Aranq sözü azərbaycan dilində

Aranq

Yazılış

  • Aranq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Çalon Aranq
Çalon Aranq — İndoneziyanın Bali adasında orta əsrlər dövrünə aid edilən Ranqdanın Baronqla mübarizəsini canlandıran tamaşalar. == Haqqında == Çalon Aranq tamaşaları Bali mədəniyyətinin ayrılmaz hissəsidir. Bütövlükdə Bali mədəniyyətində Ranqda (əcinə, rakşas tipi) vacib rol oynayır. Bali mifologiyasının Yava ilə sıx əlaqəsi bu dəfə Ranqdanın Yava mənşəli olmasına dair versiyalarda öz təsdiqini tapır. Ranqda ənənəvi Bali mifologiyasında əcinnə leakların (leaklar Bali mifologiyasına görə, hamilə qadınları taparaq onların bətnindəki körpənin, yaxud da dünyaya yeni gəlmiş uşaqların qanını sovuran kanniballardır və daxili orqanları görünən uçan baş kimi təsvir olunurlar) kraliçası sayılır və ifritələr ordusu ilə birlikdə işıqlı qüvvələrin hökmdarı Baronqla arasıkəsilməz müharibələr aparır. Ranqda adətən uzun dilli və iti caynaqlı, pırpız saçları olan yarımçılpaq qarı kimi təsəvvür edilir. Bu əcinnənin mənşəyinə dair tədqiqatçılar müxtəlif fikirlər söyləyirlər. Bəziləri Ranqdanın varlığını hinduizmlə bağlayaraq, onun yerli Kali (hindlilərin dağıdıcı və qoruyucu qara ilahəsi) olduğu qənaətindədirlər. Belə ki, çoxları tərəfindən şər qüvvələri təmsil etdiyi düşünülən Ranqda Balinin bəzi bölgələrində həm də qoruyucu qüvvəyə malik obraz kimi çıxış edir və bu əcinnənin rəmzi rənglərindən olan ağ, qara və qırmızının Kaliyə də xas olduğu vurğulanır. Digər tədqiqatçılar isə Ranqdanı (tərcüməsi "dul qadın" mənasını verir) konkret şəxsin — X-XI əsrlər arasında yaşamış əslən yavalı olan Bali kraliçası Mahendradattanın (əsl adı Qunapriya Dharmapatni) — adıyla bağlamağa çalışırlar.
Aranqastax adası
Aranqastax — Laptevlər dənizinin Anabar buxtası ərazisində yerləşən kiçik ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Materikdən 2,5 km aralıda, Uele çayının qərb sahillərini təşkil edir. Ada uzunsov formaya malikdir. Şimal-qərbdə cənub-şərqə uzanmışdır. Üzəri düzəndir. Bataqlıqlaşmış ərazilərə sahibdur. Ərazisində altı kiçik göl vardır.

Oxşar sözlər

#aranq nədir? #aranq sözünün mənası #aranq nə deməkdir? #aranq sözünün izahı #aranq sözünün yazılışı #aranq necə yazılır? #aranq sözünün düzgün yazılışı #aranq leksik mənası #aranq sözünün sinonimi #aranq sözünün yaxın mənalı sözlər #aranq sözünün əks mənası #aranq sözünün etimologiyası #aranq sözünün orfoqrafiyası #aranq rusca #aranq inglisça #aranq fransızca #aranq sözünün istifadəsi #sözlük