areal sözü azərbaycan dilində

areal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • areal • 79.1667%
  • Areal • 20.8333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Areal dilçilik
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir.

areal sözünün leksik mənası və izahı

areal sözünün etimologiyası

areal sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. ареал: 1. зоол., бот. область естественного распространения какой-л. группы животных или растений. Areal ölçüsü размер ареала, areal tipi тип ареала, areal sərhədi граница ареала 2. лингв. область распространения определённых фонетических, грамматических, лексических явлений в том или ином языке II прил. ареальный. Areal ələmətləri ареальные признаки, areal dilçilik ареальная лингвистика

    Azərbaycanca-rusca lüğət / areal

areal sözünün inglis dilinə tərcüməsi

areal sözünün fransız dilinə tərcüməsi

areal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] сущ. ареал (жуьреба-жуьре шейэрин, мес. чӀал, халкь, гьайван, хъач ва мс. чкӀанвай чка).

    Azərbaycanca-ləzgicə lüğəti / areal

"areal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#areal nədir? #areal sözünün mənası #areal nə deməkdir? #areal sözünün izahı #areal sözünün yazılışı #areal necə yazılır? #areal sözünün düzgün yazılışı #areal leksik mənası #areal sözünün sinonimi #areal sözünün yaxın mənalı sözlər #areal sözünün əks mənası #areal sözünün etimologiyası #areal sözünün orfoqrafiyası #areal rusca #areal inglisça #areal fransızca #areal sözünün istifadəsi #sözlük