ögey sözü azərbaycan dilində

ögey

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ögey • 79.2350%
  • Ögey • 20.2186%
  • ÖGEY • 0.5464%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Ögey ata (film)
Ögey ata – Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. == Film haqqında == Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Ögey ana (film, 1958)
Ögey ana — Rejissor Həbib İsmayılovun filmi. Azərbaycanda ən populyar filmlərdən biridir. == Məzmun == Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir. == Festivallar və mükafatlar == 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı Film Üçüncü mükafat almışdır. == Film haqqında == Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir. Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər. Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı.
Ögey ana (teleserial, 2017)
"Ögey ana" — Sain Qəhrəmanın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Serial yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, Ögey ana - Sevincin uşaqların ürəyinə yol tapmaq cəhdlərindən bəds edir.
Ögey ata (film, 2013)
Ögey ata – Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. == Film haqqında == Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.

ögey sözünün leksik mənası və izahı

ögey sözünün etimologiyası

  • 1 1. Mənbələrdə ög (oy) “doğma”, öksüz isə “yetim” kimi verilib. Dilimizdə ögey “doğma olmayan” deməkdir (əsli: ög döy; ög deyil kimi olub). Qədim dövrlərdə ata sözünün sinonimi qan (sağır n ilə yazılır) kəlməsi olub. Anaya ög demişik. Ög-qan kəlməsi “ana-ata” kimi açıqlanıb. Ögey ata birləşməsinin yerinə, qansıq ata işlətmişik. -sıq və -sıra şəkilçiləri əksmənalı sözlər düzəldib. Qansıq “doğma olmayan”, qağansıra “xaqansız qalmaq” mənalarını əks etdirib. Bəs niyə ögey sö­zü məhz ög (ana) kəlməsi ilə bağlıdır? Yetimlik də, ögeylik də ana ilə əlaqələn­di­rilib. Atasıza yetim deyilməyib, atası doğma olmayana ögey deyilməyib, yalnız anası doğma olmayan ögey adlandırılıb. Görünür, bu ya matriarx dövrünün qadınlara verdiyi üstünlüyün qalığıdır, ya da ananın daha əziz tutulması ilə bağ­lıdır. Bir deyim də olub: ögdaşlar (bir anadan olanlar) öpüşərlər, qandaşlar (bir atadan olanlar) döyüşərlər”. Sözün küvey variantı da mövcud olub. 2. Bəzi dillərdə “мачеха” mənasında öqə işlədilir (deməli, ögə “doğma olmayan” deməkdir). Söz ögə kimi qeydə alınıb. (-ə şəkilçisi analıq sözündəki -lıq şəkilçi­si­nin sinonimi olub). Fars dilində gilə sözü var və bizdə onun sonuna “y” artırılıb: giley. Ögə və gilə sözlərinin sonundakı ə saitinin e saitinə keçməsi y samitinin günahıdır. Bu samit həmişə açıq saiti qapalıya çevirir (ə-yə nisbətən e qapalı hesab olunur): tərcümə sözünü tərcümeyi-hal, anaya sözünü ədəbi tələffüzdə anıya şəklinə salır. Görünür, ögey sözü də bu qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ögey

ögey sözünün sinonimləri (yaxın mənalı sözlər)

ögey sözünün antonimləri (əks mənalı sözlər)

ögey sözünün rus dilinə tərcüməsi

  • 1 неродной

    Azərbaycanca-rusca lüğət / ögey
  • 2 прил. 1. неродной (не состоящий в кровном родстве). Ögey bacı неродная сестра, ögey qardaş неродной брат, ögey ana неродная мать (мачеха), ögey ata неродной отец (отчим), ögey qız неродная дочь (падчерица), ögey oğul неродной сын (пасынок) 2. сводный (приходящийся кому-л. братом или сестрой по отчиму или мачехе). Ata tərəfdən ögey qardaş сводный брат со стороны отца 3. перен. холодный (лишённый душевной теплоты); прохладный. Ögey nəzərlə baxmaq смотреть холодным взглядом, doğma işə ögey münəsibət прохладное отношение к своему делу; ögey münəsibət bəsləmək nəyə относиться с холодком к чему

    Azərbaycanca-rusca lüğət / ögey

ögey sözünün inglis dilinə tərcüməsi

  • 1 s. step; ~ ana stepmother; ~ ata stepfather; ~ qız stepdaughter; ~ oğul stepson; ~ bacı stepsister; ~ qardaş stepbrother; ~ uşaq stepchild; ~ valideyn stepparent

    Azərbaycanca-ingiliscə lüğət / ögey

ögey sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. ~ münasibət bəsləmək prendre qn en grippe ; ~ ana belle-mère f (pl bellesmères) ; belle-maman (pl belles-mamans) fam ; marâtre f ; ~ ata beau-père m (pl beaux-pères) ; ~ qız belle-fille f (pl bellesfilles) ; ~ oğul beau-fils m (pl beaux-fils) ; ~ bacı demi-soeur f ; ~ qardaş demi-frère m ; ~ uşaq enfant m adoptif ; ~ valideyn parents m pl adoptés

    Azərbaycanca-fransızca lüğət / ögey

ögey sözünün ləzgi dilinə tərcüməsi

ögey sözünün türk dilinə tərcüməsi

"ögey" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ögey nədir? #ögey sözünün mənası #ögey nə deməkdir? #ögey sözünün izahı #ögey sözünün yazılışı #ögey necə yazılır? #ögey sözünün düzgün yazılışı #ögey leksik mənası #ögey sözünün sinonimi #ögey sözünün yaxın mənalı sözlər #ögey sözünün əks mənası #ögey sözünün etimologiyası #ögey sözünün orfoqrafiyası #ögey rusca #ögey inglisça #ögey fransızca #ögey sözünün istifadəsi #sözlük