Anqel sözü azərbaycan dilində

Anqel

Yazılış

  • Anqel • 95.5556%
  • anqel • 4.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anqel Qahona
Angel Qahona (tam adı: Angel Eduardo Qahona Lopez, isp. Ángel Eduardo Gahona López, 14 yanvar 1976, Manaqua – 21 aprel 2018, Blufilds[d]) — Nikaraqua jurnalisti, müxbiri və kinooperatoru. O, 21 aprel 2018-ci ildə, Prezident Daniel Orteqaya qarşı keçirilən etiraz aksiyaları zamanı "Noticiero El Meridiano" internet kanalı üçün "Feysbuk" sosial şəbəkəsində birbaşa efirdə olarkən öldürülmüşdür. Hadisə Nikaraqua ictimaiyyətində böyük iğtişaşa səbəb olmuşdur. == Bioqrafiya == Angel Eduardo Qahona Lopez 14 yanvar 1976-cı ildə Nikaraquanın paytaxtı olan Manaqua şəhərində keşiş ailəsində anadan olmuşdur. O, bir müddət Venezuelada yaşamış, burada kameralarla məşğul olmuşdur. Ali təhsilini Nikaraquanın Karib Sahilinin Muxtar Regionları Universitetində rabitə elmləri üzrə alan Qahona, məzun olduqdan sonra Blufilds şəhərində köçmüşdür. Qahona 2004-cü ildə Miqelyuit Sandoval ilə evləndikdən sonra həyat yoldaşı ilə birlikdə "Noticiero El Meridiano y Meridiano Radio" təşkilatına qoşulmuşdur. Burada, Qahona müxbir, Sandoval isə təqdim edən olaraq işləmişdir. === Şəxsi həyatı === Evli idi, iki uşağı var idi.
Anqel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Anqela Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005-2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Anqela Vinstanley-Smit
Anqela Vinstanley-Smit (d. 5 avqust 1985) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Anqela Vinstanley-Smit, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Anqela Vinstanley-Smit, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••• 0.36
2011 ••••• 0.17
2012 ••••• 0.17
2013 ••••••••••••••• 0.58

Oxşar sözlər

#anqel nədir? #anqel sözünün mənası #anqel nə deməkdir? #anqel sözünün izahı #anqel sözünün yazılışı #anqel necə yazılır? #anqel sözünün düzgün yazılışı #anqel leksik mənası #anqel sözünün sinonimi #anqel sözünün yaxın mənalı sözlər #anqel sözünün əks mənası #anqel sözünün etimologiyası #anqel sözünün orfoqrafiyası #anqel rusca #anqel inglisça #anqel fransızca #anqel sözünün istifadəsi #sözlük