şah-vəzir sözü azərbaycan dilində

şah-vəzir

Yazılış

  • şah-vəzir • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu == Səfəvilərdə vəzirlik == İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Vəzir (şahmat)
Vəzir — Şahmat fiquru. Vəzir tutduğu xanadan şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə). Oyunda ən güclü fiqur hesab olunur. Avropada və qərb mədəniyyətinin hakim olduğu ölkələrdə kraliça (the queen) adlanır.
Vəzir Allahverdiyev
Vəzir Orucov
Vəzir Orucov (26 dekabr 1956, Xoruzlu, Mirbəşir rayonu – 22 mart 1993, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == === Erkən illəri === Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır.
Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu – 19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. == Döyüşlərdə iştirakı == Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, bir övladı qalıb.
Vəzir qambiti
Vəzir qambiti — Şahmatda 1. d2-d4 d7-d5 2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir. == Qaraların mümkün cavabları == 2. ... e7-e6 — Klassik variyant 2. ... e7-e5 — Albin kontrqambiti 2.
Xan-vəzir
Xan-vəzir — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda beş(7, 9 və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş(7,9 və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addımlıqda dayanıb bu daşları ovucun içində saxlamaqla çalaya atırlar. Əgər daşın üçü(5, 7 və s.) oraya düşərsə, o oyunçu çalanın bir tərəfindən durub xan elan edilir. Daşın ikisi(4, 6 və s.) çalaya düşərsə, həmin oyunçu özünü vəzir elan edir, bir(2, 3 və s.) daşı çalaya düşən oyunçu isə ya xana, yada vəzirə "at" olur. Beləliklə, oyunu gedişində "xan", "vəzir" və onların "atları" məlum olur. Oyun qızışdıqca, yeni daşlar çalaya atıldıqca, oyunçuların ifa etdiyi rollar dəyişilir. Bu zaman xanın hökmü yerinə yetirilir.
Baş vəzir
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Səkkiz vəzir problemi
Səkkiz vəzir problemi — Şahmat taxtasında səkkiz vəzirin bir-birini vurmadan necə yerləşdiriləcəyini müzakirə edən problemdir. Səkkiz vəzir problemi daha ümumi olan n vəzir probleminin xüsusi halıdır. n vəzir problemi n×n ölçülü şahmat taxtasında n sayda vəzirinin bir-birini vurmadan necə yerləşdirilməsi haqqında olan problemdir. == Tarixi == Bu problem ilk dəfə 1848-ci ildə şahmat oyunçusu Maks Bezzel tərəfindən ortaya atılmışdır. Daha sonra Qauss, Qeorq Kantor tərəfindən haqqında araşdırmalar aparılmışdır. Məsələnin ilk həlli 1850-ci ildə F. Nauck tərəfindən verilmişdir. Həmçinin Nauck məsələni daha qlobal bir şəkilə nxn halına salmışdır. == Məsələnin həlli == Səkkiz vəzir probleminin 92 həll yolu vardır. Digər həllər yuxarıdakı on iki həllin simmetrik çevrilməsi nəticəsində yaradılmışdır. N vəzir problemi hələlik 26-a kimi həll edilmişdir.
Vəzir Xan məscidi
Vəzir Xan məscidi (urdu مسجد وزیر خان) — Pakistanın Pəncab bölgəsinin Lahor şəhərində yerləşən tarixi məscid. Məscid 1634-ci ildə Sultan Şahcahanın maliyyələşdirməsi ilə inşa olunmağa başlayıb, 1635-cü ildə inşaat başa çatdırılmışdır.
Vəzir piyadalarının debütü
Vəzir piyadalarının debütü — 1. d2-d4 d7-d5 gedişləri ilə başlayan debüt sistemlərinin ümumi adı. Vəzir qambitindən fərqli olaraq, burada ağlar 2. c2-c4 gedişindən imtina edirlər.
Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli (12 sentyabr 1887, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 3 yanvar 1943, Unjlaq[d], SSRİ, Sovet Rusiyası[d]) — Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməhəmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.
Ələddin Paşa (vəzir)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Əsəd bəy Vəzir
Əsəd bəy Qasım bəy oğlu Vəzirov — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu. == Həyatı == Əsəd bəy Qasım bəy oğlu 1824-cü ildə Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Mirzəcamallı obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir neçə dil bilirdi. Mülkədar olmaqla yanaşı həkimliklə məşğul idi. Yayı Şuşa şəhərində, qışı doğma kəndlərində keçirirdi. "Dizaq şairləri" məclisinin üzvü idi. Dostu Mir Mehdi Xəzani ilə bədiyələşərdi. Xəzani qoşqularının birində ona yazırdı: Məhəmməd ağa Müctəhidzadə "Riyazün-aşiqin" adlı əsərində ondan hərtərəfli bəhs edib. Mir Möhsün Nəvvab isə onu tanımadığını yazıb.
Vəzir Coşqun Parlaq
Vəzir Coşqun Parlaq (1989, Çuxurca[d], Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Vəzir Coşqun Parlaq 1989-cu ildə Hakkari ilinin Çuxurcu ilçəsində anadan olub. Van Yüzüncü İl Universitetinin Erciş Peşə Liseyindən məzun olub. Bölgələr Partiyasında (BDP) və Xalqların Konqresində (HDK) təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. == Həyatı == Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. == Miranşah və Nəimi == Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu == Həyatı == Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698 – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == Nadir xanın Səfəvi şahı olan II Təhmasibin dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nasirəddin şah
Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896[…], Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar ​​Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar ​​xanədanına mənsub Məlikcahan xanımdır. Beş yaşında vəliəhd təyin edilən Nəsirəddin şah 1847-ci ildə əmisinin yerinə Azərbaycan canişini oldu. Atasının vəfatından sonra Mirzə Tağı xanın dəstəyi ilə Təbrizdə hökmdar elan edildi. 1848-ci ilin oktyabr ayında Təbrizdən paytaxt Tehrana gedən Nəsirəddin şahın ilk icraatı Mirzə Tağı xanı Atabəyləri-i əzəm ünvanıyla sədarət mövqeyinə gətirmək oldu. Taki Xanın üsyan və qarışıqlıqlar içində çalxalanan ölkədə mərkəzi nüfuzu hakim qılmağı bacararaq Şahın gücünü artırdı, Digər tərəfdən Nasirəddin Şah Xivə və Buxara xanlığına reallaşdırdığı səfərlərdə qazandığı uğurlardan sonra Nəsrəddin şah özünü Nadir Şah, Napoleon və Böyük Pyotr kimi böyük hökmdarlarla eyni səviyyədə görməyə başladı. Ancaq Heratın ələ keçirilməsinə istiqamətli əsgəri hərəkatın, müstəmləkəsi Hindistan ilə İran və Rusiya arasında tampon bir ölkə yaratmaq istəyən İngiltərə tərəfindən maneə törədilməsi Nəsirəddin Şahı güc vəziyyətdə buraxdı. Şəhər İngilislərin əlindədir. Şah, İngiltərə ilə 4 mart 1857-ci ildə imzalanan Paris sülh müqaviləsinə əsasən Əfqanıstanı tanıdı və Herat üzərindəki haqqlarından imtina etdi.

şah-vəzir sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şuşa) uşaq oyunu adı

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#şah-vəzir nədir? #şah-vəzir sözünün mənası #şah-vəzir nə deməkdir? #şah-vəzir sözünün izahı #şah-vəzir sözünün yazılışı #şah-vəzir necə yazılır? #şah-vəzir sözünün düzgün yazılışı #şah-vəzir leksik mənası #şah-vəzir sözünün sinonimi #şah-vəzir sözünün yaxın mənalı sözlər #şah-vəzir sözünün əks mənası #şah-vəzir sözünün etimologiyası #şah-vəzir sözünün orfoqrafiyası #şah-vəzir rusca #şah-vəzir inglisça #şah-vəzir fransızca #şah-vəzir sözünün istifadəsi #sözlük