Zülfü sözü azərbaycan dilində

Zülfü

Yazılış

  • Zülfü • 86.4865%
  • zülfü • 12.0393%
  • ZÜLFÜ • 1.4742%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zülfü Adıgözəlov
Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898, Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir. Bəstəkar Vasif Adıgözəlovun atasıdır. Bəstəkar Yalçın Adıgözəlovun babasıdır. == Yaradıcılığı == Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır.
Zülfü Ağayev
Zülfü Hacıyev
Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi. == Həyatı == Zülfi Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir. O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi. == Mükafatları == "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı == Xatirəsi == === Adının əbədiləşdirilməsi === Zülfi Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfi müəllimin adı əbədiləşdirilmişdir.
Zülfü Livaneli
Ömər Zülfü Livanelioğlu (türk. Ömer Zülfü Livanelioğlu; təxəllüsü: Zülfü Livaneli; 20 iyun 1946, Ilqın[d], Konya ili) — Türkiyə musiqiçisi, ssenaristi, siyasətçisi, yazıçısı və rejissoru. == Həyatı == Ömər Zülfü Livanelioğlu, 1946-cı il iyunun 20-də Konyanın İlgın mahalında anadan olub. Ailənin babası Livanelioğlu Ömer Əfəndi, 93 Harbinde Artvinin ermənilər və ruslar tərəfindən işğalından sonra Ərzuruma gələrək Əhməd Muxtar Paşanın ordusuna qoşulmuşdur. Ömər Əfəndi usta rütbəsi ilə Harput Redif Taburuna təyin edildi. Daha sonra bir qarşıdurma əsnasında şəhid olur. Ömər Əfəndinin tək oğlu olan Zülfü Əfəndi, Türkiyənin müxtəlif yerlərində sorğu hakimi olaraq vəzifə yerinə yetirər. Soyad qanunu qəbul edildikdə, Artvin, Yusufeli, Livane Sancakdan gəldiyi üçün atası Livanelioğlu soyadını alır. Zülfü Əfəndi'nin üç oğlu da hakim olmuşdur. Zülfü Livanelinin atası və qardaşların ən böyüyü Mustafa Səbri Livanelioğlu, Yargıtay Başçı Vəkili vəzifəsinə qədər yüksəldmişdir.
Zülfü Qədimov
Zülfü Rzayev
Zülfü Əsədzadə
Zülfü Əsədzadə (tam adı: Zülfü Sabit oğlu Əsədzadə) — Azərbaycanlı müğənni, "Səs Azərbaycan"ın qalibi. == Həyatı == Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlamışdır. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olmuş, məktəb xorunda solist kimi təhsilini davam etdirmişdir. 2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülmüşdür. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilmişdir. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurmuşdur. == Fəaliyyəti == 2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulur və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olmuşdur.
Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor == Həyatı == 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur.. Universitetdə nəşr olunan.
Məlik Zülfüqarov
Oqtay Zülfüqarov
Oqtay Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Qalib Zülfüqarlı
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Samir Zülfüqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi. 1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12-18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Seyid Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb. "Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. == Həyatı == Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır.
Səadət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sərdar Zülfüqarov
Sərdar Zülfüqarov (Zülfüqarov Sərdar Baba oğlu; d. 1929, Zöhrəmi, Dəvəçi rayonu) — Dövlət mükafatı laureatı. == Həyatı == Sərdar Zülfüqarov 1929-cu il avqust ayının 10-da Şabran (Dəvəçi) rayonunun Zöhrəmi kəndində anadan olmuşdur. Zülfüqarov Sərdar Baba oğlu 2002–ci ilin sentyabr ayının 28-də Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. == Təhsili == Sərdar Zülfüqarov 1946-cı ildə M.S.Rəsulzadə adına ADU-nun geoloji coğrafiya fakultəsinə daxil olmuş və 1951 ci ildə geoloq ixtisası alaraq universiteti bitirmişdir. == Elmi fəaliyyəti == 1969 cu ildə “Filizçay yataqlarının əmələ gəlməsinin struktur şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir monoqrafiyanın və 10 elmi əsərin müəllifidir. 1981 ci ildən respublika ərazisində radiaktiv elementlərin öyrənilməsində və ekologiyanın tədqiqi işlərinə rəhbərlik etmişdir. == Əmək fəaliyyəti == 1950-ci ildən Azərbaycan Geologiya idarəsinin Naxçıvan Muxtar Respublikasının Ordubad geoloji kəşfiyyat partiyasinda kollektor, icraçı geoloq, böyük geoloq və sahə rəisi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Ordubad geoloji kəşfiyyat partiyasının texniki rəhbəri vəzifəsində işləmişdir.
Səttar Zülfüqarov
Səttar Abuzər oğlu Zülfüqarov (26 iyun 1910, Çiçi, Quba qəzası – oktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971). == Həyatı == Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır. 1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir.
Tahir Zülfüqarov
Tofiq Zülfüqarov
Tofiq Nadir oğlu Zülfüqarov (1 noyabr 1959, Rostov-na-Donu) — Azərbaycan diplomatı, Azərbaycanın keçmiş xarici işlər naziri (1998–1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005–2010), Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri (2007–2015). == Həyatı == Tofiq Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiyanın Rostov şəhərində anadan olmuşdur. Ailəsi 1961-ci ildə Bakıya köçmüşdür. 1966–1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə oxumuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1981‐ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılmış, Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi‐dəniz donanmasında xidmətə göndərilmişdir. Ezamiyyət dövründə hərbi‐dəniz donanmasının rabitə qərargahının zabiti vəzifəsini yerinə yetirmiş, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə zabiti olmuşdur. YXDR hərbi qüvvələrinin xatirə medalı ilə təltif olunmuş, komandanlıqdan bir sıra fərmanlar almışdır. 1984‐cü ildən ehtiyatda olan zabitlər sırasına daxil olmuşdur. 1984–1985-ci illərdə komsomol komitəsində işləmişdir.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. == Həyatı == Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Zeynal Zülfüqarlı
Zülfüqar
Zülfüqar — ad.
Zülfüqar (Qaraqoyunlu)
Zülfüqar — İğdır ilinin Qaraqoyunlu ilçəsinin bucağında kənd. == Etimalogiya == Toponimin adı Zülfüqarelci adlı türkmən (ələvi) oymağının adı ilə bağlıdır.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı == Ad, apelyasiya və görünüşü == Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxlu belə düşünülür ki Zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib. Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." == Zülfüqarın Əli bin Əbu Talibə çatması == Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur.
Zülfüqar (tank)
Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır. Güc nisbəti aşağıdakı kimidir: 21.7 hp / ton (Zülfüqar 1); 17.85 hp / ton (Zülfüqar 3) == Növləri və xüsusiyyətləri == === Zülfüqar 1 === İnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir.

zülfü sözünün leksik mənası və izahı

"zülfü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zülfü nədir? #zülfü sözünün mənası #zülfü nə deməkdir? #zülfü sözünün izahı #zülfü sözünün yazılışı #zülfü necə yazılır? #zülfü sözünün düzgün yazılışı #zülfü leksik mənası #zülfü sözünün sinonimi #zülfü sözünün yaxın mənalı sözlər #zülfü sözünün əks mənası #zülfü sözünün etimologiyası #zülfü sözünün orfoqrafiyası #zülfü rusca #zülfü inglisça #zülfü fransızca #zülfü sözünün istifadəsi #sözlük