maaş sözü azərbaycan dilində

maaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maaş • 95.9259%
  • Maaş • 3.9506%
  • maaŞ • 0.0823%
  • MAAŞ • 0.0412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maaş
Maaş — işçinin ixtisasına, yerinə yetirilən işin mürəkkəbliyinə, miqdarına, keyfiyyətinə və şərtlərinə, habelə kompensasiya və həvəsləndirmə ödənişlərinə görə iş haqqı; işçinin əməyi müqabilində aldığı pul təzminatı. == Təsviri == Əmək haqqı (işçinin əmək haqqı) — işçinin ixtisasına, yerinə yetirilən işin mürəkkəbliyinə, miqdarına, keyfiyyətinə və şərtlərinə, habelə kompensasiya ödənişlərinə (kompensasiya xarakterli əlavə ödənişlər və müavinətlər, o cümlədən normadan kənara çıxan şəraitdə işləməyindən asılı olaraq iş üçün ödənişdir) , xüsusi iqlim şəraitində və radioaktiv çirklənməyə məruz qalan ərazilərdə işləmək və digər kompensasiya ödənişləri) və təşviq ödənişləri (əlavə ödənişlər və təşviq ödəmələri, mükafatlar və digər təşviq ödəmələri). Əmək haqqının digər tərifləri: istehsal prosesində iştirak edən əmək ehtiyatlarının qiyməti. pul şəklində ifadə olunan ümumi sosial məhsulun xərclənən əməyin miqdarı və keyfiyyətinə uyğun olaraq işçilərin şəxsi istehlakına daxil olan bir hissəsi. müəssisə işçilərinin əməyinin ödənilməsinə yönəldilmiş məhsul istehsalı və satışı xərclərinin bir hissəsi. == Əmək haqqının növləri == Nominal — işçinin əmək haqqı şəklində aldığı nominal miqdarda pul məbləği. Nominal əmək haqqına aşağıdakılar daxildir: işləyən iş saatları, yerinə yetirilən işlərin miqdarı və keyfiyyətinə görə işçilərə hesablanmış ödəniş; hissə dərəcələri, tarif dərəcələri, maaşlar, hissə işçilərinə və işləyənlərə verilən mükafatlar; normal iş şəraitindən kənarlaşma, əlavə iş vaxtı, iş vaxtından artıq iş, briqadir işi, işçilərin təqsiri olmadan işsiz qalma haqqı və s. Real — nominal əmək haqqı ilə satın alına bilən mal və xidmətlərin miqdarıdır; real əmək haqqı nominal əmək haqqının "alıcılıq qabiliyyəti" dir. Real əmək haqqı nominal əmək haqqından və alınan malların və xidmətlərin qiymətlərindən asılıdır. Müəyyən müddət ərzində real əmək haqqındakı dəyişikliyi təyin etməyə imkan verən bir göstərici real əmək haqqı indeksidir.
Minimal maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.

maaş sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib. Maaş almaq. Maaş cədvəli. – [Mirzə Səfərin] iyirmi beş manat da maaşı vardı. Ə.Haqverdiyev. Biz sadəcə icraçıyıq; Maaş alıb iş görürük. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / maaş

maaş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 MAAŞ Karxanada Həmzənin dərəcəsini və maaşını artırmaq barədə çoxdan bəslədikləri ümid gerçəkləşmişdi (M.İbrahimov); AYLIQ (dan.) [İbrahim bəy:] Mən mərc qoyub zavod tikdirmişəm, fəhlələr də işləyib aylıq alır, dolanır (Ə.Vəliyev); DONLUQ (dan.) Pirqulu: Onları işə götürməyincə, donluğumuzu artırmayınca ya öləcəyik, ya işləyəcəyik, vəssalam (C.Cabbarlı); ƏMƏK HAQQI ..əmək haqlarının bir hissəsi körpəlikdən müəssisəyə çalışmağa girənə qədər üzərlərinə qoyulan məsarifi ödəmək üçün götürüləcəkdir (M.S.Ordubadi); MƏVACİB Ayna: Asəf, nə əcəb, yoxsa təzə puldan sonra məvacibin artıb (M.Hüseyn); ZƏHMƏT HAQQI Səlim bəy isə zəhmət haqqım ikinci dəfə azaltmağı qərara aldı (H.Nəzərli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / maaş

maaş sözünün rus dilinə tərcüməsi

  • 1 оклад, жалованье, зарплата, получка

    Azərbaycanca-rusca lüğət / maaş
  • 2 I сущ. оклад, заработная плата, месячная зарплата, получка; жалованье. Aylıq maaş месячный оклад, vəzifə maaşı должностной оклад, orta aylıq maaş среднемесячный оклад, orta illik maaş среднегодовой оклад; maaş günü день зарплаты, maaş almaq получить зарплату, kimin maaşından tutmaq (çıxmaq) удерживать, вычитывать из чьей зарплаты, kimə maaş kəsmək (təyin etmək) назначать, устанавливать зарплату, жалованье кому II прил. окладной. экон. Maaş vergisi окладной налог, maaş sistemi окладная система, maaş sığortası окладное страхование; maaş miqdarı (dərəcəsi) ставка

    Azərbaycanca-rusca lüğət / maaş

maaş sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (fəhlələrin) wages (pl.); (qulluqçuların, ziyalıların) pay, salary; real ~ real wages pl.; nominal ~ nominal wages pl.; aylıq ~ wages / pay / salary for a month; monthly salary; yüksək ~ higher wages pl.; ~ların artırılması wage incearse; ~ları kəsmək / azaltmaq to cut* wages; həftəlik / aylıq ~ vermək to pay* money for week / month; fəhlə və qulluqçuların ~ı wages and salaries; ~ vermək to pay wages / a salary, Bizim maaş günümüz hər ayın 2-dirWe get our wages on the 2nd of every month II. s.: ~ cədvəli wages tariff; ~ günü pay day, the day when wages (or salary) are to be paid

    Azərbaycanca-ingiliscə lüğət / maaş

maaş sözünün fransız dilinə tərcüməsi

  • 1 is. salaire m ; traitement m ; appointements m pl ; gages m pl ; paie f (paye f) ; real ~ salaire réel ; nominal ~ salaire nominal ; aylıq ~ salaire mansuel ; yüksək ~ salaire élevé, haut salaire ; aşağı ~ salaire de misère ; ~ almaq toucher un (son) salaire ; ~ ların artırılması augmentation f des salaires ; ~ ın artırılmasını istəmək demander une augmentation de salaire ; ~ vermək payer vt ; ~ günü jour m de paie ; ~ cədvəli bulletin m de salaire

    Azərbaycanca-fransızca lüğət / maaş

maaş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мажиб, дуллух (кӀвалахдин, зегьметдин эвезда къачудай пул, гьакъи); // мажибрин (мес. жедвел).

    Azərbaycanca-ləzgicə lüğəti / maaş

maaş sözünün türk dilinə tərcüməsi

"maaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maaş nədir? #maaş sözünün mənası #maaş nə deməkdir? #maaş sözünün izahı #maaş sözünün yazılışı #maaş necə yazılır? #maaş sözünün düzgün yazılışı #maaş leksik mənası #maaş sözünün sinonimi #maaş sözünün yaxın mənalı sözlər #maaş sözünün əks mənası #maaş sözünün etimologiyası #maaş sözünün orfoqrafiyası #maaş rusca #maaş inglisça #maaş fransızca #maaş sözünün istifadəsi #sözlük