* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi. – [Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. – …Kərbəlayı Heydər çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub ancaq mənə bircə bunu deyərdi ki, “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə. Zeynal könülsüz addımlar ilə sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Biçənəklərdə ot dizdən yuxarı qalxmışdı. M.İbrahimov. 2. Qoş. mənasında. Artıq, çox. İclasda yüzdən yuxarı adam iştirak edirdi. Bir saatdan yuxarı gözlədim. – Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. □ Yuxarı tutmaq – üstün tutmaq. Zeynal öz mənliyini hər şeydən yuxarı tuturdu. S.Hüseyn. 3. sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək, üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr. Yuxarı vəzifəyə qoymuşlar. 4. is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi, yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısında qar var. 5. Yerlik halda: yuxarıda – irəlidə, qabaqda, əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıda bu barədə yazılmışdır. – Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi. Ə.Haqverdiyev. 6. Cəmiyyətin, təşkilatın yüksək, rəhbər dairələri; yüksək vəzifələr, mövqelər (bəzən cəm şəklində işlənir). Yuxarılardan göstəriş almaq. Yuxarıya müraciət etmək lazımdır. – [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də səni yuxarılara keçirərəm. M.İbrahimov. [Gəldiyevin] fikri həmişə yuxarıda, böyüklərdə idi. Mir Cəlal. ◊ Yuxarıdan baxmaq – bəyənməmək, xor baxmaq, həqarətlə baxmaq, saymamaq. Məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / yuxarı1 Qədim kökü ağ kəlməsindən ibarətdir. Sonra həmin söz yux, yük (yüksək) formalarına düşüb. Yuxarı sözü yux və arı (yer) hissələrindən ibarətdir, yüksək yer deməkdir. Sözün əsli ağ yer (hündür yer) kimi olub, sonra yuxarı şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yuxarı2 I сущ. верх: 1. самая высокая оконечность или верхняя часть чего-л.; верхушка. Evin yuxarısı верх дома, ağacın yuxarısı верхушка дерева, dağın lap yuxarısına qalxmaq подняться до самого верха горы 2. разг. наиболее влиятельная, руководящая часть общества, класса, организации и т.п.; верхушка. Yuxarı yazacağam напишу в вышестоящие инстанции; yuxarılar вышестоящие органы, организации; верха. Yuxarılara müraciət etmək обращаться в верха II прил. 1. верхний (находящийся сверху или вверху). Yuxarı sıra верхний ряд, yuxarı mərtəbələr верхние этажи, yuxarı məhəllə верхний квартал, yuxarı ətraflar верхние конечности, yuxarı tənəffüs yolları верхние дыхательные пути; yuxarı sərhəd верхняя грань; yuxarı qalxımlı saitlər лингв. гласные верхнего подъёма, yuxarı hüdud верхний предел 2. старший. Yuxarı yaş qrupu группа старшего возраста, yuxarı siniflər старшие классы, yuxarı kurslar старшие курсы, yuxarı yaşlı uşaqlar дети старшего возраста 3. разг. высокий. Yuxarı vəzifə высокая должность, yuxarı qiymət высокая цена III послел. 1. свыше, больше, старше чего (более чего-л., сверх какой-л. меры). Yarışlara 18 yaşından yuxarı atletlər buraxılırlar к соревнованиям допускаются атлеты старше 18 лет, bir aydan yuxarı больше месяца, yığıncaqda yüzdən yuxarı adam vardı на собрании было свыше ста человек 2. выше. Qurşaqdan yuxarı выше пояса, boğazdan yuxarı выше горла, bir oktava yuxarı на одну октаву выше, bir sətir yuxarı одной строкой выше IV нареч. 1. вверх. Yuxarı qalxmaq подняться вверх, altdan yuxarı baxmaq смотреть снизу вверх, tüstü yuxarı qalxır дым поднимается вверх 2. наверх. Yuxarı baxmaq смотреть наверх V послел. вверх по ч ему. Yol yuxarı вверх по дороге, çay yuxarı вверх по реке ◊ başını yuxarı qaldıra bilməmək не поднимать головы (от смущения, от стыда); yuxarı başa keçmək занять почётное место; əllərini yuxarı qaldırmaq поднимать, поднять руки вверх, сдаваться, сдаться; yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal меж двух огней, между молотом и наковальней; burnunu yuxarı qaldırmaq высоко задирать нос; özünü yuxarı tutmaq держаться горделиво; kefi yuxarı в приподнятом настроении; yuxarı çəkmək kimi продвинуть, повысить в должности кого
Azərbaycanca-rusca lüğət / yuxarı1 I. i. top, head; dağın ~sı top of the mountain II. s. upper; top; atmosferin ~ qatları upper layers / strata of the atmosphere; ~ dodaq upper lip; ~ mərtəbə / qat (içəridən) upper floor; ~ mərtəbə / qat (çöldən) top storey; ◊ ~ palata (parlamentdə) Upper Chamber III. z. up, upwards; ~ baxmaq to look up (upwards); Zəhmət olmasa, radionun səsini yuxarı qaldır(ın) Please, turn the radio up; Əllər yuxarı! Hands up!
Azərbaycanca-ingiliscə lüğət / yuxarı1 is. haut m ; dessus m ; dağın ~sı sommet m de la montagne ; atmosferin ~ qatları couches f pl supérieures de l’atmosphère, stratosphère f ; ~ dodaq lèvre f supérieure ; Əllər ~ ! Haut les mains!
Azərbaycanca-fransızca lüğət / yuxarı1 1. прил. вини; вине авай (мес. къуллугъ); винел алай (мес. мертеба); 2. нареч. виниз, винелди, агъадай-виниз, агъадай-винелди (мес. хкажун, экъечӀун); 3. къушм. виниз, артух, гзаф; yüzdən yuxarı вишелай виниз; // yuxarı tutmaq вине кьун, артух кьун; 4. сущ. вини кьил, вине авай пай, кьил, кӀукӀ (мес. дагъдин); 5. yuxarıda винидихъ, вилик, эвел; yuxarıda deyildiyi kimi винидихъ лагьайвал; 6. жемиятдин, тешкилатдин регьбер идараяр, къуллугъар; ** yuxarıdan baxmaq виняй-агъуз килигун, бегенмиш тахьун, кваз такьун, гьисаба такьун, гьисаб тавун.
Azərbaycanca-ləzgicə lüğəti / yuxarı