kodu — 05049. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 36 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 22 nəfər arasında (15-64 yaş) 16 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 66.7%). Fəal olan 16 nəfərdən 16 nəfər (10 kişi və 6 qadın) işlədi, işsiz qalmadı.
Espinas (Yuxarı Alplar)
Espinas (fr. və oks. Espinasses) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 389 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 135 hərəkətsiz (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 63.0%) olmuşdur. Fəal 254 nəfərdən 227 nəfəri (116 kişi və 111 qadın), 27 nəfəri işsiz (12 kişi və 15 qadın) idi.
Klare (Yuxarı Provans Alpları)
Klare (fr. Claret, oks. Claret) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04058. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 218 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 154 nəfər (15-64 yaş) arasında 117 nəfər iqtisadi fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 72.9%). Fəal olan 117 nəfərdən 101 nəfər (59 kişi və 42 qadın), 16 nəfər işsiz (3 kişi və 13 qadın) idi.
Kolmar (Yuxarı Provans Alpları)
Kolmar (fr. Colmars, oks. Cormarç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allo-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04061. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 384 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 174 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 70.1%).
Korbyer (Yuxarı Provans Alpları)
Korbyer (fr. Corbières, oks. Corbièras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 957 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 607 nəfər (15-64 yaş arasında) 456 nəfər iqtisadi cəhətdən, 151 fəaliyyətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 71.4%) idi. Fəal 456 nəfərdən 417 nəfər (227 kişi və 190 qadın) işləyir, 39 nəfər işsizdir (15 kişi və 24 qadın).
Kyurel (Yuxarı Provans Alpları)
Kürel (fr. Curel, oks. Curèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-sür-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04067. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə 75.0%). 25 aktiv adamdan 22 nəfəri (8 kişi və 14 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 132.61 dəfə / 1 mln.
2002 ••••••• 65.10
2003 ••••••••••• 101.18
2004 •••••••••• 94.33
2005 ••••••••••••• 118.76
2006 •••••••••••• 109.69
2007 •••••••••••••• 125.38
2008 •••••••••••• 108.41
2009 ••••••••••••••• 141.11
2010 ••••••••••••••• 138.25
2011 •••••••••••••••••••• 180.93
2012 •••••••••••••••• 148.78
2013 ••••••••••••• 119.18
2014 ••••••••••• 101.77
2015 •••••••••••• 107.00
2016 ••••••••••••• 114.19
2017 ••••••••••• 102.75
2018 •••••••••••••••• 143.38
2019 •••••••••••• 106.68
2020 •••••••••••••••••••• 189.63

yuxarı sözünün leksik mənası və izahı

  • 1 1. sif. Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi. – [Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. – …Kərbəlayı Heydər çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub ancaq mənə bircə bunu deyərdi ki, “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə. Zeynal könülsüz addımlar ilə sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Biçənəklərdə ot dizdən yuxarı qalxmışdı. M.İbrahimov. 2. Qoş. mənasında. Artıq, çox. İclasda yüzdən yuxarı adam iştirak edirdi. Bir saatdan yuxarı gözlədim. – Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. □ Yuxarı tutmaq – üstün tutmaq. Zeynal öz mənliyini hər şeydən yuxarı tuturdu. S.Hüseyn. 3. sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək, üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr. Yuxarı vəzifəyə qoymuşlar. 4. is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi, yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısında qar var. 5. Yerlik halda: yuxarıda – irəlidə, qabaqda, əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıda bu barədə yazılmışdır. – Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi. Ə.Haqverdiyev. 6. Cəmiyyətin, təşkilatın yüksək, rəhbər dairələri; yüksək vəzifələr, mövqelər (bəzən cəm şəklində işlənir). Yuxarılardan göstəriş almaq. Yuxarıya müraciət etmək lazımdır. – [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də səni yuxarılara keçirərəm. M.İbrahimov. [Gəldiyevin] fikri həmişə yuxarıda, böyüklərdə idi. Mir Cəlal. ◊ Yuxarıdan baxmaq – bəyənməmək, xor baxmaq, həqarətlə baxmaq, saymamaq. Məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / yuxarı

yuxarı sözünün etimologiyası

  • 1 Qədim kökü ağ kəlməsindən ibarətdir. Sonra həmin söz yux, yük (yüksək) formalarına düşüb. Yuxarı sözü yux və arı (yer) hissələrindən ibarətdir, yüksək yer deməkdir. Sözün əsli ağ yer (hündür yer) kimi olub, sonra yuxarı şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yuxarı

yuxarı sözünün sinonimləri (yaxın mənalı sözlər)

yuxarı sözünün rus dilinə tərcüməsi

  • 1 1. верх, верхняя часть; 2. верхний; 3. старший; 4. свыше;

    Azərbaycanca-rusca lüğət / yuxarı
  • 2 I сущ. верх: 1. самая высокая оконечность или верхняя часть чего-л.; верхушка. Evin yuxarısı верх дома, ağacın yuxarısı верхушка дерева, dağın lap yuxarısına qalxmaq подняться до самого верха горы 2. разг. наиболее влиятельная, руководящая часть общества, класса, организации и т.п.; верхушка. Yuxarı yazacağam напишу в вышестоящие инстанции; yuxarılar вышестоящие органы, организации; верха. Yuxarılara müraciət etmək обращаться в верха II прил. 1. верхний (находящийся сверху или вверху). Yuxarı sıra верхний ряд, yuxarı mərtəbələr верхние этажи, yuxarı məhəllə верхний квартал, yuxarı ətraflar верхние конечности, yuxarı tənəffüs yolları верхние дыхательные пути; yuxarı sərhəd верхняя грань; yuxarı qalxımlı saitlər лингв. гласные верхнего подъёма, yuxarı hüdud верхний предел 2. старший. Yuxarı yaş qrupu группа старшего возраста, yuxarı siniflər старшие классы, yuxarı kurslar старшие курсы, yuxarı yaşlı uşaqlar дети старшего возраста 3. разг. высокий. Yuxarı vəzifə высокая должность, yuxarı qiymət высокая цена III послел. 1. свыше, больше, старше чего (более чего-л., сверх какой-л. меры). Yarışlara 18 yaşından yuxarı atletlər buraxılırlar к соревнованиям допускаются атлеты старше 18 лет, bir aydan yuxarı больше месяца, yığıncaqda yüzdən yuxarı adam vardı на собрании было свыше ста человек 2. выше. Qurşaqdan yuxarı выше пояса, boğazdan yuxarı выше горла, bir oktava yuxarı на одну октаву выше, bir sətir yuxarı одной строкой выше IV нареч. 1. вверх. Yuxarı qalxmaq подняться вверх, altdan yuxarı baxmaq смотреть снизу вверх, tüstü yuxarı qalxır дым поднимается вверх 2. наверх. Yuxarı baxmaq смотреть наверх V послел. вверх по ч ему. Yol yuxarı вверх по дороге, çay yuxarı вверх по реке ◊ başını yuxarı qaldıra bilməmək не поднимать головы (от смущения, от стыда); yuxarı başa keçmək занять почётное место; əllərini yuxarı qaldırmaq поднимать, поднять руки вверх, сдаваться, сдаться; yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal меж двух огней, между молотом и наковальней; burnunu yuxarı qaldırmaq высоко задирать нос; özünü yuxarı tutmaq держаться горделиво; kefi yuxarı в приподнятом настроении; yuxarı çəkmək kimi продвинуть, повысить в должности кого

    Azərbaycanca-rusca lüğət / yuxarı

yuxarı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. top, head; dağın ~sı top of the mountain II. s. upper; top; atmosferin ~ qatları upper layers / strata of the atmosphere; ~ dodaq upper lip; ~ mərtəbə / qat (içəridən) upper floor; ~ mərtəbə / qat (çöldən) top storey; ◊ ~ palata (parlamentdə) Upper Chamber III. z. up, upwards; ~ baxmaq to look up (upwards); Zəhmət olmasa, radionun səsini yuxarı qaldır(ın) Please, turn the radio up; Əllər yuxarı! Hands up!

    Azərbaycanca-ingiliscə lüğət / yuxarı

yuxarı sözünün fransız dilinə tərcüməsi

  • 1 is. haut m ; dessus m ; dağın ~sı sommet m de la montagne ; atmosferin ~ qatları couches f pl supérieures de l’atmosphère, stratosphère f ; ~ dodaq lèvre f supérieure ; Əllər ~ ! Haut les mains!

    Azərbaycanca-fransızca lüğət / yuxarı

yuxarı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. вини; вине авай (мес. къуллугъ); винел алай (мес. мертеба); 2. нареч. виниз, винелди, агъадай-виниз, агъадай-винелди (мес. хкажун, экъечӀун); 3. къушм. виниз, артух, гзаф; yüzdən yuxarı вишелай виниз; // yuxarı tutmaq вине кьун, артух кьун; 4. сущ. вини кьил, вине авай пай, кьил, кӀукӀ (мес. дагъдин); 5. yuxarıda винидихъ, вилик, эвел; yuxarıda deyildiyi kimi винидихъ лагьайвал; 6. жемиятдин, тешкилатдин регьбер идараяр, къуллугъар; ** yuxarıdan baxmaq виняй-агъуз килигун, бегенмиш тахьун, кваз такьун, гьисаба такьун, гьисаб тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / yuxarı

yuxarı sözünün türk dilinə tərcüməsi

"yuxarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yuxarı nədir? #yuxarı sözünün mənası #yuxarı nə deməkdir? #yuxarı sözünün izahı #yuxarı sözünün yazılışı #yuxarı necə yazılır? #yuxarı sözünün düzgün yazılışı #yuxarı leksik mənası #yuxarı sözünün sinonimi #yuxarı sözünün yaxın mənalı sözlər #yuxarı sözünün əks mənası #yuxarı sözünün etimologiyası #yuxarı sözünün orfoqrafiyası #yuxarı rusca #yuxarı inglisça #yuxarı fransızca #yuxarı sözünün istifadəsi #sözlük