zənn sözü azərbaycan dilində

zənn

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zənn • 88.0193%
  • Zənn • 11.4976%
  • ZƏNN • 0.4831%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

zənn sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal. □ Zənn etmək (eləmək) – güman etmək, ehtimal etmək, düşünmək. [Əhməd:] Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsin eşitsəm bihuş olaram. T.Ş.Simurq. [Bəhram Pəriyə:] Mənim adımla özünü təsvir edirsən, zənn edirəm. C.Cabbarlı. Zənn etməyin o saçlar özözünə ağarmış. H.Hüseynzadə. Zənn ilə – diqqətlə. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Ağa sağ əlini çənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadan Tahirə zənn ilə baxdı. M.Hüseyn. Zənnim kəsmir – güman etmirəm, inana bilmirəm, ağlım kəsmir. Zənnimcə – mənim fikrimə görə, fikrimcə, düşündüyümə görə, ehtimalıma görə. Zənnimcə, o, doğru demir. Zənnimcə, bu gün soyuq olacaq. – [Nadir bəy:] Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də, başqalarını haqlı göstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır. H.Cavid. [Xanım:] Qısqanclıq yaxşıdır yerində; Hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli. Zənnini yayındırmaq – çaşdırmaq, fikrini azdırmaq. İlyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı. Mir Cəlal. 2. Şübhə, şəkk, güman. Zənnin kimə gedir? – Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. [Hacı:] Mənim səndən zənnim var idi. Ə.Haqverdiyev. 3. Yaddaş, hafizə. [Zülfüqar dedi:] Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / zənn
  • 3 1) kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir; 2) şübhə, şəkk, güman; 3) yaddaş, hafizə.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / zənn

zənn sözünün sinonimləri (yaxın mənalı sözlər)

zənn sözünün rus dilinə tərcüməsi

  • 1 мнение, предположение, догадка

    Azərbaycanca-rusca lüğət / zənn
  • 2 сущ. 1. предположение, догадка, предварительное суждение о чем-л.; предчувствие 2. память. Zənnim korlanıb память мне изменяет 3. подозрение (предположение, основанное на сомнении). Zənnim onadır подозреваю его; zənn ilə см. zənlə; zənnimcə, zənnimə görə по-моему, как я думаю, как мне кажется ◊ zənn edilir ki, … предполагается, что …; zənn etmək предполагать, думать, полагать; zənnim kəsmir ki, … не думаю, что …; zənnini yayındırmaq отвлекать внимание, zənnim məni aldatmırsa если предчувствие меня не обманывает

    Azərbaycanca-rusca lüğət / zənn

zənn sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (ehtimal, güman, mülahizə) supposition, conjecture; opinion Mənim zənnimcə ... In my opinion..., To my mind / thinking...; Mən öz zənnimdə yanılmamışam I have been right in my conjectures; ~ edilmək / olunmaq to be* supposed; Zənn edilir / olunur ki, ... It is supposed that ...; ~ etmək to suppose, to think*, to conjecture; Mən zənn edirəm ki, ... I think / suppose that ... I am of the opinion that ... Mən məhz belə zənn edirdim It was just as I conjectured; ~ edilən / olunan supposed; 2. (yaddaş, hafizə) memory; Zənnim məni aldatmırsa, bu sizin qardaşınızdır If my memory doesn’t fail me, he is your brother; Zənnim korlanıb My memory has become poor; 3. (fikir, diqqət) attention; O mənim zənnimi yayındırmaq / azdırmaq istədi He / She wanted to distract my attention; ~ ilə intently, attentively; O, mənə zənn ilə baxırdı He / She was looking at me intently / attentively

    Azərbaycanca-ingiliscə lüğət / zənn

zənn sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) supposition f ; opinion f, avis m ; mənim ~imcə. . . à mon avis ; mən öz ~imdə yanılmamışam j’ai eu raison dans mes suppositions ; ~ edilmək être supposé, -e ; zənn edilir (olunur) ki,. . . il est supposé que. .

    Azərbaycanca-fransızca lüğət / zənn

zənn sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гиман, игьтимал, къетӀи тушир фикир, зенд; zənn etmək (eləmək) зенд авун, гиман авун, игьтимал авун, фикирун; zənnimcə зи фикирдалди (игьтималдалди), за фикирзавайвал, завай хьайитӀа, завди; zənnini yayındırmaq фикир акадарун, какадарун; 2. гиман, шак, шаклувал; 3. макь, хурун зигьин, рикӀел хуьнин алакьун.

    Azərbaycanca-ləzgicə lüğəti / zənn

zənn sözünün türk dilinə tərcüməsi

"zənn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zənn nədir? #zənn sözünün mənası #zənn nə deməkdir? #zənn sözünün izahı #zənn sözünün yazılışı #zənn necə yazılır? #zənn sözünün düzgün yazılışı #zənn leksik mənası #zənn sözünün sinonimi #zənn sözünün yaxın mənalı sözlər #zənn sözünün əks mənası #zənn sözünün etimologiyası #zənn sözünün orfoqrafiyası #zənn rusca #zənn inglisça #zənn fransızca #zənn sözünün istifadəsi #sözlük