yekəlmək sözü azərbaycan dilində

yekəlmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yekəlmək • 86.9565%
  • YEKƏLMƏK • 8.6957%
  • Yekəlmək • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yekəlmək sözünün leksik mənası və izahı

  • 1 f. Yekə olmaq, həcmcə, boyca artmaq. Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək. // Böyümək, yekələşmək. Yaşar da ata-anasının və mülayim nənəsinin, bir də Səlimin məhəbbəti ilə boy atıb yekəlirdi. S.Rəhimov. 2. məc. Qürurlanmaq, iftixar etmək (çox vaxt “dağ boyda”, “dağ kimi” sözləri ilə). [Bazarbaşı:] Mirzə canı, mən Hacı ağanı görəndə inan ki, dağ boyda yekəlirəm. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / yekəlmək

yekəlmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 artmaq — böyümək — çoxalmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / yekəlmək
  • 2 YEKƏLMƏK [Safo:] Axı Şamo körpəliyindən onun-bunun qapazı altında yekəlibdir (S.Rəhimov); BÖYÜMƏK Girdiman dağlarının təmiz havasında böyümüş bu qocanın, yetmiş yaşı vardısa da, hələ qocalıqdan şikayət etmirdi (M.Hüseyn); İRİLƏŞMƏK, İRİLMƏK Fərmanın ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss olunurdu (Ə.Sadıq); ZORBALAŞMAQ (dan., məc.) Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı (N.Nərimanov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yekəlmək

yekəlmək sözünün rus dilinə tərcüməsi

yekəlmək sözünün inglis dilinə tərcüməsi

yekəlmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#yekəlmək nədir? #yekəlmək sözünün mənası #yekəlmək nə deməkdir? #yekəlmək sözünün izahı #yekəlmək sözünün yazılışı #yekəlmək necə yazılır? #yekəlmək sözünün düzgün yazılışı #yekəlmək leksik mənası #yekəlmək sözünün sinonimi #yekəlmək sözünün yaxın mənalı sözlər #yekəlmək sözünün əks mənası #yekəlmək sözünün etimologiyası #yekəlmək sözünün orfoqrafiyası #yekəlmək rusca #yekəlmək inglisça #yekəlmək fransızca #yekəlmək sözünün istifadəsi #sözlük