* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir. – Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəli bir surətdə aydınlatmışdı. S.Hüseyn. Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına. S.Vurğun. Günəş üfüqdən xeyli yüksəlmişdi. İ.Əfəndiyev. // Üfüqdə görünmək, çıxmaq, tülu etmək, zahir olmaq. Boz dağın arxasında doğan günəş saf mavi göydə yüksələrək günorta yerinə qalxmışdı. Ə.Sadıq. 2. Artmaq, qalxmaq, çoxalmaq, səviyyəcə yuxarı qalxmaq. Çayın suyu xeyli yüksəlmişdir. Havanın temperaturu birdən-birə yüksəldi. // Artmaq, şiddətlənmək, güclənmək. Xəstənin qızdırması yüksəldi. Məşğələlərə maraq xeyli yüksəlmişdir. Küləyin şiddəti getdikcə yüksəlir. Gəlir faizi gündən-günə yüksəlir. Yaxşı kitablara olan tələbat çox yüksəlmişdir. // Yaxşılaşmaq. Şagirdlərin dərs müvəffəqiyyəti getdikcə yüksəlir. Məhsulun keyfiyyəti yüksəlmişdir. Gənc rəssamların yaradıcılıq səviyyəsi yüksəlmişdir. Əhvaliruhiyyəsi yüksəldi. 3. Hörməti, nüfuzu, mövqeyi, qiyməti, dəyəri artmaq; tanınmaq, şöhrətlənmək. Kollektivdə nüfuzu yüksəlmək. Bu hadisədən sonra o bizim gözümüzdə çox-çox yüksəldi. – Dedi: – Az-az görünməyim nədən sizə ağır gəlir? Dedim: – Çünki bu dünyada gözəlliklə söz yüksəlir. S.Vurğun. // məc. Tərəqqi etmək, artmaq, inkişaf etmək. Yüksəlmək haqqımdır, iradəm vardır; Biliyim, şüurum hər şey yaradır. A.Şaiq. 4. Daha yüksək, daha məsul vəzifəyə keçmək, daha yüksək mövqe tutmaq. Vəzifəcə yüksəlmək. 5. Eşidilmək, gəlmək, qalxmaq (səs haqqında). Ura sədaları göyə yüksəldi. Evdən dəhşətli bir fəryad yüksəldi. – Mənim də evimdən işıq gələrdi; Qapımdan, bacamdan səs yüksələrdi. S.Vurğun. 6. Uzaqdan və ya yaxından görünmək (uca şey haqqında). Çayın sahilində uca qayalar yüksəlir. Qəsəbənin ortasında mədəniyyət sarayının binası yüksəlir. – Kəndin aşağı tərəfində məktəb binası yüksəlir. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / yüksəlmək1 YÜKSƏLMƏK – ENMƏK Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub qaynağın qırağında oturdum (A.Divanbəyoğlu).
Azərbaycan dilinin antonimlər lüğəti / yüksəlmək2 глаг. 1. повышаться, повыситься: 1) подниматься, подняться. Səviyyəsi yüksəlir nəyin повышается уровень чего, məhsuldarlıq yüksəlir повышается продуктивность, səmərəliliyi yüksəlir nəyin повышается эффективность чего, təzyiq yüksəlir повышается давление, hərarət yüksəlir повышается температура 2) усиливаться. Tələbkarlıq yüksəlir повышается требовательность, fəallıq yüksəlir повышается активность, nüfuzu yüksəlir kimin, nəyin повышается авторитет кого, чего, maraq yüksəlir nəyə повышается интерес к чему 2. возвышаться, возвыситься: 1) подниматься высоко, выситься над чем. Dağ yüksəlir возвышается гора 2) перен. выделяться, выделиться чем-л. среди окружающих. Hər hansı vəzifəyə yüksəlmək возвыситься до какой-л. должности 3. подниматься, подняться, раздаваться, раздаться. Səslər yüksəlir раздаются голоса, etirazlar yüksəlir поднимаются протесты 4. возрастать, возрасти. Rolu yüksəlir kimin, nəyin возрастает роль кого, чего 5. расти, вырастать, вырасти. Elm və mədəniyyat yüksəlir растут наука и культура ◊ gözündə yüksəlmək kimin вырасти в чьих глазах; nəzərində yüksəlmək подняться в чьём мнении; göylərə yüksəlmək возвыситься до небес
Azərbaycanca-rusca lüğət / yüksəlmək1 f. 1. to rise; bir kəsin nəzərində ~ to rise* in smb.’s opinion / esteem; 2. to increase; Gəlir yüksəlib Income has increased; vəzifədə ~ to be* promoted
Azərbaycanca-ingiliscə lüğət / yüksəlmək1 f. élever (s’) ; accroître (s’) ; vəzifədə ~ être promu, -e
Azərbaycanca-fransızca lüğət / yüksəlmək1 гл. 1. кьакьан хьун, хкаж хьун (мес. дарамат); 2. экъечӀун, хкаж хьун (мес. рагъ цавуз); 3. хкаж хьун; // артух хьун, гзаф хьун, виниз хьун, виниз акъатун (мес. вацӀун яд, ифин); // гьуьрмет (къимет) артух хьун, машгьур хьун; // чӀехи къуллугъдал фин, чӀехи хьун (мес. къуллугъ); 4. хкаж хьун, хъсан хьун; // пер. вилик фин, инкишаф авун; 5. акъатун, атун (ван).
Azərbaycanca-ləzgicə lüğəti / yüksəlmək