atalıq sözü azərbaycan dilində

atalıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • atalıq • 95.1807%
  • Atalıq • 4.3373%
  • ATALIQ • 0.4819%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

atalıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq. 2. Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi. – Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir. [Hacı Murad:] Hərgah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram. S.S.Axundov. 3. Ataya məxsus olan, ataya aid olan. Atalıq mülk. 4. Ögey ata. Rusca əlifba savadını da atalığımdan öyrənmişdim. Ə.Haqverdiyev. Axşam atalığım evə gələndə nənəm macəranı ona nəql etdi. O, razı olub məni də özü ilə bərabər fəhləliyə apardı. H.Sarabski. 5. Ata yerini tutan adam; himayəçi. □ Atalıq etmək – ata kimi baxıb böyütmək, tərbiyələndirmək. [Almaz:] Aftil dayı elə adam deyil, o çox gözəl kişidir. O, mənə lap atalıq eləmişdir. C.Cabbarlı. Mursaqulunun atalıq edib böyütdüyü iki bacısı uşaqları var idi. S.Hüseyn. Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, bəlkə də atalıq edirdi. İ.Musabəyov. 6. köhn. məh. Keçmişdə qız köçərkən atasının oğlan evindən pul və ya qızıl şəklində aldığı başlıq.

    Azərbaycan dilinin izahlı lüğəti / atalıq

atalıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

atalıq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ATALIQ I is. Ögey ata. Rusca əlifba savadımı da atalığımdan öyrənmişdim (Ə.Haqverdiyev). ATALIQ II is. Ata üzərinə düşən borc, vəzifə. Nəsib dayı atalıq borcunu yalnız övladı yaxşı geyindirib yedirməkdə görən adamlara gülərdi (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / atalıq

atalıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. долг, обязанности, чувство отца; 2. не родной отец, отчим, вотчим;

    Azərbaycanca-rusca lüğət / atalıq
  • 2 I сущ. 1. отцовство: 1) кровное родство между отцом и его ребёнком 2) долг, обязанности, чувства отца 2. устар. диал. калым, выкуп, отдаваемый женихом родителям невесты 3. отчим II прил. 1. отцовский, родительский. Atalıq borcu родительский долг 2. отеческий. Atalıq qayğısı отеческая забота; atalıq etmək kimə покровительствовать к ому, проявлять отцовскую заботу о ком

    Azərbaycanca-rusca lüğət / atalıq

atalıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. stepfather; 2. paternity; fatherhood, father’s duty; ~ etmək to look after one’s family, to take* care of one’s family; bir kəsə ~ etmək to take* care of smb., to support smb. as a real father, to help smb. as a real father; atalığın məsuliyyəti the responsibility of fatherhood II. s. paternal; ~ qayğısı paternal care; ~ məhəbbəti / sevgisi paternal love

    Azərbaycanca-ingiliscə lüğət / atalıq

atalıq sözünün fransız dilinə tərcüməsi

atalıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. бубавал (кил. ata 1); // бубавилин; atalıq borcu бубавилин буржи; 2. бубадиз махсус, бубадиз талукь тир; бубадин; atalıq mülk бубадин мулк; 3. тахай буба; 4. бубадин чкадал алай кас, бубади хьиз хуьзвайди; atalıq etmək бубавал авун, бубади хьиз хвена чӀехи авун, тербия гун; 5. куьгьн. нугъ. гъуьлуьз тухузвай рушан диде-бубади гададин кӀваляй пулуналди ва я къизилдалди къачузвай кьил.

    Azərbaycanca-ləzgicə lüğəti / atalıq

Oxşar sözlər

#atalıq nədir? #atalıq sözünün mənası #atalıq nə deməkdir? #atalıq sözünün izahı #atalıq sözünün yazılışı #atalıq necə yazılır? #atalıq sözünün düzgün yazılışı #atalıq leksik mənası #atalıq sözünün sinonimi #atalıq sözünün yaxın mənalı sözlər #atalıq sözünün əks mənası #atalıq sözünün etimologiyası #atalıq sözünün orfoqrafiyası #atalıq rusca #atalıq inglisça #atalıq fransızca #atalıq sözünün istifadəsi #sözlük