* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İş, feil. Onun sözü ilə əməli düz gəlmir. – [Cənnətəli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim başıma gətirir. N.Vəzirov. 2. İcra, yerinə yetirmə. □ Əməl etmək (eləmək) – yerinə yetirmək, icra etmək, riayət etmək. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl etmək. – Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. Sözlərinə əməl eləməyənə lənət! N.Vəzirov. Zeynal … Mehriban və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. Əməl olunmaq (edilmək) – yerinə yetirilmək, riayət edilmək, icra olunmaq. Qaydaya əməl olunur. Əmələ gəlmək – 1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir. – Rəngarəng güllükdə, çəmənlikdə hamar və naxışsız bir ağlıq, bir düzənlik əmələ gəlmişdi. S.Rəhimov; // mümkün olmaq, başa gəlmək, həyata keçmək. Əmələ gələn şey deyil; 2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurortdan sonra əmələ gəldi. – Arvad məsləhət gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt bağçada otlasın, əmələ gəlsin. C.Məmmədquluzadə. Əmələ gətirmək – 1) həyata keçirmək, yerinə yetirmək, icra etmək. [Hacı Mehdi:] Bir təvəqqəm var, amma qorxuram, əmələ gətirə bilməyəsən. Ə.Haqverdiyev. [Lütfəli bəy:] Gözlərinə dönüm, … gör necə mənim xahişlərimi əmələ gətirir? İ.Musabəyov; 2) düzəltmək, vücuda gətirmək, təşkil etmək. [Əntiqənin] özünün də qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi. Mir Cəlal. 3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır. – Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşılaşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. M.F.Axundzadə. Sənə cəza verən əməllərindir. M.Rahim. [Salmanova] Cumanın … bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən. 4. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindir. – Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əməlin. A.Səhhət. Bir neçə kazak əsgərləri də onların dalınca gedirlər ki, görsünlər bu nə əməldir. C.Məmmədquluzadə. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Ə.Haqverdiyev. 5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə. ◊ Əməli azmaq – pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq. Əməli ayağına cidar olmaq – gördüyü işin cəzasını çəkmək, pis nəticəsini görmək.
Azərbaycan dilinin izahlı lüğəti / əməl2 is. [ər.] Qayə, məqsəd, şiddətli arzu. [Ağa Bəşir:] Bilirsinizmi ki, dünən şikayətə gələn arvadın əməli nə imiş? M.F.Axundzadə. Əməli, fikri bütün kəsbi-kamal; Nə müqəddəs əməlü fikrü xəyal! M.Hadi. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / əməl5 ƏMƏL1 ə. 1) iş; 2) işləmə, icra etmə; 3) məhsul, əsər; 4) hesab əməliyyatlarından hər biri. ƏMƏL2 ə. arzu, istək, dilək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əməl6 i saleh – saleh əməllər, xeyirli işlər, əksəriyyətlə dini – fəlsəfi terminologiyaya aid olub, bir şəxsin dinin hökmlərinin əksinə olmayaraq gördüyü xeyirli işlərə deyilir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / əməl4 I əməl bax 1. iş 1; 2. hiylə; 3. davranış II əməl bax arzu
Azərbaycan dilinin sinonimlər lüğəti / əməl1 ƏMƏL I is. [ ər. ] İş, hərəkət. Son zamanlar Dəryanın sözü ilə əməli arasında gizli bir təzad gördüm (S.Qədirzadə). ƏMƏL II is. [ ər. ] riyaz. Hesab əməliyyatının hər biri. ƏMƏL III is. [ ər. ] Arzu, ümid, məqsəd. Burada əməl aydın, ürəklər dolu; Əməllər torpağı, daşı əridir (B.Vahabzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / əməl1 1. работа, действие; 2. проделка, поступок, выходка; 3. мечта, желание, надежда;
Azərbaycanca-rusca lüğət / əməl2 1 сущ. 1. дело (учение, идея воззрения; деятельность, связанная их воплощением в жизнь). Xeyirxah əməllər добрые дела 2. выходка, проделка, предосудительный поступок, действие. Bəd əməl недостойный поступок, alçaq əməlləri ilə своими выходками 3. мат. действие. Hesabın dörd əməli четыре действия арифметики, toplama əməli действие сложения, vurma əməli действие умножения; əməl etmək: 1. исполнять, исполнить, осуществлять, осуществить; 2. соблюдать, соблюсти. Qaydalara əməl etmək соблюдать правила; əmələ gətirmək: 1. производить, произвести; 2. осуществлять, осуществить; 3. порождать, породить; əmələ gəlmək: 1. происходить, произойти, возникать, возникнуть, образовываться, образоваться; 2. поправляться, поправиться; əməl edilmək (olunmaq) выполняться, быть выполненным; соблюдаться, быть соблюденным ◊ əməli azmaq наглеть, обнаглеть, становиться, стать нахальным; əməli ayağına cidar olmaq получать, получить по заслугам 2 сущ. разг. 1. желание, стремление, влечение 2. цель. Bir əmələ xidmət etmək служить одной цели, əməl uğrunda çarpışmaq бороться за достижение цели
Azərbaycanca-rusca lüğət / əməl1 i. 1. action, act, deed; transaction; ağılsız ~ rash action; bəd / çirkin / biabırçı ~ vile / shameful deed, mean action; cürətli ~ bold deed; alçaq ~ mean / lowdown action; 2. (davranış, hərəkət) behaviour; conduct; Onun əməlləri xoşuma gəlmir I don’t like his behaviour; I don’t like the way he behaves; riyaz. operation; hesabda tətbiq olunan dörd ~ the four rules of arithmetics; ~ etmək (vədinə) to redeem (d.); buyruğa ~ etmək to obey / to execute / to fulfil / to carry out an order; öz sözünə / vədinə ~ etmək to keep* one’s promise, to live up to one’s promise; sazişə ~ etmək to observe / to implement a treaty; müqavilə şərtlərinə ~ etmək to keep* to the terms of the treaty; təlimata ~ etmək to keep* to the instructions; adətlərə ~ etmək to follow the customs; qaydalar ~ etmək to conform to the rules; bir kəsin arzusuna / istəyinə ~ etmək to fulfil / to carry out smb.’s wishes; ◊ ~i azmaq d.d. to become impudent / insolent / corrupted
Azərbaycanca-ingiliscə lüğət / əməl1 is. action f, acte m, fait m ; conduite f, agissement m, attitude f ; riyaz. opération f
Azərbaycanca-fransızca lüğət / əməl2 [ər.] сущ. амал (1. кӀвалах, кар; 2. са кар кьилиз акъудун, авун; əməl etmək (eləmək) амал авун, авун, кьилиз акъудун; əmələ gəlmək а) арадал атун, майдандал атун, хьун, гьасил хьун; б) арадиз атун, куьк хьун, хъсан хьун, къеврягь хьун; əmələ gətirmək а) арадиз акъудун, кьилиз акъудун, авун; б) арадал гъун, тешкил авун, расун; 3. рафтарвал, гьерекат, кар; 4. пер. бижвал, гьилле; 5. гьисабар тухудай асас кьуд къайдадикай сад; мес. кӀватӀун, хкудун, ягъун, паюн); ** əməli azmaq чӀуру амалар акатун, рекьяй акъатун, чӀур хьун, гьадди чиз амукь тавун; əməli ayağına cidar olmaq вичин амалрин (вичи авур крарин) жаза чӀугун, пис нетижа акун.
Azərbaycanca-ləzgicə lüğəti / əməl(Qazax) cadu ◊ Əməl eləməx’ (Qazax, Şəki) – cadu etmək. – Diyillər elə əməl eli:y ki, gəl görəsən (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.