* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 1.18 |
2004 | •••••• | 1.01 |
2006 | •••• | 0.68 |
2007 | •••••••••••••••• | 2.75 |
2008 | •• | 0.24 |
2009 | ••••••••••••••••• | 2.88 |
2010 | •••••••••••••• | 2.45 |
2011 | ••••••••• | 1.54 |
2012 | •••••••• | 1.29 |
2013 | ••••••••••• | 1.90 |
2014 | •••••••••••• | 2.06 |
2015 | ••••••••• | 1.53 |
2016 | •••• | 0.69 |
2017 | ••• | 0.49 |
2018 | •••••• | 1.05 |
2019 | ••• | 0.42 |
2020 | •••••••••••••••••••• | 3.58 |
1 sif. 1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz. – Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn. Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina. 2. Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Ölmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr. – Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun. 3. Çoxdankı, köhnə. Əski dost. – [Nadir] bir cəhətdən də [Məcidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı. Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun. 4. Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. – [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn. // Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma. ◊ Əski hamam, əski tas – heç bir şey dəyişməyib, köhnə halında qalmışdır. Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir. [Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istəklərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı. [Azər:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox – əski hamam, əski tas. H.Cavid. Əski qapı, əski daban – bax əski hamam, əski tas. Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; İndi yazır əski qapı, əski dabanı birbəbir. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / əski1 Keçmiş, köhnə mənalarında işlədilən bu söz çuvaş dilində z ilə yazılır: əzki. Altay dillərində izo(ozo) sözü “əvvəlki”, “qabaqkı” mənalarında işlədilir. Özki sözü “старый” kimi tərcümə edilib. Bizdə əvvəl yerinə əzəl də deyirlər. Güman etmək olar ki, sözün əsli ozo kəlməsi ilə bağlıdır: “uzaq keçmiş” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əski1 ƏSKİ – TƏZƏ Sonradan qövr eylər əski yaralar (S.Vurğun); Təzə paltarı ona çox yaraşırdı (M.Hüseyn). ƏSKİ – YENİ Əski kənd gecədir, yeni kənd gündür (S.Rüstəm).
Azərbaycan dilinin antonimlər lüğəti / əski1 прил. устар. 1. прошлый, прежний, бывший. Əski moda прежняя мода, əski hala gətirmək вернуть в прежнее состояние 2. старый. Əski adətlər старые обычаи, əski şeylər старые вещи 3. древний. Əski dillər древние языки 4. давний, давнишний. Əski dost давний друг ◊ əski əlifba старый (арабский) алфавит
Azərbaycanca-rusca lüğət / əski1 s. 1. (köhnə) old; ~ adət və ənənələr old customs and traditions; ~ modalar old fashions; 2. (qədim) ancient; ~ abidələr ancient monuments; 3. (ötən, keçmiş) past, old, olden; ~ günlər past days, old / olden times / days; ~ dostlar old friends
Azərbaycanca-ingiliscə lüğət / əski1 sif. ancien, -ne, vieux (vieil, vieille) ; séculaire, reculé, -e, passé, -e
Azərbaycanca-fransızca lüğət / əski2 прил. 1. куьгьне; цӀуру; // алатай, алатна фейи; əski adətlər куьгьне адетар; // фаданлай авай; əski dost куьгьне дуст; 2. къадим, алатай девирриз талукь тир; 3. иски; куьгьне, цӀуру; кукӀвар хьайи (мес. ппек); əski şeylər иски затӀар; 4. куьгьне, тежрибалу (мес. духтур); кьуьзуь, яшлу; ** əski hamam, əski tas куьгьне гьамам, куьгьне тас (гьич са затӀни дегиш хьанвач, куьгьнедай авайвал амазма манада); əski qapı, əski daban куьгьне рак, куьгьне кукуцӀул (кил. əski hamam, əski tas).
Azərbaycanca-ləzgicə lüğəti / əski