aşağı sözü azərbaycan dilində

aşağı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aşağı • 76.8818%
  • Aşağı • 23.0113%
  • AŞAĞI • 0.0445%
  • AŞağı • 0.0327%
  • aŞağı • 0.0297%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Talın
Aşağı Talın, Kiçik Talın, Türk Talını — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Aşağı Talın kəndi rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talını» olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.
Aşağı Əskipara
Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Aşağı Əylis
Aşağı Əylis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzidir. Aşağı Əylis Ordubad rayonunun Əylis inzibati ərazi vahidində kənd. Əylis çayının sahilində, dağ ətəyindədir. "Əylis yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. Kənd XIX əsrdə Əylis (indiki Yuxarı Əylis) kəndindən çıxmış bir qrup ailənin Dəşt (farsca "col, səhra") adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Əylis (əylənmək, koc salmaq, məskunlaşmaq mənalı feldən) "əylənc, düşərgə, yaşayış yeri" mənasına uyğundur.. El arasında Aşağı Əylisə Yaz Əylisi deyilməsi Araza yaxın olan bu kənddə təbiətin tez oyanması ilə əlaqədardır. Aran Əylis deyilməsi isə həm təbiətin tez oyanması, həm də yer, məkan mənasında qəbul edilmişdir. Aşağı Əylisə "Dəşt" deyilməsinin səbəbi ərazinin relyef quruluşu ilə əlaqələndirilir ("dəşt" fars dilində düz, çöl deməkdir). Məlum olduğu kimi, Naxçıvan MR ərazisi uzun zaman İran imperiyasının tərkibində olmuşdur.
Aşağı Əylənli
Aşağı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 04 aprel 1946-cı il fərmanı ilə adı ildə dəyişdirilərək Lenuqi qoyulmuşdur. XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. Aşağı Əylənli XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də yerdəşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur.
Aşağı Tüləkaran
Aşağı Tüləkaran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Tüləkəran oyk., mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də, Ağçayın sahilində, dağətəyi ərazidədir. Lüləkəran variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında Tüləkəran (indiki Yuxarı Tüləkəran) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "aşağıda yerləşən Tüləkəran kəndi" deməkdir. Tüləkəran komponenti tülə (tat. "yunu çıxmış dəri") və kəran (kənd; yaşayış məntəqəsi termini) sözlərindən ibarət olub, "gön aşılamaqla məşğul olanlara aid kənd" mənasını ifadə edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 558 nəfər əhali yaşayır.
Aşağı Türkmənli
Aşağı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən əmələ gəlib, «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.
Aşağı Təvilan
Aşağı Təvilan (fars. طویلان سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 927 nəfər yaşayır (284 ailə).
Aşağı Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Uzunoba kəndi mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim "aşağıda yerləşən Uzunoba kəndi" deməkdir. Aşağı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Naxçıvançayın sahilində yerləşir. Ziyafət Əsgərov — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Aşağı Veysəlli
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830–1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar. Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqda erməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan "Toola düzü"-ndə məskunlaşmışlar. Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq "Güney çartaz" ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında "Qara bulaq"qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər. Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar.
Aşağı Xac
Aşağı Xac — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Aşağı Xac kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. İkinci komponent isə abidələrin dilində "xristianlığın rəmzi işarəsi"; "kilsə bayrağı"; "kilsə" mənalarında işlənmişdir. Ərazidəki Sınıqkilsə yer adı bu sözün məhz "kilsə" mənasını qəbul etməyə əsas verir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Aşağı Xatınarx
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1670-80-cı illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır.
Aşağı Xocamsallı
Aşağı Xocamsaqlı, Aşağı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. Xocamusaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar e. ə. I əsrdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Qubadlının ərazisində mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Xocamsaxlı kəndində "Qala" rayon işğal olunana qədər dururdu. Elə kəndin qədim adı da Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Aşağı Xocamsaqlı
Aşağı Xocamsaqlı, Aşağı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. Xocamusaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar e. ə. I əsrdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Qubadlının ərazisində mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Xocamsaxlı kəndində "Qala" rayon işğal olunana qədər dururdu. Elə kəndin qədim adı da Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Aşağı Xocamusaxlı
Aşağı Xocamsaqlı, Aşağı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. Xocamusaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar e. ə. I əsrdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Qubadlının ərazisində mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Xocamsaxlı kəndində "Qala" rayon işğal olunana qədər dururdu. Elə kəndin qədim adı da Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Aşağı Xotanan
Aşağı Xotanan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli xotan etnonimi əsasında formalaşmışdır. Toponimin sonundakı -an şəkilçisi cəmlik əlaməti bildirir. «Xotanlar tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Aşağı Xuc
Aşağı Xuc – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. Aşağı Xuc oyk, mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Yaşayış məntəqəsi XIX əsrdə Orta Xuc kəndinə məxsus qışlaq yerində bina edilmişdir. Toponimi, əsasən mənşəcə qıpçaqlardan olan kuç tayfasının adı ilə əlaqələndirirlər. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər iki kənddən fərqləndirmyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Əhalisi 1599 nəfərdir.
Aşağı Yağlıvənd
Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. Araz Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yağləvənd
Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. Araz Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yemişcan
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Kənd dəğətəyi ərazidə yerləşir.
Aşağı Yeməzli
Aşağı Yeməzli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Aşağı Yeməzli kəndi dəğətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.
Aşağı Zağalı
Aşağı Zağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir. Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi olmuşdur Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar. Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir.
Aşağı Zeyid
Aşağı Zeyid (əvvəlki adı: Aşağı Zeyd) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyd kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeyd kəndi Aşağı Zeyid kəndi, Aşağı Zeyd kənd inzibati ərazi dairəsi Aşağı Zeyid kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən və Xaçmaz dəmiryolu stansiyasından 14 km cənubda, Bakı-Moskva dəmiryolundan 10 km aralı, Qaraçayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir. Əhalisi 1750 nəfərdir (2023).
Aşağı Tarım bəxşi
Aşağı Tarım bəxşi (fars. بخش طارم سفلی‎),(az-əbcəd. آشاغی تاریم بؤلومو‎),iranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Aşağı Tatar (Xudafərin)
Aşağı Tatar (fars. تاتار سفلی‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (84 ailə).
Aşağı Tatra Milli Parkı
"Aşağı Tatra" Milli Parkı (slovak. Národný park Nízke Tatry), qısaldılmış halda NAPANT — Mərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, Vah və Qron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, Jilina və Preşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad. Aşağı Tatra ərazisində ilkin təbiəti qoruma tədbirləri 1918–1921-ci illərdə həyata keçirilmiş. İkinci Dünya müharibəsindən sonra bu işlər yenidən aktivləşdirlimiş.
Aşağı Taulıkay (Baymak)
Aşağı Taulıkay (başq. Түбәнге Таулыҡай, rus. Нижнетавлыкаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yuxarı Taulıkay kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Yuxarı Taulıkay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 66 km. Sakmara çayınınn sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Aşağı Taxt-i Rəvan (Çaldıran)
Aşağı Taxt-i Rəvan (fars. تختروان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (14 ailə).
Aşağı Taxt (Çaroymaq)
Aşağı Taxt (fars. شورقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (15 ailə).
Aşağı Tit (Sərdəşt)
Aşağı Tit (fars. تيت سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Aşağı Tualı (Xudafərin)
Aşağı Tualı (fars. طوعلي سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (76 ailə).
Aşağı Ərmənək (Qoşaçay)
Aşağı Ərmənək (fars. ارمناك سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (115 ailə).
Aşağı Əvdilan (Urmiya)
Aşağı Əvdilan (fars. ‎اودلان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (45 ailə).
Aşağı ətrafların varikoz genəlməsi
Aşağı ətrafların varikoz genəlməsi aşağı ətrafın səthi venalarının genişlənməsi, vena qapaqcıqlarının çatışmazlığı nəticəsində qan axınının pozulması- Varikoz termini lat. varix; varicis sözündən götürülmüş, mənası "köpmüş, gərilmiş, üfürülmüş" deməkdir.
Aşağıdan yuxarıya layihələndirmə
Aşağıdan yuxarıya layihələndirmə – proqram təminatının gəlişdirilməsi prosesinin layihələndirmə metodologiyası; öncə proqramın qarşısında aşağı səviyyəli məsələlər müəyyənləşdirilir, daha yüksək səviyyəli funksiyaların strukturu və təyinatı isə aşağı səviyyəli funksiyalardan alınır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Aşağıgökçe, Mesudiye
Aşağıgökçe — Ordu şəhərinin Mesudiye mahalına bağlı bir kənddir. Kəndin adının haradan gəldiyi haqqında məlumat yoxdur.Kəndin köhnə adı 'yaşıllıq' mənasını verən Faldaca'dır. Köhnə bir Rum kəndidir.Aşağı Gökçe kəndinə Türk 'lərin 1775 - 1800 illərində kütləvi olaraq gəlib yerləşdikləri deyilməkdədir.Ordu ilinin Böyükşəhər Bələdiyyəsi olmasıyla kənddə artıq məhəllə statusuna qovuşmuşdur. Kənd insanı ümumiyyətlə İstanbula köç etmişdir.
Aşağıgökçe (Mesudiye)
Aşağıgökçe — Ordu şəhərinin Mesudiye mahalına bağlı bir kənddir. Kəndin adının haradan gəldiyi haqqında məlumat yoxdur.Kəndin köhnə adı 'yaşıllıq' mənasını verən Faldaca'dır. Köhnə bir Rum kəndidir.Aşağı Gökçe kəndinə Türk 'lərin 1775 - 1800 illərində kütləvi olaraq gəlib yerləşdikləri deyilməkdədir.Ordu ilinin Böyükşəhər Bələdiyyəsi olmasıyla kənddə artıq məhəllə statusuna qovuşmuşdur. Kənd insanı ümumiyyətlə İstanbula köç etmişdir.
Aşağıkənd
Aşağıkənd — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd Xankəndi şəhərinin cənubunda, Kərkicahan və Şuşanın arasında yerləşirdi.
Aşağılıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.
Aşağıoba
Aşağıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Seyidlikəndyeri kənd inzibati ərazi vahidində kənd. Aşağıoba kəndi Xəzər dənizinin sahilində, Samur-Dəvəçi ovalığındadır. Kənd obalar əsasında yaranmışdır. Obalar ilk yaşayış məskəni kimi kəndlərə cevrilir. Məs., Şəki rayonundakı Təpəcənnət kəndi, Qax rayonundakı Almalı kəndi Yuxarıoba və Aşağıoba məhəllələrindən ibarətdir. Deməli, Aşağıoba kəndi də əvvəllər ayrı-ayrılıqda mövcud olmuş obalardan ərazinin nisbətən Aşağı, alcaq hissəsində yerləşəni əsasında yaranmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Susay kəndinə məxsus qışlaqda yaranmış iki obadan (Susayqışlaq və Aşağıoba) biridir.
Aşağıçarıqçı (İğdır)
Aşağıçarıqçı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. 1901-ci ildən bəri eyni adı daşıyan kəndin adı, Yıva boyu qəbiləsindən olan Yaruk (Caruk/Çaruk) bəyin adından gəlir. 1886-cı ilo məlumatına görə kənddə 186 nəfər azərbaycan türkü yaşayırdı. İğdır mərkəzindən 9 km uzaqlıqdadır.
Aşağıərhacı (İğdır)
Aşağıərhacı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. 1901-ci il qeydlərində Ərgənci adını daşıyırdı. 1914-cü ildən bəri isə hazır ki, adını daşıyır. 1886-cı il məlumatına görə Aşağı ve Yuxarı Ərhacı kəndləri "Ərhacı" adı altında tək bir kənd olarak qeydə alınır ve 1157 nəfər azərbaycan türkü yaşayırdı. İğdır mərkəzindən 3 km uzaqlıqdadır. İğdır il mərkəızinə ən yaxın kənddir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 231.53 dəfə / 1 mln.
2002 ••••••••••• 181.59
2003 •••••••• 131.88
2004 ••••••••• 137.45
2005 ••••••••••• 180.17
2006 ••••••••••• 168.03
2007 •••••••••• 152.02
2008 ••••••••••••• 210.97
2009 •••••••••••••• 221.90
2010 •••••••••••••• 223.48
2011 •••••••••••••• 223.74
2012 •••••••••••••••• 249.45
2013 •••••••••••••••• 255.57
2014 •••••••••••••• 222.75
2015 •••••••••••••••••••• 330.71
2016 ••••••••••••••••• 270.38
2017 ••••••••••••••••• 266.32
2018 ••••••••••••••••• 267.44
2019 •••••••••••••• 222.40
2020 ••••••••••••••• 243.34

aşağı sözünün leksik mənası və izahı

  • 1 1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür. // Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi. // is. Altlıq. Heykəlin aşağısı. 2. zərf Yerə doğru, aşağıya doğru. Aşağı enmək. Aşağı baxmaq. Aşağı düşmək. Aşağı salmaq. Təyyarə aşağı endi. Şəkil çox aşağı asılmışdır. 3. is. Evin, binanın alt mərtəbəsi. Bu binanın yuxarısı mənzil, aşağısı isə dükandır. 4. sif. Orta səviyyəyə çatmayan, orta normadan az; kiçik, az, qeyri-kafi, zəif. Aşağı səviyyəli ixtisas. Aşağı hərarət. 5. sif. Ucuz. Aşağı qiymətlər. □ Aşağı salmaq – ucuzlaşdırmaq. Qiymətləri aşağı salmaq. 6. sif. Alçaq, pis, nöqsanlı, yararsız, dəyərsiz, keyfiyyətsiz. Aşağı keyfiyyətli mal. 7. sif. məc. Yoxsul, kasıb. Aşağı silk. Aşağı təbəqə. Aşağı siniflər. // Yalnız cəm şəklində: aşağılar məc. köhn. – aşağı siniflər, aşağı təbəqələr; kütlə. Aşağılar köhnə qayda ilə yaşamaq istəmirdilər. 8. məc. sif. Vəzifəcə kiçik olan. Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Mir Cəlal. 9. Axır, son, qurtaracaq. Evimiz kəndin aşağısındadır. Mən şəhərin aşağısında yaşayıram. // Çayın axıb getdiyi tərəf. Çay aşağı getmək. ◊ Aşağı baş – evin, məclisin, otağın qapıya yaxın olan tərəfi. Aşağı başda oturtmaq. – Toyxananın qapısında məşəl yandırırdılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazandalar üçün döşək salınardı. H.Sarabski. Aşağılı-yuxarılı – orta hesabla, orta qiymətlə. Aşağı salmaq – 1) devirmək, düşürmək. [Miraxur:] İndi ki Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini, ki deyirlər tənasüximəzhəbdir, təxtdən aşağı salaq… M.F.Axundzadə; 2) məc. hörmətdən salmaq, nüfuzdan salmaq. [Ceyran] öz işi ilə yoldaşlarını aşağı salmaq niyyətində deyildi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / aşağı

aşağı sözünün etimologiyası

  • 1 Alçaq, alt kəlmələri ilə kökdaşdır. Paltarın, dağın ətəyi birləşməsindəki ətək sözü də aşağı sözü ilə kökdaşdır. Dağdan aşmaq birləşməsindəki aşmaq sözü aşağı enmək deməkdir, zirvədən enmək mənasını əks etdirir. Astar sözü də aşağı, alt kəlmələri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / aşağı

aşağı sözünün sinonimləri (yaxın mənalı sözlər)

aşağı sözünün antonimləri (əks mənalı sözlər)

aşağı sözünün rus dilinə tərcüməsi

  • 1 1. низ, вниз; 2. нижний, низовый; 3. низший;

    Azərbaycanca-rusca lüğət / aşağı
  • 2 I прил. 1. нижний. Aşağı mərtəbə нижний этаж, Kürün aşağı axını нижнее течение Куры, aşağı ətraflar нижние конечности, aşağı rəf нижняя полка, aşağı səs муз. нижний голос 2. низкий. Aşağı keyfiyyət низкое качество, aşağı vəzifə низкая должность, aşağı temperatur низкая температура, aşağı gərginlikli cərəyan эл.-тех. ток низкого напряжения, aşağı ton низкий тон, aşağı qiymətlər низкие цены 3. младший. Aşağı siniflər младшие классы 4. низший. Əhalinin aşağı təbəqələri низшие слои населения 5. нижестоящий. Aşağı məhkəmə юрид. нижестоящий суд, aşağı təşkilatlar нижестоящие организации 6. нисходящий. Aşağı qohumluq xətti юрид. нисходящая линия родства 7. низовой. Aşağı yarpaqlar бот. низовые листья 8. хим. малый. Aşağı konsentrasiya малая (низкая) концентрация II нареч. 1. вниз. Aşağı baxmaq смотреть вниз, aşağı axmaq течь вниз, çay aşağı вниз по реке, yol aşağı вниз по дороге 2. низко, невысоко. Lampa çox aşağı asılmışdı лампа висела очень низко III сущ. 1. низ (нижняя часть предмета, ближайшая к основанию). Dirəyin aşağısı низ столба 2. низменное место 3. нижний конец. Kəndin aşağısı нижний конец села. Aşağılar низы: 1. непривилегированные классы общества 2. низины IV послел. ниже кого-л., чего-л. Qurşaqdan aşağı ниже пояса, dizdən aşağı ниже колен, dəniz səviyyəsindən aşağı ниже уровня моря, buludlardan aşağı ниже облаков; maya dəyərini aşağı salmaq снизить себестоимость, qiyməti aşağı salınmış уценённый, удешевлённый. Qiyməti aşağı salınmış mallar уценённые, удешевлённые товары; aşağı düşmək спуститься, опуститься; başı aşağı вниз головой ◊ aşağı baş: 1. нижний конец. Çarpayının aşağı başında в ногах кровати; 2. близкое к дверям место, непочётное место (в комнате, за столом). Aşağı başa oturtmaq посадить близко к дверям; başını aşağı salıb işləmək тихо, скромно работать, заниматься своим делом, nəzərini (gözlərini) aşağı salmaq потупить взор; aşağı salmaq kimi 1. свергнуть. Taxtdan aşağı salmaq свергнуть с престола 2. перен. унизить; əli aşağı olmaq не иметь средств к существованию, нуждаться в деньгах; əli aşağı düşmək обеднеть, испытывать нужду в деньгах, лишиться средств; başını aşağı əymək kimin, nəyin qarşısında склонять голову перед кем, чем; ağac bar gətirdikcə başını aşağı əyər чем больше плодов, тем ниже ветви клонятся (т. е. чем выше, тем скромней); başını aşağı eləmək kimin позорить, опозорить кого-л. (навлекать, навлечь своим поступком позор)

    Azərbaycanca-rusca lüğət / aşağı

aşağı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bottom (part); səhifənin ~sında at the bottom of the page II. s. 1. lower; low; ~ mərtəbə ground floor; ~ palata Lower Chamber / House; (İngiltərədə) House of Commons; ~ notlar mus. low tones; ~ temperatura low temperature; ~ təzyiq low pressure; əməyin ~ məhsuldarlığı low productivity of labour; 2. bottom; ~ rəf bottom shelf; 3. poor, junior; ~ keyfiyyət poor quality; ~ siniflər junior forms III. z. down; ~ baxmaq to look down; ~ düşmək to come* down, to descend; ~ əyilmək to bend* down; ~ oturmaq to sit* down; ~ getmək to go* down; Lift aşağı gedir? Is the elevator going down? əli ~ olmaq to be* poor, to have* no means of subsistence; əli ~ düşmək to become* / to grow* poorer; başını aşağı etmək to disgrace (d.), to defame (d.); başını ~ əymək to bend* down, to incline one’s head IV. qoş. below; sıfırdan ~ below zero; ortadan ~ below average; kənddən ~ below the village; dördüncü mərtəbədən ~ below the third floor

    Azərbaycanca-ingiliscə lüğət / aşağı

aşağı sözünün fransız dilinə tərcüməsi

  • 1 is. inférieur, -e ; bas (basse) ; ~da en bas ; ~ qiymətlər les bas prix ; ~ düşmə descente f ; ~ düşmək descendre vi (ê) ; ~ keyfiyyət qualité f inférieure ; ~ gərginlikli cərəyan tex. courant m de basse tension ; ~ mərtəbə rez-de-chaussée m (pl invar) ; ~ səs voix f basse ; ~ temperatur température f basse ; başını ~ eləmək déshonnorer vt ; dégrader vt ; diffamer vt ; Arazın ~ axını cours m inférieur de l’Araz ; qiyməti ~ salınmış mallar marchandises f pl soldées (vendues au rabais) ; qiyməti ~ salmaq abaisser le prix ; dəniz səviyyəsindən ~ au dessous du niveau de la mer ; əhalinin ~ təbəqələri les basses couches de la population ; yuxarıdan ~ya qədər de fond en comble ; de haut en bas ; sifətin ~ hissəsi le bas du visage ; həyat səviyyəsinin ~ düşməsi baisse f du niveau de vie ; ~ hissə bas m

    Azərbaycanca-fransızca lüğət / aşağı

aşağı sözünün türk dilinə tərcüməsi

"aşağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aşağı nədir? #aşağı sözünün mənası #aşağı nə deməkdir? #aşağı sözünün izahı #aşağı sözünün yazılışı #aşağı necə yazılır? #aşağı sözünün düzgün yazılışı #aşağı leksik mənası #aşağı sözünün sinonimi #aşağı sözünün yaxın mənalı sözlər #aşağı sözünün əks mənası #aşağı sözünün etimologiyası #aşağı sözünün orfoqrafiyası #aşağı rusca #aşağı inglisça #aşağı fransızca #aşağı sözünün istifadəsi #sözlük