AMAS sözü azərbaycan dilində

AMAS

Yazılış

  • AMAS • 80.9524%
  • amas • 14.2857%
  • Amas • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amasiya
Amasiya (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Amasiya (Ağbaba) — Amasiya rayonununda kənd və eyni adlı rayonun mərkəzi. Amasiya rayonu — Qərbi Azərbaycannın (indiki Ermənistan) Ağbaba mahalı ərazisində rayon. Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Amasya — Qaradəniz Bölgəsində Türkiyənin Amasya ilinin inzibati mərkəzi. Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi. Amasyalı Bəyazid Paşa — Osmanlı sultanlığının Fetret döründə, 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm. Amasiya (qitə) — 20 milyon il sonra reallaşması gözlənilən bir superqitə.
Amasiya (Ağbaba)
Amasiya — Amasiya rayonununda kənd və eyniadlı rayonun mərkəzi.
Amasiya (kənd)
Amasiya — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Amasiya (qitə)
Amasiya — (İngiliscə: Amasia), 20 milyon il sonra reallaşması gözlənilən superqitə. Avrasiya ilə Amerika birləşərək Berinq Boğazını bağlayaraq Amasiya yaranacaq. Avrasiya ilə Amerika birləşərək super qitə olacaq. 200 milyon il sonra iki qitə bir-birindən ayrılaraq; Amerika şərqdə Avropaya toqquşaraq və Asiya da Qərbə doğru irəliləyərək bu super qitə parçalanıb Pangea Ultima adlı qitə yaradacaq. Alimlər hesab edir ki, hazırkı tektonik hərəkətlər davam edəcəyi halda, Amerika və Asiya qitələri birləşəcək və “Amasiya” (Amerika və Asiya sözlərinin birləşməsi) adı ilə yeni bir super qitə yaranacaq. “Amasiya” super qitəsinin yaranacağı barədə iddialar yeni deyil. ABŞ-nin Yale Universitetinin alimləri 2012-ci ildə bunun milyonlarla il sonra baş verə biləcəyini bildirirlər. Amasiya, Amerika və Asiya sözlərin birləşməsi ilə yaranıb.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
Bozqala (Amasiya)
Bozqala — Amasiya rayonunda kənd adı. Şindilər də adlanmışdır. Kənd yaxınlıqdakı Boz qalanın (başqa adı Koroğlu qalası adını əks etdirir. 1920-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. 1922-ci ildə az hissəsi geri qayıtmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. 1946-cı ildə kənd ləğv edilmişdir.
Daşkörpü (Amasiya)
Daşkörpü — Ermənistanın Şirak mərzində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Sürməli qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. Mərz mərkəzindən 3 km məsafədə yerləşir. Kənd Qars əyalətinin Daş körpükəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Amasiya heyvandarlıq sovxozuna birləşdirilmişdir. Burada tarixən azərbaycanlılar yaşamışdır. 1905-ci ildə 396, 1914-cü ildə 431, 1931-ci ildə 233 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı onlar hamısı buradan qovulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Musluqlu (Amasiya)
Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi, Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı [126] və b. toponimlərlə eynidir.
Osmancıqlı (Amasyalı) Qoca Mehmed Nizamüddin Paşa
Osmancıqlı Qoca Mehmed Nizamüddin Paşa (d.? - Ö. 1439, Osmancıq) - 28 Avqust 1429'dan, yerini Çandarlı Xəlil Paşaya buraxdığı 1438-ci ilə qədər 9 il sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Bu gün Çorum'un bir rayonu olan Osmancıqda doğulmuşdur. Doğum tarixi məlum deyil. Atası 1406-1413 dövründə Osmanlı Dövlətinə sədrəzəmlik etmiş olan Osmancıqlı İmamzadə Xəlil Paşadır. İzahlı Osmanlı tarixi Xronologiyasında Qoca Mehmed Paşanın Amasyalı olduğundan bəhs edilir. Bu məlumat o zamanki inzibati təşkilat baxımından doğru olmaqla birlikdə, (Osmancıq o sırada Amasya sancağına bağlı idi) əslən Osmancıqlı olduğu, vəzifədən alındıqdan sonra bura yerləşməsi ilə də sabitdir. Digər tərəfdən, xanımlarının birinin, Amasya'nın məşhur şəxslərindən Qutlu Paşanın qızı Cahan Xatun olması Amasyalı olmasını sübut edir. Sultan I. Mehmedin Amasiyada olduğu zamanlarda Anadolu Bəylərbəyi olmuşdur. 1415 tarixində bu rütbədə böyük müvəffəqiyyət göstərdiyi üçün, Sultan II. Murad tərəfindən, taxta çıxışıyla birlikdə sədrəzəmlik mövqeyinə gətirilmişdir.
Təpəkənd (Amasiya)
Təpəkənd (erm. Բերդաշեն) — Azərbaycanlı əhalidən ibarət olmuş kənd. Hal-hazırda Ermənistan ərazisindədir. Təpəkənd kəndi tarixən iki kənddən Böyük və Kiçik Təpəkənddən ibarət olub. Daha sonra kəndlər SSRİ dönəmində birləşdirilib. Bəzi mənbələrə görə kənd tarixən Osmanlı Dövlətinin Qars vilayətinə daxil olub. I Dünya Müharibəsindən sonra Çar Rusiyası və Osmanlı Dövləti arasında imzalanan Qars Müqaviləsinə əsasən kənd Çar Rusiyası tərkibinə verilib. 1988-ci ildə Ermənistandan Azərbaycanlıların deportasiyası nəticəsində kənddə yaşayan bütün Azərbaycanlılar köç etmək məcburiyyətində qalıb. 2000-ci illərdə Ermənistan inzibati bölgüsü dəyişdirilib.Nəticədə tarixi Ağbaba mahalı Şirak mərzinə daxil edilib, Amasya rayonunun adı dəyişdirilməyib, lakin Təpəkənd kəndi (Berdaşen) qonşu Sultanabad (Paxakn) kəndi ilə bir inzibati kənd vahidində birləşdirilib.
Yeniyol (Amasiya)
Yeniyol — qədim Azərbaycan torpağında azərbaycanlıların yaşamış olduğu kənd. Yeniyol kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Yeniyol kəndi dağıdılmış, yerli əhali qovulmuş və və erməniləşdirilmişdir. Qərib Məmmədov — Akademik, AMEA-nın müşaviri, biologiya üzrə elmlər doktoru (1991), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri. Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azərbaycan Demokratik Respublikası İrəvan xanlığı Zəngəzur Ağbaba Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид".
Çaxmaq (Amasiya)
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər. Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür.
Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir. Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər. Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır.
Şirvanlı məscidi (Amasya)
Şirvan məscidi — 1895-ci ildə Azərbaycanın Qarabağ və Şirvan bölgəsindən Amasyaya köçən azərbaycanlılar tərəfindən toplanan ianələr hesabına Türkiyənin Amasya şəhərində Şeyx Hacı Mahmud Əfəndi tərəfindən təkkə-təsəvvüf ədəbiyyatının tanınmış nümayəndəsi, nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin şərəfinə inşa edilmiş məscid. Şirvan məscidi Azərbaycanın Qarabağ bölgəsindən olan Şeyx Hacı Mahmud Əfəndi tərəfindən Azərbaycanın Qarabağ və Şirvan bölgələrindən Amasiya şəhərində yaşayan Azərbaycan türklərindən toplanan ianələr hesabına 1895-ci ildə inşasına başlanmışdır. Amasyadakı məscidlərin əksəriyyəti dövlət adamları və nüfuzlu şəxslər tərəfindən tikdirilərkən, Şirvanl məscidi bir mürşidin, Mir Həmzə Nigarinin adına, sevənləri və müridləri tərəfindən inşa edilmişdir. 1885-ci ildə Xarputda vəfat edən Mir Həmzə Nigarinin cənazəsi vəsiyyəti üzrə sonradan Amasyaya aparılaraq orada bir evin arxasasına dəfn edilmiş və söyləndiyi kimi Şeyx Hacı Mahmut Əfəndinin başçılığı ilə toplanan yardımlarla məzarın üzəri bir türbəylə örtülərək yanında bir məscid tikilmişdir. Məscid kare planlı, tək qübbəli və tək minarəlidir. Tikintisində kəsmə daş və moloz daş malzəmlə birlikdə istifadə olunmuşdur. Şimal tərəfində dörd sütunlu, üç gözlü bir camaat yeri yerləşir. Klassik sütun başlıqlarının üzərindəki sivri kəmərlər qırmızı və bəyaz mərmər işlədilərək süslənmiş, bu bölümün üzəri üç kiçik qübbəylə örtülmüşdür. Ağ mərmərdən tikilmiş giriş qapısındaki naxışlar və motivlər türk memarlığı üslubunda qurulmuşdur. Türbə məscidin şərq tərəfində yer alır və məscidə bitişikdir.
Əzizbəyov (Amasiya)
Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd. Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir.
Baytar (Amasiya)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Bağçalı (Amasiya)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Başköy (Amasiya)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Düzkənd (Amasiya)
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Güllübulaq (Amasiya)
Güllübulaq — qədim Azərbaycan (türk) torpağı. Hal-hazırda Ermənistan ərazisindədir. Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir.
Qarabulaq (Amasiya)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Sultanabad (Amasiya)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. Kəndin sakinləri azərbaycanlılar olmuşdur.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
Amasya Arxeologiya və mumiya muzeyi
Amasya Arxeologiya və mumiya muzeyi və ya Amasya muzeyi — 1958-ci ildə qurulan etnoqrafiya, arxeologiya və mumiya muzeyi. Türkiyənin şimalında, Amasyada yerləşən bu milli muzeydə, şəhərdə və ətrafında tapılmış arxeoloji əsərlər, eləcə də bölgənin tarixi və mədəniyyəti ilə bağlı etnoqrafik əşyalar nümayiş etdirilir. 1958-ci ildə yaradılmış muzeydə 11 müxtəlif sivilizasiyaya aid arxeoloji, etnoqrafik tapıntılar, sikkələr, möhürlər, əlyazmalar və mumiyalar da daxil olmaqla, təxminən 24.000 eksponat var. 1925-ci ildə Sultan II Bəyazid kompleksi daxilində mədrəsənin 2 otağında bir neçə arxeoloji əsər və İslam dövrünə aid bəzi mumiyaların bir yerdə saxlanması nəticəsində muzey anbarı yaradılmışdır. Muzeyin rəsmi açılışı 1958-ci ilin iyununda baş tutdu. Eksponatların sayının artması səbəbindən sərgi üçün daha çox yer tələb olunduğu üçün eksponatlar 1962-ci ildə Göymədrəsə məscidində, XIII-cü əsr Səlcuqlu dövrünə aid monumental binaya köçürüldü. 1977-ci il martın 22-də muzey yeni, müasir binasına köçürüldü. 14 iyun 1980-ci ildə eksponatların xronoloji ardıcıllıqla düzülməsindən sonra, muzey hazırkı formasını alaraq ictimaiyyətə açılmışdır. Muzey 3 mərtəbəli binada yerləşir. Zirzəmidə anbar, laboratoriya və xidməti otaqlar var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2006 •••• 0.68
2008 •••••••••••••••••••• 3.41
2015 0.17

amas sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. şiş, şişmə, qabartı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#amas nədir? #amas sözünün mənası #amas nə deməkdir? #amas sözünün izahı #amas sözünün yazılışı #amas necə yazılır? #amas sözünün düzgün yazılışı #amas leksik mənası #amas sözünün sinonimi #amas sözünün yaxın mənalı sözlər #amas sözünün əks mənası #amas sözünün etimologiyası #amas sözünün orfoqrafiyası #amas rusca #amas inglisça #amas fransızca #amas sözünün istifadəsi #sözlük