yığnaq sözü azərbaycan dilində

yığnaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yığnaq • 89.4737%
  • YIĞNAQ • 7.8947%
  • Yığnaq • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2012 •••••••• 0.09

yığnaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük. Bu nə yığnaqdır? – Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı… H.K.Sanılı. □ Yığnaq eləmək (etmək) – yığılıb danışmaq, məsləhətləşmək. Çağır Kükümlə Muxtarı; Otağa, yığnaq eləyək! Aşıq Ələsgər. Yığnaq salmaq kin. – toplaşmaq, yığışmaq. Gündə bir qapıya salırlar yığnaq. Q.Zakir. // Bir yerə yığılmış, toplanmış şeylər. Keçibdir beş yüzü dərədə yığnaq; Toplanmış imperyal bir dolu çanaq. H.K.Sanılı. 2. Qonaqlıq, məclis. Xeyrin olsun, hər kəs yığnağındadır; Onlar ilə zövqü işrət eylərsən. M.V.Vidadi. [Divanbəyi:] Xub, o şeytan yığnağına rast gələn uşaqları mənə göstərin. M.F.Axundzadə. Düşəndə məclisə, ağır yığnağa; Mənə hörmət qoyur irəncbər, ağa. Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / yığnaq

yığnaq sözünün etimologiyası

  • 1 Məclis kəlməsinin sinonimidir, yığmaq feili zəminində əmələ gəlib. Sözün əsli yığ-ın-aq kimi olub, -ın şəkilçisi “biçin” qəlibi üzrə isim düzəldib, -a şəkilçisi sözü yenidən feilə, -q şəkilçisi isə yenidən ismə çevrilib: Bu yığnağı sən bəzədin novcahan (M. Cümə). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yığnaq

yığnaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yığnaq sözünün antonimləri (əks mənalı sözlər)

yığnaq sözünün rus dilinə tərcüməsi

yığnaq sözünün inglis dilinə tərcüməsi

yığnaq sözünün fransız dilinə tərcüməsi

yığnaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. санал кӀватӀ хьанвай инсанар, затӀар ва мс.; кӀватӀал; къалабулух, басрух; yığnaq eləmək (etmək) санал кӀватӀ хьун, кӀватӀ хьана рахун, санал меслят хьун; yığnaq salmaq айгьам. санал кӀватӀ хьун; 2. мугьманвал, межлис.

    Azərbaycanca-ləzgicə lüğəti / yığnaq

yığnaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Yığıncaq; yığın, kütlə. (“Koroğlu” dastanının lüğəti) “Kitabi-Dədə Qorqud”da yığanaq şəklində işlənir. Məclis qurduram həmişə, İşrətim, damağım ola!.. Əmliklər çəkdirəm şişə, Bir ağır yığnağım ola!..                           (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası

"yığnaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yığnaq nədir? #yığnaq sözünün mənası #yığnaq nə deməkdir? #yığnaq sözünün izahı #yığnaq sözünün yazılışı #yığnaq necə yazılır? #yığnaq sözünün düzgün yazılışı #yığnaq leksik mənası #yığnaq sözünün sinonimi #yığnaq sözünün yaxın mənalı sözlər #yığnaq sözünün əks mənası #yığnaq sözünün etimologiyası #yığnaq sözünün orfoqrafiyası #yığnaq rusca #yığnaq inglisça #yığnaq fransızca #yığnaq sözünün istifadəsi #sözlük